Məhkəmə qərarları › İş №e-2(022)-279/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-279/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-279/2024 15.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qrşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yükün daşınma xərci kimi ona çatası 2600 (iki min altı) ABŞ dollarının, şifahi tapşırıq müqaviləsinin tələbini pozması nəticəsində tərəfindən əlavə olaraq çəkilmiş 340 (üç yüz qırx) manatın və 600 (altı yüz) ABŞ dollarının, o cümlədən mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manatın, cəmi 1940 (bir min doqquz yüz qırx) manat və 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli şifahi tapşırıq müqaviləsi əsasında ona məxsus ˝NAM˝ markalı, 01CO393 dövlət qeydiyyat nişanlı avtomaşınla olan taxta yükünü Gürcüstan Respublikasına aparmış, orada boşaltmışdır. Taxta yükü Gürcüstan Respubliaksında boşaldıldıqdan sonra, yükünə görə ona çatası 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pul Cavabdeh verilmişdir. Bundan sonra Cavabdeh onun tapşırığı əsasında Türkiyə Respublikasının İstambul şəhərinə plastik materiallını gətirmək üçün getmişdir. xx.xx.2023-cü il tarixdə İstambuldan yükü götürdükdən sonra xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının Hopa şəhərinə gəlmişdir. Bundan sonra cavabdehlə əlaqə yaratmaq mümkün olmamış, yalnız öz əlaqələri hesabına avtomaşının hələ də Hopa şəhərində olduğunu öyrənərək oraya getmiş, avtomaşını yüklə birlikdə Azərbaycan Respublikasına gətirmiş, yükü özü təhvil vermişdir. Cavabdehla razılaşmalarına əsasən ona ilkin olaraq 840 (səkkiz yüz qırx) manat pul ödəmişdir ki, bunun da 500 (beş yüz) manatı ona tapşırıq müqaviləsi əsasında ödəməli olduğu pul olmuş, 340 (üç yüz qırx) manat isə yol xərcləri üçün ödənilmişdir. Cavabdeh şifahi tapşırıq müqaviləsinin tələbini pozmaqla, yəni ölkədə olan yükü Gürcüstan Respublikasına aparıb orada boşaltmaq, həmin yükə görə ödənilmiş 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pulu ona vermək üçün qəbul etməli, daha sonra Türkiyə Respublikasının İstambul şəhərinə gedərək, oradan plastik materialından ibarət yükü götürdükdən sonra Azərbaycan Respublikasına gətirərək yük sahibinə verməli olduğu halda, üzərinə düşən öhdəliklərin bir qismini heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Belə ki, 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pulu ona verməmiş, yükü Türkiyə Respublikasının Hopa şəhərində nəzarətsiz və buna heç bir əsas olmadan qoyub getmişdir. Avtomaşını və yükü ölkəyə gətirmək üçün 340 (üç yüz qırx) manat aviabiletə və digər xərclərə (tranzit kart, yanacaq xərci, qidalanma və s.) 600 (altı yüz) ABŞ dolları məbləğində xərc çəkişdir. Bundan başqa Cavabdeh onunla heç bir səbəb olmadan əlaqəni kəsməsi, yük və avtomaşın barədə məlumat verməməsi, avtomaşının tapılana kimi keçirdiyi stress, əzab, psixoloji vəziyyətinin ciddi pozulması ona mənəvi istirab yaşatmışdır. Yol verdiyi pozuntularla əlaqədar Cavabdeh barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, idarənin xx.xx.2023-cü il tarixli məktubu ilə ona mübahisənin mülki xarakterli olduğu və pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, həm İddiaçı (VÖEN: **********) və həm də Cavabdeh iş üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, iddiaçı özü də fərdi sahibkar kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh sahibkarlıq subyektləri olmaqla vergi ödəyiciləridir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsas borca görə 2600 (iki min altı) ABŞ dollarının, şifahi tapşırıq müqaviləsinin tələbini pozması nəticəsində tərəfindən əlavə olaraq çəkilmiş 340 (üç yüz qırx) manatın və 600 (altı yüz) ABŞ dollarının, o cümlədən mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manatın, cəmi 1940 (bir min doqquz yüz qırx) manat və 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əsas borca görə 2600 (iki min altı) ABŞ dollarının, şifahi tapşırıq müqaviləsinin tələbini pozması nəticəsində tərəfindən əlavə olaraq çəkilmiş 340 (üç yüz qırx) manatın və 600 (altı yüz) ABŞ dollarının, o cümlədən mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manatın, cəmi 1940 (bir min doqquz yüz qırx) manat və 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar