Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-694/2024 26.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Atəşgah» sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığortalanmış «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.921 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 21 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı sığortalanmış «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.921 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 21 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Atəşgah» sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, 08 avqust 2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Volkswagen Passat” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Camry” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “Volkswagen Passat” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətində icbari qaydada sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Toyota Camry” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.921 manat 30 qəpik məbləğində zərər dəymişdir. İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən “Toyota Camry” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtmobilin sığortalısına X1 3.921 manat 30 qəpik məbləğində sığorta ödənişi ödəmişdir. Buna görə də Bakı şəhər dövlət yol polisi idarəsi tərəfindən tərtib olunmuş TP1683904 saylı qərarla zərərvuran nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. Buna görə də iddiaçı hesab edir ki, 3.921 manat 30 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinə ödənilməlidir. Sonda, iddiaçının nümayəndəsi Cavabdeh «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3.921 manat 30 qəpik məbləğində pulun və 59 manat 21 qəpik məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin xeyrinə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 10 sentyabr 2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində məəhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək, mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, o, “Volkswagen Passat” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etsə də, həmin nəqliyyat vasitəsini idarə etmək üçün onda sürücülük vəsiqəsi olmamışdır. O, idarə etdiyi nəqliyyat vasitəsi ilə 08 avqust 2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt o, idarə etdiyi avtomaşınla manevr edərkən, «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış və nəticəsə həmin nəqliyyat vasitəsi əzilmişdir. O, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin ona qarşı subroqasiya hüququnun yaranmasından xəbərdardır və hesab etmişdir ki, cəmi 1-2 il ərzində sığorta şirkəti ona qarşı məhkəmədə iddia qaldıracaqdır. Lakin sığorta şirkətinin ona qarşı 6 il sonra iddia qaldırması çox təəccüblü gəlmişdir. O, hazırda iddiaçıya 3.921 manat 30 qəpik məbləğində borcu olduğunu qəbul edir. Lakin onun maddi vəziyyəti aşağı olduğu üçün həmin məbləği birdəfəlik iddiaçıya ödəməyə imkanı yoxdur. O, iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 avqust 2018-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 08 avqust 2018-ci il tarixdə, saat 14:00-da Bakı-Qazax yolunun 510-cu kilometrliyində Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilmiş «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtoqəzanın baş verməsində «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli, «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 isə zərərçəkən şəxs qismində tanınmışdır. Mülki işdə olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, 14 mart 2018-ci il tarixdə «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında idarə etmək hüququ 1 il müddətinə, yəni 14 mart 2019-cu il tarixədək Cavabdeh etibar edilmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta bürosunun icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair internet portalından çıxarışdan görünür ki, hadisə baş verdiyi vaxt - 08 avqust 2018-ci il tarixdə «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT********** nömrəli sığorta şəhadətnaməsi üzrə İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən icbari qaydada sığortalanmış olmuşdur. Mülki işdə olan “Toyota Bakı Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 25 avqust 2018-ci il tarixli, 841 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4.357 manat məbləğində ziyan dəymiş, 435 manat 70 qəpik endirim tətbiq edilmiş və yekun ödənilməli məbləğ 3.921 manat 30 qəpik təşkil etmişdir. İş materiallarında olan 08 sentyabr 2018-ci il tarixli, 055041 saylı sığorta aktının surətindən görünür ki, 08 avqust 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, “Toyota Bakı Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 25 avqust 2018-ci il tarixli, 841 nömrəli qiymətləndirmə aktına uyğun olaraq İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən sığorta ödənişi qismində 3.921 manat 30 qəpik məbləğində pul vəsaiti «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün X1 ödənilməlidir. Mülki iş materiallarına əlavə edilmiş 17 sentyabr 2018-ci il tarixli, PRP**********892 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, müştəri İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin tapşırığı əsasında «Azər-Türk Bank” açıq səhmdar cəmiyyəti tərəfindən 3.921 manat 30 qəpik məbləğində sığorta ödənişi təyinatlı pul vəsaiti üçün X1 təqdim edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında 08 avqust 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, 08 avqust 2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsi idarə etdiyinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, 08 avqust 2018-ci il tarixdə, saat 14:00-da Bakı-Qazax yolunun 510-cu kilometrliyində «VolksWagen Passat» markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtoqəza vaxtı «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli, «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 isə zərərçəkən şəxs qismində tanınmışdır. «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən icbari qaydada sığortalanmışdır. İddiaçı tərəfindən 3.921 manat 30 qəpik məbləğində sığorta ödənişi «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün X1 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.6-cı maddəsinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Həmin Məcəllənin 888.2-ci maddəsinin tələbinə görə əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir Həmin Məcəllənin 922-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələb; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədvə s. mövcud olduqda, sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 və 936.5-ci maddələrinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, Cavabdeh sığorta hadisəsi baş verdiyi tarixdə, yəni 08 avqust 2018-ci il tarixdə «VolksWagen Passat» markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomomili idarə etmək üçün etibarnaməsi olsa da, həmin şəxsin sürücülük vəsiqəsi olmamışdır. Buna görə də Cavabdeh barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati cərimə tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş materiallarında sığorta hadisəsinin cavabdehin təqsiri nəticəsində baş verdiyini təsdiq edən sübutlar əlavə edilməsə də, sığorta hadisəsi baş verdiyi vaxt Cavabdeh sürücülük vəsiqəsi olmamışdır, Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, «Toyota Camry» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə X1 ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.921 manat 30 qəpik məbləğində pul vəsaiti həmin yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli bilinmiş və «VolksWagen Passat» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmiş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 21 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin xeyrinə sığortalıya ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.921 (üç min doqquz yüz iyirmi bir) manat 30 (otuz) qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 59 (əlli doqquz) manat 21 (iyirmi bir) qəpik, cəmi 3.980 (üç min doqquz yüz səksən) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-694/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-694/2024
26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver