Məhkəmə qərarları › İş №e-2(023)-1082/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1082/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1082/2024 15.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçın nümayəndəsi Abbasov Orxan Mahir oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə 15 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 255 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ‘‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Tərtər rayonu Qaradağalı kəndi ərazisində su arxı qazan zaman İddiaçınə məxsus FO-24 və FO-12 rabitə kabellərini yararsız hala salmışdır. Hadisə nəticəsində İddiaçı MMC-yə 255 (iki yüz əlli beş) manat məbləğində ziyan dəymişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı onun ünvanına zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Məhkəmə iclasında İddiaçın nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, göstərdi ki, Cavabdeh Tərtər rayonu Qaradağalı kəndi ərazisində su arxı qazan zaman İddiaçınə məxsus rabitə kabellərini yararsız hala salmış, nəticədə İddiaçı MMC-yə 255 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan 13 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 13.09.202-ci il tarixdə saat 10:10 radələrində Az.Tikinti Servis MMC-nin ekskovartorçusu Cavabdeh tərəfindən Qaradağlı ərazisində su arxı qazan zaman ehtiyatsızlıqdan Qaradağlı kənd EATS-nin xidməti ərazisində istismarda olan FO-24 və FO-12 kabelləri sıradan çıxmışdır. Nəticədə Saran, Xoruzlu və Borsulu kənd EATS-i istiqaməti üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da, sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə tərtib etdiyi smetadan görünür ki, Tərtər rayonu Qaradağlı kənd ərazisində naməlum şəxs tərəfindən sıradan çıxarılmış rabitə xətlərinin bərpasına 255 manat xərclənmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh Qaradağlı ərazisində su arxı qazan zaman ehtiyatsızlıqdan Qaradağlı kənd EATS-nin xidməti ərazisində istismarda olan FO-24 və FO-12 kabelləri sıradan çıxarmışdır. Hadisə nəticəsində İddiaçınə 255 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda həmin ziyanın ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Nazirlər Kabinetinin 14 dekabr 2005-cı il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydalarf’nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Həmin qanunun 35.3-cü maddəsinə görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər bilavasitə cavabdehin təqsirli olaraq cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, o, müəssisəyə dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 255 manat pul tutularaq iddiaçı ‘‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 255 (iki yüz əlli beş) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq ‘‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar