Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1223/2024 25.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı ödənilməmiş pulların cavabdehdən tutulması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə İddiaçı ilk iddia ərizəsi üzrə Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat, hüquqi yardıma görə ödədiyi 320 manat və dövlət rüsumuna görə ödədiyi 135 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı əmlak tələbi barədə ilk iddiası təmin edilməsi qarşılıqlı iddia təmin edilərək, İddiaçı 10520 manat məbləğində pul və 122 manat ödənilmiş dövlət rüsumu, cəmi 10642 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhv olaraq “İddiaçı ona qarşı əmlak tələbi barədə ilkin iddiası təmin edilməsi” kimi göstərmişdir. Halbuki o, ilkin iddianın təmin edilməməsini nəzərədə tutmuşdur. Odur ki, həmin tehniki səhvin nəzərə alınmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun müddətdir tanıyır. Onlar xırdabuynuzlu heyvan alıb saxlamaq barədə cavabdehlə razılığa gəlmişlər. Belə ki, heyvanları onun alması, cavabdehin isə saxlaması barədə razılaşmışlar. O, 2023-cü ildə ayrı-ayrı vaxtlarda 700 başdan çox heyvan almış və saxlamaq üçün cavabdehə vermişdir. Bundan sonra o yatağa hər gedəndə cavabdehin heyvanların sağlamını satıb, yerinə qoca və xəstə qoyunlar alıb qoyduğunu görmüşdür. Ona görə də heyvanları hissə-hissə satmışlar, onun qoyduğu mayadan 15000 manata yaxın pulu qalmışdı ki, heyvanlardan isə 100 başa yaxın qalmışdı. O heyvanları satıb pulunu götürmək istəyirdi. Cavabdeh heyvanları saxlamasını, 2023-cü ilin dekabr ayına qədər onun 15000 manatını ödəyəcəyini bildirmiş, bu barədə şahidlərin iştirakı ilə akt tərtib edərək imzalamışlar. Aktda qeyd olunduğu kimi 15000 manatın əvəzində o cavabdehə 98 baş ana qoyun, 3 baş erkək və 3 baş ana keçi vermişdir. 2023-cü ilin dekabr ayının sonunda cavabdehə zəng edərək 15000 manatı tələb etsə də, cavabdeh müxtəlif bəhanələr edərək pulunu verməkdən imtina etmişdir. Cavabdeh onu aldadaraq ona külli miqdarda ziyan vurmuşdur. Bundan kifayətlənməyərək onun 15000 manat pulunu da mənimsəmək istəyir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı əvvəllərdən tanımışdır. Cavabdehlə aralarında əldə olunmuş razılığa əsasən 2023-cü ilin iyun ayından etibarən ona məxsus xırda buynuzlu heyvanların saxlanılmasını həyata keçirmişdir. Cavabdeh onunla görüşüb, ona məxsus xırdabuynuzlu heyvanların saxlanılması üçün hər ay ona 600 manat məbləğində zəhmət haqqı verməyi təklif etmişdir. Cavabdehin bu təklifi ilə razılaşdıqdan sonra 2023-cü ilin iyun ayından başlayaraq onun heyvanlarını Ağstafa rayonu ərazisindəki Ceyrançöl otlaq sahəsində cavabdehə məxsus yataqda (fermada) saxlamağa başlamışdır. Həmin ilin sentyabr ayında cavabdeh heyvanları satmaq qərarına gəlmişdir. Çünki, onun xəbəri olmadan fermanı satmışdır. Ona görə də, məcbur olub heyvanları satmalı olmuşdur. Heyvanların yarı hissəsini Gəncə şəhərindəki heyvan bazarında özü satmış və pulunu götürmüşdür. Qalan hissəsini isə fermaya qaytarmalı olmuşdur. Cavabdeh onun zəhmət haqqını vermədiyinə görə o heyvanları cavabdehə təhvil verərək, fermanı tərk etmişdir. İddiaçı ona təxminən 4 aylıq zəhmət haqqı, yəni ümumilikdə 2400 manat pulu ödəməmişdir. Bundan sonra cavabdeh onu Ağstafa rayonuna dəvət etmiş və onunla söhbət edərkən, ona heyvanlara qulluq etməyə davam etməyini təklif etmişdir. Daşdəmir onun zəhmət haqqını ödəmədiyi üçün onun təklifini qəbul etməmişdir. Səhəri gün yaşadığı evdə olarkən, iki nəfər polis əməkdaşı onu evdən çölə çağıraraq Ağstafa rayon polis söbəsinə dəvət etmişlər. Səbəbini soruşduqda, cavabdehin onun haqqında polis şöbəsinə şikayət etdiyini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Ağstafa rayon Polis Şöbəsinə getmiş, orada özünü cinayət axtarış bölməsinin rəisi kimi təqdim edən Araz adlı polis əməkdaşının qəbulunda olmuşdur. Həmin vaxt onu nalayiq söyüşlərlə təhqir edən polis əməkdaşı ona hədəqorxu gəlməyə başlamış, onu tutulmaqla və həbsə alınmaqla təhdid etmiş, müvafiq akt tərtib olunmuş və o həmin aktı imzalamışdır. O, polis əməkdaşının belə hərəkətlərinə görə təsir altına düşmüş və qorxub həmin aktı imzalamışdır. Aktın məzmunundan isə xəbəri olmamışdır. O, cavabdehin adının Rafiq, soyadının Alıyev, ata adının isə Məhərrəm kimi olduğunu bilmişdir. Aktda isə İddiaçı kimi göstərildiyini görüb, bu şəxsin kimin olduğunu soruşmuş, lakin polis əməkdaşı ona həmin şəxsin kimliyi barədə məlumat verməmiş və aktı imzalamağa onu məcbur etmişdir. Səhərisi gün cavabdeh ona heyvanlara qulluq etməyi təklif etmiş, borclu olduğu 2400 manat pulu tezliklə ödəyəcəyi barədə söz vermiş və bundan sonra da hər ay 600 manat zəhmət haqqı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin bu vədinə inanıb, təxminən 104 baş xırda buynuzlu heyvanları fermadan Qazax rayonunun Ağköynək kəndi ərazisində yerləşən, həmin kənd sakini X6 məxsus fermaya gətirmişdir. Fermanı icarəyə götürmüş və cavabdeh bunun üçün hər ay Fərmayıla 200 manat məbləğində pul ödəməyə də öhdəlik götürmüşür. Beləliklə, həmin heyvanları saxlamağa başlamışdır. Heyvanların bir hissəsi xəstə olduğuna görə qısa müddət ərzində tələf olmuşdur. Heyvanlar ölməyə başlayan kimi bu barədə dərhal cavabdehə məlumat vermişdir. Təxminən 65 baş heyvan tələf oldu. Cavabdehə bu barədə dəfələrlə məlumat verməyinə baxmayaraq, o, əhəməyyət verməmiş və heyvanlara sahib çıxmaq istəməmişdir. Beləliklə, 2024-cü ilin iyul ayına qədər heyvanlara qulluq etmişdir. Lakin, cavabdeh yenə də onun zəhmət haqqını ödəməkdən boyun qaçırdı, hətta fermanın icarə haqqını belə ödəməmişdir. Məcburiyyət qarşısında qalaraq fermanın aylıq icarə haqqını da özü ödəməli olmuşdur. 10 ay müddətində fermanın icarə haqqı olan 2000 manat onun tərəfindən ödənilmişdir. Bundan əlavə təxminən 13 ay ərzində heyvanların otuna, yeminə və dərmanlarına ümumilikdə 1320 manat məbləğində xərc çəkmişdir. Artıq cavabdehin ona zəhmət haqqı hesabına 7200 manat məbləğində borcu, fermanın icarə haqqı hesabına 2000 manat məbləğində borcu və heyvanların otuna yeminə və dərmanlarına çəkilmiş xərc hesabına 1320 manat məbləğində, ümumilikdə isə 10520 manat (7200,0+2000,0+1320,0=10520,0) borcu yaranmışdır. Dəfələrlə cavabdehdən ona ödəməli olduğu 10520 manat məbləğində pulları tələb etsə də, cavabdeh həmin pulu ona ödəməkdən boyun qaçırmış, hər dəfə onu hüquq mühafizə orqanları ilə hədələmişdir. Sonradan ona məlum olmuşdur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddiası tamamilə əsasızdır. Çünki, o aktı təsir altında imzalamış, həmçinin o cavabdehi İddiaçı kimi deyil, X3 tanımışdır. Həmçinin hesab edir ki, cavabdehdən 10520 manat məbləğində pul vəsaiti tutularaq ona verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, həmin heyvanların tələf olması ilə bağlı rəsmi olaraq ərazi baytarlıq idarəsinə məlumat vermədiyi üçün həmin faktla bağlı baytarlıqdan hər hansı bir yazılı sənəd təqdim edə bilmir. Lakin Xanlıqlar kəndinin baytar həkiminə şifahi məlumat vermişdir. Heyvanlar çiçək xəstəliyi adlanın xəstəliyin nəticəsində tələf olmuşlar. Həmin xəstəliyin müalicəsi üçün vaksin vardır, lakin heç bir yerdən ala bilməmişdir. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilk iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, həmin heyvanların tələf olması ilə bağlı heç bir həkim baytarlıq sənədləri yoxdur. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilk iddianın rədd olunmasını xahiş etdi. İddiaçı və onun nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehnin nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə ərizə ünvanlayaraq göstərmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, mülki işə onun iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, X4 onun qardaşı, Cavabdeh isə onun bacanağıdır. Qardaşı X1 rayonunda icarəyə ferma götürmüş və heyvan saxlayacağını bildirərək, həmin heyvanların üstündə durmağa adam axtardığını bildirmişdir. O, bununla bağlı ilk növbədə qaynına müraciət etmişdir. O razı olmadıqda isə bacanağı Cavabdeh müraciət etmiş, sonuncu bu işə razı olduğunu bildirmişdir. O, onları görüşdürmüş və onlar öz aralarında razılığa gəlmişlər. Sonradan qardaşı və bacanağının birgə xırdabuynuzlu heyvan aldıqlarını eşitmişdir. Heyvanların pulunu və fermanın icarə haqqını İddiaçı vermişdir. Onlar öz aralarında qazanc əldə etdikdən sonra, həmin pulu üç hissəyə böləcəkləri barədə razılığa gəlmişlər. Bir müddət keçdikdən sonra qardaşı fermaya kamera yerləşdirdiyini, kameraya hər dəfə baxan zaman bacanağın orada olmadığını ona demişdir. Bununla bağlı o, Əşrəflə söhbət etmiş və ona işində məsuliyyətli olmasını bildirmişdir. Bir müddət keçəndən sonra qardaşı ona Əşrəfin ondan xəbərsiz olaraq heyvanlardan satdığını bildirmişdir. O, bununla bağlı Əşrəflə danışmış, sonuncu heyvanları satdığını etiraf etmiş və Daşdəmirə düşən pul məbləğini ona vermişdir. Sonra təkrar olaraq qardaşı ona Cavabdeh yenə ondan xəbərsiz heyvanlardan satdığını bildirmişdir. Əşrəfin bu hərəkətləri Daşdəmirin narazılığına səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Əşrəfi tanıyır və onların qohumluq münasibətləri vardır. Əşrəf 2023-cü ilin sentyabr ayında onun fermasına saxlamaq üçün təxmini 100 baş xırdabuynuzlu heyvan gətirmişdir. Həmin xırdabuynuzlu heyvanları 2024-cü ilin iyul ayına kimi orda saxlamışdır. Həmin heyvanlardan xəstə olanı və tələf olanı olmuşdur, lakin o kütləvi heyvanın tələf oluduğunu bilmir. Əşrəflə qohum olduqları üçün həmin heyvanların onun fermasında saxlanması üçün heç bir pul tələbi yox idi, lakin heyvanlara baxılması və onlara nəzarəti üçün fermasında çalışan çobana hər ay ödənişlər etməli idi. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh və İddiaçı akt tərtib edərək göstərmişdir ki, Cavabdeh İddiaçı 98 baş ana qoyun, 3 baş toxumluq erkək 3 baş ana keçini 15000 manata razılaşıb və götürmüşdür. Həmin pulu 2023-cü ilin dekabr ayınadək qaytarmağı barədə razılığa gəlmişlər. Həmin akt X13 və İddiaçı Yahy oğlunun iştirak ilə tərtib edilmişdir. İş materiallarında xırda buynuzlu heyvanların müvafiq görüntüləri mövcuddur. İş materiallarında olan Ağstafa Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ağstafa RPŞ-də İddiaçı və Cavabdeh ESD sistemində heç bir müraciəti çıxmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 15 sentyabr 2023-cü ildə akt tərtib edərək 15000 manat dəyərində xırda buynuzlu heyvanları satmış, sonuncu isə həmin 15000 manatı ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 15 sentyabr 2023-cü ildə akt tərtib edərək 15000 manat dəyərində xırda buynuzlu heyvanları satmış sonuncu isə həmin 15000 manatı ödəməyi öz öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, məhkəmə Cavabdeh qarşılıqlı iddia ərizəsinə aid hissədə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatların təsdiqi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsində qoşma kimi əlavə olunmuş fotoşəkillərdə xırda buynuzlu heyvanların tələfi görüntüsü əks etdirilsədə, həmin xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olunması ərazi baytarlıq idarəsi tərəfindən təsdiq edilmir. Həmin faktla bağlı hər hansı bir yazılı sənəd təqdim edilməmişdir. Beləliklə məhkəmə yuxarda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə iş materiallarında olan hüquqi yardımın göstərilməsi ilə bağlı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etdiyi 320 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 39-cu bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilk iddiası təmin edilsin. Cavabdeh 15000 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul və 135 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “ödənilməmiş pulların cavabdehdən tutulması” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1223/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1223/2024
25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver