Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1239/2023 21.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi ilə İddiaçı QİZİNİN cavabdeh - qarşı əmlak tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİNİN cavabdeh - oğluna qarşı əmlak tələbi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan 1000 (min) manat dəyərində brilliant qaşlı üzük, 3000 (üç) min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 (dörd) yüz və 300 (üç) yüz manata cəmi 700 (yeddi yüz) manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 (iki) yüz manat dəyərində olan qızıl üzük, ümumilikdə 5100 (beş min yüz) manat dəyərində olan qızı-zinyət əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasına dair; 2. Yüksə keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 600 (altı yüz) manatın, yol xərcləri üçün 200 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödədiyi 11 manat 50 qəpik məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 80 (səksən) manat ümumilikdə 891 (səkkiz yüz doğsan bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş elektron iddia ərizəsində cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan sistemə daxil edilməmiş və İddiaçı MÜHİD qızı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz isə ödəniş təyinatı olaraq Ağstafa Rayon Məhkəməsinə uyğun olaraq ödənilmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı QİZİNİN əmlak tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1239/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1239/2023
21.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver