Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-378/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (70.00 manat) Cavabdeh tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 23:35 radələrində Bakı şəhəri, Bakı-Quba yolunun 27.5-ci kilometr ərazisində, Cavabdeh idarə etdiyi“ Vaz 21070” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada X8 vəfat etmişdir. “Vaz 21070” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbarisığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülkiməsuliyyətinin icbarisığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli, 1253 nömrəli ölüm haqqında şəhadətnamədən və xx.xx.2020-ci il tarixli, № 98 ekspert rəyindən göründüyü kimi, X8 08 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, zərərin məbləği olaraq 5000.00 manat sığorta ödənişi iddiaçı tərəfindən etibarnamə üzrə nümayindəsi və övladı X2 bank hesabına ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 838/2021 saylı hökm ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. 29 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən müəyyən olunmuşdur ki, “Cavabdeh 08 sentyabr 2020-ci ildə saat 23:35 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir”. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsizamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh tərəfindən «VAZ 21070» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə PXA********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İşdə olan PXA80629 nömrəli sığorta aktının surətindən görünür ki, ** BR *** dövlət qeydiyyat nişanlı, «VAZ 21070» markalı markalı avtomobilə dəymiş zərərlə bağlı X3 5000 manat məbləğində sığorta pulu verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 1(101)-838/2021 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh ** BR *** dövlət qeydiyyat nişanlı, «VAZ 21070» markalı markalı avtomobil sürücülük vəsiqəsi olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi zaman X8 vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən plastik kartlar və Şen zərflər X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X1 Zaur Zakir oğlunun atasıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 23:35 radələrində Bakı şəhəri, Bakı-Quba yolunun 27.5-ci km ərazisində, Cavabdeh idarə etdiyi“ Vaz 21070” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlıavtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada X8 vəfat etmişdir. “Vaz 21070” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbarisığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülkiməsuliyyətinin icbarisığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli, 1253 nömrəli ölüm haqqında şəhadətnamədən və xx.xx.2020-ci il tarixli, №98 ekspert rəyindən göründüyü kimi, X8 08 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən,zərərin məbləği olaraq 5000.00 manat sığorta ödənişi iddiaçı tərəfindən etibarnamə üzrə nümayindəsi və övladı X2 bank hesabına ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-838/2021 saylı hökm ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi qanunverici faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Hazırki halda sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətləri nəticəsində baş vermiş, hadisə zamanı zərərçəkən şəxsə dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi göstərdiyi halları, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-838/2021 saylı hökmü ilə Cavabdeh təqsirli bilinmiş, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən 5000 manat məbləğində pul vəsaitinin X2 hesabına köçürülməsinə dair PXA80629 nömrəli sığorta aktı təqdim etməklə sübuta yetirmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti alınıb "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5000 (beş min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 70 (yetmiş) manat, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-378/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-378/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver