Məhkəmə qərarları › İş №e-2(023)-648/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-648/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-648/2024 21.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 21 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində verilmiş sığorta ödənişi və 60.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta bağlanmış “VAZ-21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində Qazax rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Hyundai Santa FE” markalı, 99ST388 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qazax rayon DYPB-nin protokolu ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Zərərçəkənə avtomobilin zədələnməsi ilə bağlı 4000 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, işə iştirakları olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı ASC "xxxx" ilə X4 arasında “VAZ-21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtomobilə dair müqavilə bağlanmışdır. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan elektron məlumatdan görünür ki, X4 mülkiyyətində olan “VAZ- 21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ilə qədər Cavabdeh etibar etmişdir. xx.xx.2022-ci il tarixli, ƏN-Vİİİ №429454 saylı etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 mülkiyyətində olan “Hyundai Santa FE” markalı, 99ST388 dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü ilə qədər X1 etibar etmişdir. Dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli Aktınn təsdiq edilmiş surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nətincəsində “Hyundai Santa FE” markalı, 99ST388 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4000 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli 1452 saylı ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən Vüsalə İsrafilovanın hesabına 4000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60.40 manat dövlət rüsumu ödənilmişdir. İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci, 327.6-cı, 332.1-ci və 334-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-1(095)-668/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən “VAZ-21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. “VAZ-21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Qazax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Hyundai Santa FE” markalı, 99ST388 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Gəncə Hərbi Məhkəməsinin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, 20EJ457 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək 99ST388 dövlət qeydiyyat nişanlı “Hyundai Santa FE” markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurduğundan, "xxxx" ASC tərəfindən 99ST388 dövlət qeydiyyat nişanlı “Hyundai Santa FE” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə Vüsalə İsrafilovanın hesabına 4000 manat ödəniş edildiyindən, zərərin ödənilmiş əvəzi miqdarında məbləğ Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində sığorta ödənişi və 60.40 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar