Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-972/2024 16.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Opel Vectra” markalı, 10 N0 127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, "Niva Urban” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, X5 vəfatına görə, X6 ağır dərəcəli xəsarətinə görə, X7 az ağır dərəcəli xəsarətinə görə, X12 yüngül dərəcəli xəsarətinə görə ödənilmiş, cəmi 13250 AZN (on üç min iki yüz əlli manat) pulun və ödənilmiş 129.75 AZN (yüz iyirmi doqquz manat yetmiş beş qəpik) dövlət rüsumunun iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Forma 4 arayışına əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Opel Vectra” markalı, 10 N0 127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, “Niva Urban" markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X13 vəfat etmiş, X14 ağır dərəcəli xəsarət almış, X15 az ağır dərəcəli xəsarət almış, X18 yüngül dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, zərərvuran Cavabdeh idarə etdiyi “Hyundai Tucson” markalı ** KU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Opel Vectra” markalı, 10 N0 127 döylət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 manat, "Niva Urban" markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2000 manat sığorta ödənişi həyata keçirilmiş, X5 vəfatına görə 5000 manat, X6 ağır dərəcəli xəsarətinə görə 1500 manat, X7 az ağır dərəcəli xəsarətinə görə 1500 manat, X12 yüngül dərəcəli xəsarətinə görə 750 manat sığorta ödənişi həyata keçirilmiş, ümumilikdə 13250 AZN (on üç min iki yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş 1(012)-59/2019 saylı Abşeron Rayon Məhkəməsinin hökmündən aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Cinayət Məcəlləsinin 263.2ci maddəsi və hadisə yerindən qaçdığına görə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh hadisə yerindən qaçdığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirik ki, 13250 (on üç min iki yüz əlli) manat pul Cavabdeh iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi Mirzəyev Maarif ərizə ilə məhkəməyə müraciət edərək, bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməklə, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək həbsdən çıxdığını və işi olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 30 yanvar 2019-cu il tarixli 1(012)-59/2019 saylı Abşeron Rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Cavabdeh üzərində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışın surətindən görünür ki, «Tucson» markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. xx.xx.2019-cu il tarixli dəymiş zərəri qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə saat 21:00-da törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində «Opel Vectra» markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli dəymiş zərəri qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə saat 21:00-da törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində «Niva Urban» markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat məbləğində maddi ziyan dəymişdir. 063037 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 vurulan zərərə görə 1.500 manat məbləğində pul vəsaiti X9 ödənilmişdir. 074418 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X10 vurulan zərərə görə 1.500 manat məbləğində pul vəsaiti X10 ödənilmişdir. 068823 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən «Opel Vectra» markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə 2500 manat məbləğində pul vəsaiti X3 ödənilmişdir. 0063489 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən hadisə nəticəsində vəfat etmiş X5 5000 manat sığorta ödənişi X11 ödənilmişdir. 063666 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən «Niva Urban» markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə 2000 manat məbləğində pul vəsaiti X16 ödənilmişdir. 063426 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 vurulan yüngül zərərə görə 750 manat məbləğində pul vəsaiti X16 ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 1.500 manat pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürmə yolu ilə X6 hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 36819 manat pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürmə yolu ilə İddiaçı Sığorta Şirkəti ASC hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 2500 manat pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürmə yolu ilə Aybəniz Vəliyevanın hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 5000 manat pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürmə yolu ilə X8 hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan750 manat pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürmə yolu ilə X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə olan subroqasiya qaydasında borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh 20 iyun 2018-ci il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Opel Vectra” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Niva Urban” markalı, 90–LB-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 vəfat etmiş, X14 ağır dərəcəli xəsarət almış, X15 az ağır dərəcəli xəsarət almış, X18 yüngül dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, zərərvuran Cavabdeh idarə etdiyi “Hyundai Tucson” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqviləsi ilə sığortalanmışdır. Həmin məbləğdə sığorta ödənişi sığortalıya təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək Cavabdeh "Opel Vectra” markalı, 10 N0 127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, "Niva Urban” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, X13 vəfatına görə, X6 ağır dərəcəli xəsarətinə görə, X4 az ağır dərəcəli xəsarətinə görə, X12 yüngül dərəcəli xəsarətinə görə ödənilmiş cəmi 13250 (on üç min iki yüz əlli) manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı nəqliyyat nömrəli avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 936, 1099 və 1108-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 129.75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "Opel Vectra” markalı, 10 N0 127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, "Niva Urban” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, X5 vəfatına görə, X6 ağır dərəcəli xəsarətinə görə, X7 az ağır dərəcəli xəsarətinə görə, X12 yüngül dərəcəli xəsarətinə görə ödənilmiş cəmi 13250 (on üç min iki yüz əlli) manat pul və ödənilmiş 129.75 (yüz iyirmi doqquz yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansirov
Məhkəmə qərarları › İş №e-2(023)-972/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-972/2024
16.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver