Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-165/2025 25.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.062 manat pul borcun və ödənilmiş 71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin avqust ayından Qax rayon sakini, Cavabdeh1 və onun mühasibatlıq işlərinə baxan həmin rayondan olan Cavabdeh2 qohumu, Balakən rayonu, Qazma kənd sakini, X3 aid Balakən şəhəri, Rafiq Səmədov 47 ünvanda yerləşən «Kaspi» tədris mərkəzini öz aralarında razılaşıb, «Kaspi» adını dəyişərək «X5» adı altında işlətməyə başlamışlar. Cavabdeh1la o ortaq tanışı Qax rayonundan olan Abdulla adlı şəxs sayəsində tanış olmuşdur. Cavabdeh1la yaxın münasibəti yaranmışdır. X7 əvəllər Balakən rayonu,Təhsil sektorunda işlədiyi və rayon məktəb direktorları ilə tanışlığı olduğuna görə X4, Cavabdeh1 və Cavabdeh2 onun tədris müəssisəsinə uşaq cəlb olunmasında köməklik göstərilməsini xahiş edirdilər. Cavabdeh1 və Cavabdeh2 Balakənə gələndə onların şəriyi, qohumu X12 Federasiyasında olduğuna görə R.Əliyevə aid bir məsələ olduqda Rəfail Əliyevin xahişi əsasında əlaqələndirici şəxs qismində o gedib görüşmüşdür. 2021-ci ilin sentyabr ayında Cavabdeh1 telefonla ona zəng edərək «X5»in baş ofisində imtahan mərkəzinin yaradılması və baş ofisə maddi köməklik etdiklərinə görə Balakən rayonunda işlətdikləri tədris müəssisəsinin kirayə haqqını ödəməyə çətinlik çəkdiklərini bildirmiş və Rəfail Əliyevin onlar üçün 1.000 manat borc verməsini ondan xahiş etmişdi. Əliyev Rəfailə onların xahişini bildirmiş, Rəfail Əliyev həmin 1.000 manat məbləği borc şəklində vermiş və sonrakı aylarda Cavabdeh1 götürdüyü borcu geri qaytarmışdır. Rəfail Əliyevlə yaxın münasibətləri olmadığı üçün ona müraciət olunmasını ondan xahiş etmişlər. X6, Cavabdeh1 və Cavabdeh2 şərik olsalar da X13 müəssisəsinin işlədiyi ziyana şərik olmadığını bildirmişdir. Sonrakı aylarda Cavabdeh1 işçisi Balakən şəhər sakini Şahid dediyinə görə onun özündən bir-neçə dəfə borc götürüb və geri qaytarılmışdır. Həmçinin 2021-ci ilin dekabr ayında da, Cavabdeh1 ondan tədris müəssisəsi üçün 1.500 manat borc götürüb və sonrakı aylarda geri qaytarıb. Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin əvvəlində 170 manat və 130 manat, cəmi 300 manat pul istədilər və həmin məbləği onlara vermişdir. Həmin pulu geri qaytarmamışlar. 2022-ci ilin yanvar ayında Cavabdeh1 Şahid onun adına kredit götürülməsi üçün xahiş etmiş, ancaq Şahid adına kredit götürülməsi mümkün olmayıb. Sonra ona zəng vurub atasının xəstə olduğunu, ürək əməliyyatı keçirəcəyini, özünün və yoldaşının adında kredit olduğunu, həmçinin 1 ay ərzində «X5»in baş ofisində maddi yardım veriləcəyini və kreditin tam bağlanacağını bildirərək onun adına kredit götürülməsini xahiş etmişdir. Əvvəlki tarixlərdə də A.S.X8, Şahid və ondan borc götürüb geri qaytarması ilə aralarında inam qazandığına, çorək kəsdiyinə və atasının xəstə olduğunu nəzərə alaraq öz adına kredit olduğu uçun 21 yanvar 2022-ci il tarixdə bacısı X1 adına "xxxx"ın Qax rayon filialından 5.500 manat kredit götürərək Cavabdeh1 vermişdir. Həmin vaxtı orada Cavabdeh1 işçisi Şahid da olmuşdur. Şahid Cavabdeh1 göstərişi ilə işlədiyi «İstiqlal» tədris mərkəzinin hesabından 2022-ci ilin fevral ayında 177 və mart ayında 170 manat götürərək həmin kreditə pul keçirmişdir. Cavabdeh1 ilə razılıqlarına əsasən kredit onun tərəfindən 1 aya tam bağlanacaqdı. Ancaq bağlanmadığından Cavabdeh1la dəfələrlə telefon danışığı ilə zəng etmiş və həmçinin görüşmüşlər. Krediti ödəməmək üçün Cavabdeh1 artıq başqa tonla onunla danışır, uşaq toplanması üçün guya onun öhdəlik götürdüyünü, günahı olduğunu, o səbəb olub tədris müəssisəsinin ziyanla işlədiyini bildirərək hər dəfə kreditin ödənişini dayandırırdı. Sonra «X5» direktoru Amil müəllimin nömrəsini taparaq Balakənə dəvət etmiş və görüşüb məsələni izah etmişdir. Amil müəllim Cavabdeh1 həm Qax, həm də Balakın tədris müəssisəsindən uzaqlaşdıraraq Rəfail Əliyevə tədris mərkəzinin xalis gəlirinə şərik olacağı təqdirdə kreditini keçiriləcəyi barədə söz verərək 2022-ci ilin aprel, may, iyun aylarında 416 manat və sentyabr ayında 208 manat olmaqla, kreditə pul keçirib 2022-ci ilin oktyabr ayından Amil müəllim artıq kredit keçirməyəcəyini, R.Əliyevlə şərik olmayacağını Balakəndə yerləşmə tədris müəssisəsinin adının ona aid olduğunu qeyd edərək, hər ayda da 1.500 manat baş ofisə keçirilməsini Rəfailə bildirmişdir. X14 bununla razılaşmamış, «X5» ilə əlaqələrini kəsmişdir. O, bu məsələ ilə bağlı Cavabdeh1 məlumat vermiş, sonra isə Rəfail Əliyev, o və Cavabdeh1 Qax rayonunda görüşmüşlər. Cavabdeh1 həmin vaxtı işsiz olduğunu, həyat yoldaşının avtomobillə avtoqəza törətdiyini, maddi imkanıınn çox aşağı olduğunu bildrərək ona köməklik etməsini, krediti hələki, borc şəklində keçirməsini xahiş edərək «X5»in baş ofisindən pulu götürüb krediti və onun borcunun onun borc şəklində keçirdiyi məbləği qaytaracağını bildirmişdir. 2023-cü ilin yanvar ayında 179, fevral ayında 130, aprel ayında 160, 30 və 60 manat borc şəklində o ödəmişdir. Ancaq Anar məsələni həll edə bilməmişdir. 2023-cü ilin may ayında Rəfail, o, Anar və Cavid arasında telefon danışıqları olmuşdur. (Cavabdeh1 Cavabdeh2 yanında olduğunu danışıqlarını eşitdiyini bildirmişdir.) Həmin danışıqda da Cavabdeh1 Cavabdeh2 kreditin keçirilməsinə köməklik edəcəyini bildirmişdir. Sadəcə yay aylarında Qax İstiqlal tədris müəssisəsinin işləmədiyini dedilər. Məcburən o təklif etmişdir ki, yenə 2023-cü ilin may, iyun, iyul və avqust aylarında borc şəklində krediti keçirəcək və onlar da krediti tam bağlayıb ona olan borclarını da qaytarsınlar. Cavabdeh1 da razılıq verdi və bildirdi ki, 2023-cü ilin sentyabr ayından başlayaraq iki üç dəfəyə olmaqla krediti bağlayıb ona olan borcunu qaytaracaqdır. 2023-cü ilin may ayında 200 manat, iyun ayında 60 və120 manat, iyul ayı 40 və 50 manat, avqust ayında isə 120 və 41 manat borc şəklində kreditə pulu keçirmişdir. 2023-cü ilin oktyabr ayında Cavabdeh1la Cavabdeh2 öz aralarına razılaşıb onlara bildirmşlər ki, Cavabdeh1 həmin dövrdə işsiz olduğuna görə məbləğin Cavabdeh2 aid olan hissəsini ilk öncə Cavabdeh2, sonra isə Cavabdeh1 ödəyəcəkdir. 2023-cü ilin oktyabr ayında 162, noyabr ayında 164, 2024-cü ilin yanvar ayında 2023cü ilin dekabr ayı uçun 160 və həmin ilin aprel ayında 2024-cü ilin mart ayı üçün sona dəfə 165 manat Cavabdeh2 kreditə pul keçirib. 2024-cü ilin yanvar ayında Cavabdeh2 kreditə ödəniləcək məbləğdən az keçirdiyinə görə 8 manat 91 qəpik, sonra isə Cavabdeh2 xahişi ilə geri qaytarmaq şərti ilə borc şəklində fevral ayında 180 və 125 manat kreditə pul keçirmişdir. Cavabdeh2 ona sadəcə 60 manat pul qaytarmışdır. 2024-cü ilin may ayında Cavabdeh2 fevral ayı üçün kredit ödəməyi gecikdirdiyinə görə bacısı Günel Bayramovanın bank kartından 40 manat pulu silinmiş, sonra Cavabdeh2 həmin 40 manat pulu onun bsank kartına göndərmişdir. 2024-cü ilin aprel və may aylarında artıq Cavabdeh2 də Cavabdeh1 ümumiyyətlə kredit keçirmədiyini, onun bu məsələdən yayındığını qeyd edərək kredit üçün öhdəlik götürdüyü məbləği ödəməkdən boyun qaçırmışdır. Rəfail Əliyev və o kreditin hər ay üzərinə faiz gəldiyi üçün banka qalan ümumi məbləği borc şəklində birdəfəlik ödəməyi və qarşılığında borc müqaviləsi imzalamağı Cavabdeh1 və Cavabdeh2 təklif etmişlər. Onlar borc müqaviləsini imzalamaqdan boyun qaçırdılar. 2024-cü ilin əvvəllərində 3.150 manat pulu 21 yanvar 2022-ci il tarixli GTKR4689856A169 nömrəli kredit müqaviləsi üzrə keçirərək bacısının adında olan krediti tam ödəmişdir. Cavabdeh1 nömrələrini blokladığı üçün onunla əlaqə saxlaya bilməmişdir. Bəzən başqa nömrələrlə zəng edərək onunla danışmışdır. Hər danışdığında da hələ ki, Cavidin növbəsi olduğunu, narahat olmamasını demiş və həll edəcəyini bildirərək danışığı bitirmişdir. Cavabdeh2lə də dəfələrlə telefon danışığı və vatsap yazışmaları olub. Onun yerinə borc şəklində kreditə keçirdiyi məbləğin qalığını bu günə qədər qaytarmayıb. 2024-cü ilin avqust ayında son danışıqlarında qalıq məbləği həmin ayın 10 və ya 11 tarixlərində qaytaracağını və ümumi kredit keçirilən məbləğin də ya 11 tarixlərində qaytaracağını və ümumi kreditə keçirilən məbləğin də Cavabdeh2 düşən hissəsinin 2024-cü ilin sentyabr ayından ödəyəcəyinə dair öhdəlik götürdü. Cavabdeh2 12 sentyabrda «Whatsapp» proqramı vasitəsi ilə ona mesaj yazaraq ona düşən ümumi qalıq məbləği soruşdu, o da cavabında bildirdi ki, cəmi 751 manat keçirmişdir. Ümumi məbləği Anarla onun arasında bərabər böləndə 4.758.91+751=5.509.91 cəmi məbləğdir, yarı böləndə 2755 edir, 2755 azndən o keçirən 751 manatı çıxanda Cavidə düşən hissə 2.004 manat edir. 02 oktyabr 2024-cü il tarixdə Cavabdeh2lə danışıqları oldu və 04 oktyabr tarixində ona verəcək ümumi məbləğdən 240 manat pulu qaytaracağını bildirdi, ancaq həmin tarixdə zəng etmiş, zəngini də açmamışdır. İddiaçı keçirdiyi aylar və məbləğ 2023-cü il-yanvar ayı-179 manat, fevral ayı-130 manat, aprel ayı 160 manat, 30 manat və 60 manat,-cəmi 250 manat, iyun ayı 60 manat və 120 manat, cəmi 180 azn. İyul ayı 40 azn və 50 azn. Cəmi 90 azn. Avqust ayı 120 azn və 41 azn, cəmi 161 azn. Sentyabr 162 azn. ( Cavabdeh1 bank kartına 165 azn göndərmişdir) 2024-cü il yanvar ayı 8.91 azn, fevral ayı-180 azn və 125 azn cəmi-305 azn, mart ayı 40 azn kartdan tutulub, may ayı-200 azn və 150 azn cəmi: 350 azn, iyun ayı 2800 azn: Borc şəklində keçirdiyi məbləğdən 2024 cü ilin mart ayında 60 azn və 40 azn olmaqla Cavabdeh2 ayn-ayrılıqda onun kartına borcundan qaytarıb. Cəmi 4.858.91 azn-60 azn-40 azn=4.758.91 azn. Cavabdeh1 və Cavabdeh2 birlikdə keçirdiyi aylar 2022-ci ilin ferval ayı üçün 177 manat, mart ayı üçün 170 azn, aprel ayı 416 azn, sentyabr ayı 208 azn. 2023-cü il-oktyabr ayı-162 azn, noyabr ayı-164 azn. 2024-cü il yanvar ayı (dekabr ayı üçün) -160 azn, aprel ayı (mart ayı üçün ) 165 azn. Beləliklə 21 yanvar 2022-ci il tarixli GTKR4689856A169 №li kredit müqaviləsi üzrə bacısı X1 adına "xxxx"Balakən filialından 5.500 manat kredit götürərək Cavabdeh1 verdiyi kredit üzrə cəmi qaytarılan məbləğ 7.316.05 manat təşkil etmiş, həmin borc onun tərəfindən Banka tam ödənilmiş, həmin borc uzrə 2554 manat Cavabdeh1 və Cavabdeh2 tərəfindən oğlu ödənilmiş, 4.762 manat və 2022-ci ilin əvvəlində iki dəfə verdiyi 170 manat və 130 manat, cəmi 300 manat pul cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Cavabdehlər ona sonuncu dəfə 2024-cü ilin mart ayında ödəniş etmişlər. Ümumilikdə cavabdehlərin ona qaytarmalı olduqları pul 5.062 manat təşkil edir. Artıq bir-neçə aydır ki, cavabdehlər ona 5.062 manat olan borcu ödəməkdən yayınırlar. Cavabdehlər üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və vədlərinə əməl etməmişlər. Bununla əlaqədar cavabdehlərə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Buna görə də pulun qaytarılması, barədə Qax Rayon Məhkəməsinə muracət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5.062 manat ziyanını və eyni zamanda ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddia tələbinin dəlillərini məhkəmədə müdafiə edir və onun dəlillərini məhkəmədə bir daha səsləndirməyi zəruri hesab etmir. Lakin bildirmək istəyir ki, tərəflər 2021-ci ilin avqust ayının 1-dən tanış olmuşlar. Cavabdeh1, eyni zamanda Cavabdeh2 tədris kursu ilə bağlı iddiaçı ilə tanış olmuşdur. Həmin şəxslər Balakən rayonunda «İstiqlal» tədris kursunun açılması ilə bağlı sövdələşmə aparmışlar, tanışlıqları yaranmışdır. Bundan sonra həmin şəxslər əməkdaşlıq edərək Balakən rayonunda tədris kursu açılmasında iştirak etmişlıər. İlk əvvəllər 2021-ci ilin sentyabr ayından başlayaraq tərəflər arasında pulla bağlı müəyyən öhdəliklər olmuşdur. Cavabdehlər iddiaçıdan götürdükləri pulları vaxtında qaytarmış, eyni zamanda cavabdehlər iddiaçı qarşısında etibar qazanmışlar. 2022-ci ilin yanvar ayında cavabdehlər iddiaçıdan həmin tədris kursunun fəaliyyətinin əlaqələndirilməsi, genişləndirilməsi və fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə 5.500 manat pul lazım olduğunu bildirərək kredit götürməsin ondan xahiş etmişlər. Lakin iddiaçı öz adına kredit olduğuna görə bacısının adına 21 yanvar 2022-ci il tarixdə «Kapital Bank»ın Balakən rayon filialından 5.500 manat məbləğində 2 il müddətinə ödənilməsi şərtilə kredit götürmüşdür. İddiaçı həmin krediti bacısının adına götürmüş, pulu bacısından alaraq cavabdehlərə təhvil vermişdir. Cavabdehlər isə həmin pulun müqabilində bir ay ərzində pulu ödəyəcəklərinə söz vermişlər, ona görə də, tərəflər həmin pulun alınması və ödənilməsi ilə bağlı razılaşmışlar. Lakin bundan uzun müddət keçsə də, cavabdehlər tərəfindən götürdükləri öhdəliklər yerinə yetirilməmiş, ona görə də, iddiaçı və cavabdehlər arasında mübahisə yaranmışdır. Müxtəlif vaxtlarda onlar həm də iş materiallarına əlavə etmiş, həm iddia ərizəsində göstərmişlər ki, cavabdehlər tərəfindən iddiaçıya pul məbləğləri ödənilmişdir. Həmin kreditin vaxtında qaytarılmaması ilə bağlı gecikmələr yaranmışdır. Buna görə də, cavabdehlər və iddiaçı məcbur qalaraq sonuncu dəfə 2024-cü ildə 3.150 manat qalıq kredit məbləğini banka ödəyərək bank üzrə götürdükləri öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər müxtəlif vaxtlarda iddiaçıya həmin kredit məbləğindən 2.554 manat geri qaytarmışlar. Lakin 4.762 manat və 170 və 130 manat müxtəlif vaxtlarda götürdükləri pulları isə geri qaytarmamışlar. Beləliklə, cavabdehlərin iddiaçıya 5.062 manat məbləğində borcları qalmışdır. Sonuncu dəfə cavabdehlər tərəfindən iddiaçıya 2004-cü ilin aprel ayında ödəniş olunmuşdur. İddiaçı iddia tələbini məhkəmədə əsaslandırmaq üçün iş materiallarına fotoşəkillər, cavabdehlərlə sms yazışmaları, bundan əlavə kredit məbləğinin ödənilməsi barədə qəbz, arayışı, kredit cədvəlini, kredit ödənilməsi ilə bağlı cədvəli, eyni zamanda tərəflər arasında baş tutmuş səs yazılarını əks etdirən audio diski iş materiallarına əlavə etmiş, bundan əlavə "xxxx"dan 7.316 manat borcun ödənilməsi ilə bağlı arayış təqdim olunmuşdur. Şahid ifadəsində də qeyd olunmuşdur ki, Cavabdeh1 tərəfindən İddiaçı 5.500 manat kredit götürülməsi ilə bağlı müraciət olunmuş, cavabdehlər də bildirmişlər ki, doğrudan da 5.500 manat kredit götürülməsi ilə bağlı iddiaçıya müraciət etmişlər. Həmin pulu istifadə etdikləri «İstiqlal» hazırıq kursuna sərf olunmuş, həmin puldan 2.554 manat pul ödəniş olunmuşdur. Digər borcu isə qaytarmadıqlarını bildirirlər. Eyni zamanda həmin pulun 3 hissəyə bölünməsini məhkəmə iclasında bildirdilər. Onlar hesab edirlər ki, iddia tələbi tam əsaslı və qanunidir. Ona görə də, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh1la onların tanışlıq münasibətləri var idi. Balakən və Qaxda çörək kəsmişlər. Ondan dəfələrlə pul götürmüş və qaytarmışdır. Aralarında etibar yaranmışdır. 2021-ci ilin sentyabr ayında özlərinin Balakən rayonunda açdıqları «İstiqlal» kursunun icra haqqını verə bilmədikləri üçün 2021-ci ilin sentyabr ayında 1.000 manat, sonra noyabr ayında 500 manat, dekabr ayında 1.500 manat alıb qaytarmışlar. Cavabdeh özlərinin işçisi Rövşəndən borc istəmiş, adına kredit götürmək istəmiş, lakin Rövşən razılaşmamışdır. Bundan sonra ona müraciət etmişlər ki, atası xəstədir, ürəyindən əməliyyat olunub. Kursun müəyyən xərclərini ödəyə bilmirlər. Köməklik etsin ki, onlar bu durumdan çıxsınlar. Öz adına kredit olduğu üçün bacısının adına 5.500 manat kredit götürmüş və cavabdehlərin işçisi Şahid vermişdir. Yəni Cavabdeh1 zəng edib pulu kimə verəcəyini soruşmuş, Anar da Rövşənə verməsini demiş, o da onun xahişi ilə pulu Şahid təqdim etmişdir. Cavabdeh1 ona Bakıdan 1 ay ərzində pul gələcəyini bildirmiş, lakin 2 ay keçmiş, pulu qaytara bilməyən zaman Rövşənə aylıq pulu, fevral, mart aylarının pullarını keçirtmişlər. Sonra isə ödəniş olmadığı üçün Cavabdeh1 rəhbərliyinə müraciət etmişdir. Cavabdeh2 pul tələb etməsinin səbəbi isə onların ikisi bir yerdə müəssisəni açmışlar, söhbətləri həmişə bir yerdə olmuşdur. Qohumu ilə şərik olmuşlar. Ondan isə xahiş etmişlər ki, onlara köməklik göstərsin və qohumu ilə tanış etsin. O da tanış etmişdir. Cavabdeh1 5.500 manat pulu kursun icarə haqqını verə bilmədikləri, müəllimlərin əmək haqlarını verə bilmədikləri üçün və bəzi xərclər olduğu üçün istəmişdir. Cavabdehlər ondan borc istəmişlər. Krediti götürüb onların göstərişi, istəyi ilə öz işçisi Rövşənə vermişdir. Ona bildirmişlər ki, bir ay ərzində pulu qaytaracaqlar, qaytarmayıblar. Ona dəymiş ziyanın qaytarılmasını xahiş edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onlar avqust ayında tanış olmuşlar. İddiaçı işlərini gördüyü Rəfail müəllim var idi. Onlar əvvəllər «Kaspi» kursu kimi fəaliyyət göstərmişlər. Sonra onlar ortaq tanışı vasitəsi ilə onlara bildirmişlər ki, həmin kursla işləmək istəmirlər, şərtləri ağırdır. Onun da tanışı bildirmişdir ki, «İstiqlal» tədris mərkəzində tanışı vardır, onları əlaqələndirə bilər, istəsələr onlarla fəaliyyət göstərə bilərlər. O, Balakən rayonuna getmiş, xəstəxananın həyətində İddiaçıla tanış olmuşdur. O icra hakimiyyətinin işçisi idi və pandemiya dövründə vaksinasiya prosesində iştirak etmişdir. Aqil həmin vaxtı qeyd etmişdir ki, onların investorların əşyalar və sair kursu bütünlüklə satmaq fikirləri vardır. O da «İstiqlal» tədris kursunun rəhbərlərini Balakən rayonuna dəvət etmiş, filialın binasına, yəni köhnə kurs binasına baxmış, şəraitlə tanış olmuş və təsdiqləmişlər. Təsdiqləndikdən sonra onlar «İstiqlal» tədris mərkəzinin Balakən fillalı olaraq fəaliyyətə başlamışlar. Bundan sonra onlar bir-neçə dəfə tək Aqil bəylə yox, Rəfail bəylə birlikdə Qax və Balakən rayonlarında görüşmüşlər. Sövdələşmə ondan ibarət olmuşdur ki, Balakəndə işi İddiaçı aparmalı idi. O Qax rayonunda fəaliyyət göstərirdi. «İstiqlal» tədris kursunun Qax rayon filialının direktoru idi. Cavid isə onun müavini idi. Onlar buradan tədris prosesinin aparılmasına, işin qurulmasına dəstək olmuşlar. Qalan məsələlərin hamısına İddiaçı özü nəzarət etmişdir. Sonra noyabr ayında İddiaçı ona demişdir ki, İcra Hakimiyyətində iş yoldaşı ona problem yaradır, o işdə dayananda onun şəkillərini çəkib müavinə göndərir. Ona görə də dayana bilmədiyini göstərərək bir nümayəndə təyin edilməsini xahiş etmişdir. Onlar da bir nəfər nümayəndə-Pərvanə xanımı təyin etmişlər. Pərvanə xanım sonradan səhhəti ilə bağlı davam edə bilmədiyini göstərmişdir. Sonradan isə onun Balakənlliləri yaxşı tanıdığını və işin aparılması ilə bağlı 2-3 nəfər namizədin onlara təqdim olunmasını təklif etmişlər. Onlar da bir-neçə nəfər namizədin içərisindən Rövşən adlı şəxsi təklif etmişlər. Rövşənin atasının «Azpetrolun» direktoru olduğunu bildiyi üçün onların ümumi regional təftişinə nəzarət edən dostundan Rövşənin iş üçün onlara müraciət etdiyini bildirərək onun barəsində məlumat almış, o da Rövşəni işə götürməyi məsləhət görmüşdür. Rövşənin işə götürülməsi ilə bağlı səs yazılarını məhkəməyə təqdim etmişdir. İddiaçı Rövşəni işə götürmüşdür. Dəfələrlə təqdim etmişdir ki, VÖEN açdırsınlar. Borc tələbində qeyd olunan məbləğlər var hansı ki, 1.000 manat, 200 manat və s. Onların heç birini İddiaçı onlara əlbə-əl verməmiş, bununla bağlı heç bir sübut yoxdur. Sadəcə orada nə proses olubməsələn icarənin vaxtı çatıb, Aqil özü cibindən verib, sonra isə kursdan yığılan məbləğdən götürmüş və yerinə qoymuşdur. Kredit barəsində yanvar ayında danışmışlar, demişlər ki, kursda kəsirlər vardır, bura pul qoymaq lazımdır. O da demişdir ki, «İstiqlal» tədris mərkəzinin rəhbərliyinin onlara dəstəyi gözlənilir, buna qədər çarə tapa bilirsə tapsın. Aqil isə öz adına yox, bacısının adına kredit götürə biləcəyini bildirmişdir. Sonra krediti bağlaya biləcəyini və fəaliyyəti davam etdirə biləcəyini bildirmişdir. Onun fəaliyyəti mart ayına qədər olmuşdur. Mart ayında «İstiqlal» tədris mərkəzinin rəhbərliyi gələrək ona fəaliyyətini Qax filialında davam etdirməsini və Balakən filialına onların nəzarət edəcəyini, İddiaçı isə onların vədlərini yerinə yetirərərsə kreditin bağlanmasına köməklik göstərəcəklərini bildirmişlər. «İstiqlal» tədris mərkəzinin rəhbərliyi aprel ayından sentyabr ayına qədər 2.000 manatı ödəmiş, həmin məbləğin onlara heç bir aidiyyəti yoxdur. Sentyabr ayında İddiaçı verdiyi vədləri yerinə yetirmədiyi üçün rəhbərlik kreditin ödənilməsindən imtina etmişdir. İddiaçı bundan sonra onlarla mübahisəsi başlamış və bundan sonra onlar Aqilə dəstək məqsədi ilə ayba-ay 700 manata yaxın pul ödəmişlər. İddiaçı isə deyir ki, hamıya ziyan dəysin, ona ziyan dəyməsin. Halbuki, işin mərkəzində özü olmuş, işi özü aparmış, bir dəfə də olsun altı aylıq olan zaman maliyyə hesabatı verməmişdir. O, bilməmişdir ki, kursa nə qədər məbləğ daxil olmuş, nə qədər məbləğ çıxmış və yerdə nə qalmışdır, daxil olan və çıxan məbləğləri bilməmişdir. İddiaçı hələ iddia edir ki, 5.000 məbəği o qoymuşdur. Onlar xeyir qazandıqları 1.500 manat pulu da kursa qoymuşlar. Ancaq kurs yenə də ziyanla işləmişdir. O boyda kredit də vardır və iddiaçı bütün yükü onlara yükləmək istəyir və deyir ki, onun heç bir günahı yoxdur, sadəcə onları tanış etmişdir. 5.500 manat pulla bağlı sövdələşmə ondan ibarət olmuşdur ki, iddiaçı həmin pulu kursa qoymalı idi, sonra tədris mərkəzinin rəhbərliyi tərəfindən dəstək olunarsa iddiaçıya kömək olunmalı idi. O müddətdə də İddiaçı kursun büdcəsində krediti ödəyə bilərdi. Kursun açılmasında İddiaçı o və Rəfail müəllim şərik olmuşlar. 5.500 manat da kursa qoyulmaq məqsədi ilə götürülmüşdür. İddiaçının 5.500 manat kredit götürülməsinə razılaşsa da onların ödəyəcəyinə razılaşmamışlar. İddiaçıdan pulun hara olduğunu soruşduqda kursa qoyulduğunu, icarə haqqı ödənildiyini və maaş verildiyini bildirmişdir. İddiaçı bir nüansı qeyd etməmişdir. Onların keçən il Əmək Müfəttişliyi ilə mübahisələri olmuşdur ki, guya onlar müəllimlərin əmək haqlarını verməmişlər. Sonradan bir-neçə müəllimin ərizəsi yalan çıxmış və müəllimlər orada qeyd etmişlər ki, onlar İddiaçı puluna görə ərizə yazmışlar və əslində onların kursdan alacaqları yoxdur. Əmək müfəttişliyində məsələ aydınlaşdıqdan sonra məhkəmə mübahisəsi olmuşdur. Əmək Müfəttişliyi qərar vermişdir ki, qanun pozuntusu yoxdur. İddiaçı pulu o yox, «İstiqlal» Tədris Mərkəzinin rəhbərliyi 2.000 manat ödəmişdir. Bu da İddiaçıla kursun rəhbərliyin arasında olan sövdələşməyə görə olmuşdur. Ondan isə onun məlumatı yoxdur. Mart ayına qədər orada olmuş və tədrisə kömək etmişdir. Mart ayından sonra isə rəhbərliyin göstərişi ilə Qax rayonu filialına qayıtmışdır. İddiaçı kurs rəhbərliyi ilə sövdələşmiş, onlara krediit olduğunu bildirmiş, tədris kursunu rəhbərliyi də bildirmişdir ki, filialı düzəltsin, kəsirləri bağlasın, onlar da onun kreditini ödəsinlər. Tədris Mərkəzinin rəhbərlyii sentyabr ayına qədər kreditin ödənilməsinə köməklik etmişlər. Burda maraqlı sual budur ki, tədris mərkəzi sentyabr ayına qədər krediti ödəmiş, bundan sonra nə üçün ödəməmişdir?. Çox güman ki, İddiaçı bunlara nə isə edəcəyinə vəd və söz vermiş, onlar da krediti ödəmişlər. Rəhbərlik də razılaşmışdır. Martdan sonrakı hadisələrdən onun xəbəri olmamışdır. Sentyabr ayında onlar pozuluşduqdan sonra İddiaçı onun üstünə düşmüşdür. O, da bildirmişdir ki, o 6 aydır rəhbərliklə razılaşmışdır, bundan sonra onun üstünə düşmüşdür. Nə bildin onlara nə söz vermişdir, necə razılaşmışlar, məsələ nə yerdədir. Bu onların arasında olan prosesdir. Borc ona aid deyildir, «İstiqlar» tədris mərkəzi ilə Aqil arasında olan sövdələşmədir, deyə bilməz ki, borc kimə aiddir. Burada üç tərəf vardır, Aqil, Rəfail və onlar. Onlar «İstiqlal» Tədris Mərkəzinə düşən 2.000 manatı ödəmişlər. 7300 manatın 1/3 hissəsini onlar ödəmişlər. Rövşən Aqil müəllim işə götürmüşdür. O. Rövşəndən kredit götürməsini xahiş etməmişdir. Sadəcə məsləhət olmuşdur ki, Rövşəni adına kredit götürülməsi mümkündürmü? Aqil müəllimlə məsləhət etmişlər. Rövşən də bildirmişdir ki atası razılıq vermir bununla da məsələ bağlanmışdır. Onu da Aqil müəllim məsləhət görmüşdür. Aqil müəllimlə məsləhət olunan işdir. Üç nəfər namizəd olmuş və zəng edərək Rövşən barədə məlumat almışdır. Aqil müəllimə Rövşənin işə götürülməsi üçün məsləhətli adam olduğunu demişdir. Səs yazılarında da vardır. Kəsir olduğu üçün kredit götürlümüş, lakin o «İstiqlal» kursunun rəhbərliyinin dəstəyi olsa qaytarılacaq demişdir. O özü qaytaracaq deməmişdir. Aqilə 3.000 manatddan artıq pul qaytarılmışdır. Aqil müəllimin marağı olub, pul kursun vəziyyətinin yaxşılaşdırılmasından ötrü götürülmüşdür. Öhdəliyin hamısını onların üstünə yıxa bilməz. İddiaçının bütün iddialarını inkar edir. Həmin pul kursa xərclənmiş, kursu iddiaçı özü idarə etmiş, zəhmət çəksin məsuliyyətin altına girsin. Kursu iddiaçı ilə bir yerdə açmış, dəstək məqsədi ilə puldan müəyyən hissəni qaytarmışlar. İddiaçı özü nə qədər dansa da kursu birlikdə açmışlar. Rəfail Rusiyaya gedirdi, onu üç aydan bir görmüşdür. Dəstək məqsədi ilə bir yerdə qərarları olmuşdur. Özünün də marağı ilə bir yerdə kreditin götürülməsi ilə bağlı kursun inkişafı üçün qərarları olmuşdur. Pul qoyulub, sonra da kursu batırıblar. Onlar öz üzərinə düşən məbləği ödəmişlər. Qalanı da iddiaçı zəhmət çəksin ödəsin. İddiaçı kursa dəymiş o qədər ziyandan sıfır ziyanla çıxa bilməz. Aqil kursu idarə edib, icra hakimiyyətində işlədiyinə görə noyabr ayında ona dedi ki, onun iş yoldaşı şəklini çəkir, şöbə müdirinə verir, xahiş edir köməkçi götürək. O, təqdim etdiyi səs yazısında da Rövşənin əmək haqqına narazılıq etdiyini qeyd etmişdir. Noyabr ayında Rövşən işə gəlib, mart ayına qədər də Aqil nəzarət edib, Rövşən işi aparıb. Bütün maliyyə işləri, ödənişlərin yığılması, maaş verilməsini, hamısını özü edib. İddiaçı əgər özü tanış edibsə, yoldaşı, baldızı, atası, o kursda niyə işləyib, özü niyə işləyib. Onların kredit məbləğinin qaytarılmasına səbəb o idi ki, həmin pul kursa qoyulub, kurs da onlarındır, bir də Rəfail bəy var Rusiya Federasiyasında olur, səbəb odur ki, kurs ziyan çəkibsə, batıbsa onların da bir rolu olub, 700 manatını onlar ödəyib, qalan 2.000 manatını da «İstiqlal» tədris mərkəzinin rəhbərliyi mart ayından sonra sentyabr ayınadək müddətdə özlərinin arasındakı özlərinin arasında sövdələşməyə əsasən qaytarıb. Əlavə olaraq da Azər İbadov onların şahididir, o İddiaçı 1.250 manat pul verib, 250 manat hansısa müəllim gəlib görüşdə maaş istəyib, maaş verib, 1.000 manat da özü əl borcu alıb, onun da 300 manatını qaytarıb, 900 manat borc qalıb. Özünün iddiasına görə 400 manat da qeydiyyatdan pul oğurlayıb. Həmin məbləğləri hesablayanda onlar öz üzərlərinə düşən məbləğləri ödəmişlər. Onların başqa öhdəlikləri yoxdur. 7.000 manatdan haradasa 4.000 manata yaxın məbləğ ödəmişlər. Bu adam kursu idarə edib, kursu batırıb, necə oradan ziyansız çıxa bilər. Bu mümkündürmü? «Kaspi» kursunun onlardan illik 6 və 10.000 dedi, bilmir illik françayzinq haqqı istəyir, imtahanları baha verir. O da demişdir ki, o daha sərf edən bir şirkətlə iş görmək istəyir. O da öz rəhbərliyin çağırdı, gəldilər binaya baxdılar, Aqil gəlmədi, dedi icra hakimiyyətindən çıxa bilmir, o da Rəfail bəyi Aqil müəllim 2-3 dəfə danışandan sonra Rusiyadan gəlmiş və ondan sonra tanımışdır, sonra da Rəfail bəyin Bakıda şərikləri var, onlarla da telefonda danışmışdır, onlar demişlər ki, Aqil «Kaspi» kursunun dövründə də düzgün iş aparmayıb, siz dəstək olun, kömək edin, pul qazansınlar. Yəni məqsədi bu olub. Aqil özü demişdir ki, kursda kəsir var, maaşlar verilmir, icarədar onu yığmış, o da zəng vurmuşdur ki, Aqil bunu necə həll edək. Düzdür fikrləşmişdir ki, kredit düzüb qoşsunlar, Bakıdan dəstək olacaq, buna qədər nəsə bir şey həll etmək lazımdır. Aqil özü də demişdir ki, o bacısının adına kredit götürüb həll edə bilər. Ortaq qərarları olub, Aqilə 5.500 manat kredit götürməsini deməmişdir. Oturub fikirləşmişlər ki, necə edə bilərlər. Əvvəl öz adına kredit almağı fikirləşmişdir, lakin mümkün olmamışdır. Sonra Aqil demişdir ki, öz bacısının adına götürə bilər. O haradan bilərdi ki, onun bacısının adına kredit düşür ya düşmür. Rövşəndən 5.000 manat istəməmişlər. Sadəcə məsləhət olunub ki, Rövşənin adına götürmək mümkündürmü? Aqil müəllimlə məsləhət etmiş, Rövşən də demişdir ki, mümkün deyildir, atası razı deyil, məsələ bağlanıb. Yəni onu da Aqil müəllim məsləhət görüb. Rövşəni də Aqil müəllim işə götürmüşdür. Səs yazılarında hamısı var. İddianı qəbul etmir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o İddiaçıla Anar müəllim görüşəndən sonra Balakən rayonunda tanış olmuşdur. İddia ərizəsində başqa məbləğlər də vardır və onlardan ümumiyyətcə onun məlumatı yoxdur. Onun kreditdən də sövdələşmədən sonra xəbəri olmuşdur. Kreditin götürülməsi ilə bağlı Aqil müəllim «İstiqlal» tədris mərkəzi ilə Anar müəllimin üzərindən şifahi olaraq müzakirə aparmışdır. Kredit götürüldükdən sonra ilk iki ayı kursun büdcəsindən ödənilmişdir. Kreditin ödənilməsi ilə bağlı sövdələşmədə iştirak etməməsinə baxmayaraq Aqil müəllimə kömək üçün kreditdən müəyyən məbləğ ödəmişdir. 720 manat pulun ödənilməsində Aqil müəllim özü də demişdir ki, müəyyən dövrə qədər köməklik etsin. O da «Baş üstə kömək edərəm» demişdir. Sövdələşmədə iştirak etməməsinə baxmayaraq onu ödəmişdir. Zərər dəymiş üç tərəf varsda nə üçün bütün zərəri onlar ödəməlidir?. Onlar öz öhdələrinə düşən hissəni ödəmişlər. Geri qalan hissəni isə Aqil müəllim ödəməlidir. Onu iş funksiyası maliyyə hesabatlarına baxmaqdan ibarət idi. Lakin baxmamışdır, çünki Aqil müəllim tələb etməmişdir. O, şərik olmamışdır, «İstiqlal» tədris mərkəzi şərik olmuşdur. Sadəcə olaraq gedirdi, nə qədər uşaq olduğunu, nə qədər hesabat var, nə qədər pul daxil olub, heç vaxt bu olmayıb. Əmək Müfəttişliyindən sonrakı prosesdə Aqil müəllim ona bu söhbətlərin içərisində ərkinin ona çatdığını, onu ancaq onun başa düşəcəyini bildirərək ona kömək etməsini xahiş etmişdir. O isə nə qədər ödəməli olduğunu dedikdə Aqil məbləği demiş, o isə o qədər ödəyə bilməyəcəyini, tək onu yükləməməsini və onunla sövdələşmədiyini bildirmişdir. Sadəcə o bacardığını edə bilər. O pulu da ödəmişdir. Göründüyü kimi 60 manat, 50 manat, 40 manat, bacardıqca ödəmişdir. Bir dəfəlik ödəməmişdir. Cavabdeh1 onun dostudur. Aqil Anarın üstünə getdiyi üçün o da kömək edərək demişdir. İddiaçının dediyi borcu qəbul etmir, ancaq bacaranı edəcək, bir az pul ödənsin, onu ödəyə biləcəyini demişdir. Onlar da iddia verəcəklər. Burada qeyd olunan rəqəmlərdən əlavə rəqəmlər vardır. Onların şahidindən alınan 1.300 manat pul var, qaytarılmayıb. Özünün Qax filialının büdcəsindən xərclədiyi pullar vardır, 1.200 manat reklama pul xərcləmişdir. İş batıb, ziyan hamıya dəyib. O, dəymiş ziyanı ödəməmişdir, sadəcə köməklik məqsədi ilə pul ödəmişdir. Yenə də bildirir ki, pulu ona görə ödəmişdir ki, Aqil Qax rayonuna gəlmiş. onunla söhbət edərkən birlikdə çörək kəsdiyini, yoldaşlıqla həll etməsini və ortaq məxrəcə gəlməsini demişdir. O isə nə etməsini soruşduqda Aqil müəyyən məbləğini onun, müəyyən məbləğinin özünün və müəyyən məbləğin də digərlərinin ödəməsini bildirmişdir. Aqil bacısının adına kredit götürdüyünü, bacısının gözü yaşlı olduğunu, yazışmalarda onun kişilik etdiyini, ona köməklik etdiyini bildirmişdir. Məhkəməyə təqdim olunmş səs yazıları ilə müəyyən olunur ki, Aqil müəllim onların rəhbərliyinə bildirir ki, sentyabr ayında filan işləri görəcəkdir və pul qoymuşdur, sözsüz ki, bu pulu öz cibindən ödəyəcəkdir. Bu adamın marağı varsa niyə elə deyir. Başqa bir səs yazısı da vardır ki, onu itirmişlər, Anar müəllim də təsdiq edər, eyni zamanda şahild də vardır, gəlib təsdiq edər. Aqil müəllimi maaş tələbi ilə bağlı məsələləri var idi. Niyə 500 manat söz vermişlər, o 1.000 manat almalı idi. O, 500 və ya 300 manat alıb, onu deyə bilməz. Maaşla bağlı məsələ əmək müfəttişliyinə daşınmış, Aqil müəllim oraya yalançı şahid gətirmişdir. Babək müəllimdən savayı o kollektivin içərisində heç kəsi tanımamışdır. Babək müəllim Əmək Müfəttişliyində etiraf etmişdir ki, o pulunu almışdır, Aqil müəllim onu yalandan bura gətirmişdir ki, pulları almamışdır, Anar müəllimdən və Caviddən pulları iddia etsin. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, o «İstiqlal» kursunda 300 manat əmək haqqı ilə işə başlamışdır. Dekabr ayında sınaq imtahanları keçirilirdi. Keçirilən imtahanlarda ödəmələrlə bağlı bir az problemlər yaranmışdır. Həmin ödənişlərdən sonra Anar müəllim ondan kredit götürülməsini təklif etdi. Kursda kəsirlər var idi. İcarə haqqı ödənməli idi, müəllimlərin əmək haqlarında problemlər var idi, bir də obyektin qaz sərfiyyatına görə borcları var idi. Ödənişlər gəlmir, uşaq sayı az idi, kurs özü-özünü ödəyə bilmirdi. Bununla bağlı onun adına kredit götürülməsini istədilər, lakin atası razı olmamışdır. Onu işə qəbul edən Anar müəllim olmuşdur. Aqil kursa gəlib qohumu kimi nəzarət edirdi, kursda daimi olmurdu. Ondan kredit götürməsini istəmiş, verməmiş, Anar müəllim Aqil müəllimlə danışmış və özləri götürmüşlər. Ona demişdirlər ki, əmək haqlarını yığır, uşaqların ad soyadlarını dəftərə qeyd edir, kim nə qədər pul verib onları qeyd edir, hansı sinifdə neçə uşaq var, hə müəllim neçə saat dərs deyir, yazıldı. Cavid müəllimlə Anar müəllim gəldilər və bir dəfə hesabladılar ki, filan müəllimə filan qədər əmək haqqı alınsın. Pulları da yoxlayıb vermişdir. Gəldilər hesabata qədər götürdülər, çıxıb getdilər. Maaş hesablanırdı və özü verirdir. Cavabdehlərlə məsləhət edirdi. Pul yığılırdı, məsələn 50 dənə uşaq var idisə, yarısı 40 manatdan, yarısı isə 25 manatdan ödəniş edirdilər. Hamısı yığılırdı, ay sonunda 1.000 manat icarə haqqı idisə 500 manat icarə haqqına, 500 manat isə müəllimlərin əmək haqlarına verilirdi. Beləcə borclar yığılmışdır. Kursların kəsirləri ilə bağlı müəllimlər ondan maaş tələb edirdilər, çünki o idarəçi idi. Onda da pul olmadığı üçün o Anar müəllimlə məsləhət etmişdir ki, bəs necə etsinlər. Danışıldıqdan sonra bildirildi ki, bəs necə etsinlər. O vaxtı Bakıdan il sonu ilə bağlı pul göndərməli idilər. Dedilər ki, dekabr ayına qədər gözləyin, ödəniş olacaq, maliyyə olasıdır, reklam olacaq və s. Dekabr ayında pul gəlməmiş, demişlər ki, kredit götürsünlər. Anar müəllimlə danışılmışdı. Dekabr ayında imtahan keçirilmişdi və 636 uşaq var idi. Onun bilet pulları ilə bağlı problem olmuşdur. Krediti ondan istəmiş, verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-in Balakən filialının 02 sentyabr 2024-cü il tarixli 56 №-li arayışından görünür ki, X2 21 yanvar 2022-ci il tarixdə 5.500 manat məbləğində verilmiş GTKR4689856A169 №li kredit müqaviləsi üzrə onun 09 fevral 2024-cü il tarixə heç bir öhdəliyi yoxdur və ödənilmiş cəmi məbləğ 7.316.05 manat təşkil edir. Anar İstiqlal adlı şəxsə «Whatsapp» Messenger Programı vasitəsi ilə yazılan mesajdan görünür ki, həmin mesaj «biz «Rəfail, Cavid müəllim, siz, mən may ayında danışdığımız kimi mən may iyun iyul avqust ayının kreditini bacım da fevral mart aprel aylarını borc kimi keçirdik, biz sözümüzü tutduq qardaş sentyabrdan söz verdiz ki, kreditin aylığını Cavid müəllimlə birgə ödəyəcəksiz mənim bacımın ödədiyi aylıqlarda borc kimi ödənilib danışıqda deyilib kreditdən sonra ödəniləcək bizə elə razilaşdıq. Çox xahis edirəm, yeznəm tərəfindən nə mənə nə də bacıma söz gəlməsin Cavid müəllimə də yazmışam. Ödəniş edərkən cif nömrəsi ******* Doğum tarixi 25 sentyabr 1985 Bacım indi Bakıdadır övladının işinə görə gedib gəlsin ödəniş oiunan ayların qəbzlərini də atacam Fikir bildirməyinizi cavab yazmağınızı xahis edirəm, öncədən təşəkkür» məzmunundan ibarətdir. X15 adlı şəxsə «Whatsapp» Messenger Programı vasitəsi ilə yazılan mesajdan görünür ki, mesaj «Salam Cavid müəllim necəsiz biz-Rəfail, Anar, siz, mən may ayında danışdığımız kimi mən may iyun iyul avqust ayının kreditini bacım da fevral mart aprel ayiarını borc kimi keçirdik biz sözümüzü tutduq qardaş sentyabrdan söz verdiz Anar müəllimin borc kimi götürdüyü kreditin aylığıni ödəyəcəksiz çox xahis edirəm yeznəm tərəfindən nə mənə nə də bacıma söz gəlməsin Anar müəllimə də yazıram Ödəniş edərkən cif nömrəsi ******* Doğum tarixi xx.xx.1985 Bacım indi Bakıdadır övladının işinə görə gedib gəlsin ödəniş olunan ayların qəbzlərini də atacam Fikir bildirməyinizi cavab yazmağınızı xahis edirəm, öncədən təşəkkür» məzmunundadır. Həmin şəxsin yazdığı digər mesajdan görünür ki, mesaj oldu Aqil m Arxayın ol.odənəcək məzmunundadır və B....G....M qızının kredit ödənişinə 162 manat pul ödənməsi barədə qəbzin fotoşəkil göndərilmişdir. Həmin şəxsin mesaj vasitəsi ilə göndərdiyi 2 ədəd qəbzlərin fotoşəkillərindən görünür ki, 162+162 manat ödənmişdir. Həmin şəxsə yazılmış mesajdan görünür ki, mesaj axsam keçirirəm hər gün də eyni cavab dilənçi durumuna düşmüşəm, Hormətii mustəri. Kapital Bankdan goturduyunuz kredit 165 AZN 6 gun gecikmədədir. Pul düzəlib deyib o gün zəng edib Anarla birləşib mənlə məzələnirdiz yəqin yaxşı güldüz əyləndiz yəqin. Ödəmirsənsə de Aqil söz vermişdim indi ödəmirəm məndə səni narahat etməyim, Salam Cavid dünən zəng edəcəm dedin eləmədin 240 manat düzəlirmi nə vaxt verə bilirsən məzmunundadır. Həmin şəxsin yazdığı mesajdan görünür ki, mesaj Aleykum salam. Bayram gunun də evde olan gunu da qanim qaratmalidir da mənim. İs yoxdu Aqil Evdeyik. Təbii is olmayanda pul da oimur. İsə cıxım duzələcək. Tıncıxdırma xahis edirəm məzmunundadır. Həmin şəxsə yazılmış digər mesajdan görünür ki, bank hesab kartı şəkli göndərilmiş və 10 manat pul vur, heç pulu yoxdur indi məzmununda olmuş, şəxsin göndərdiyi mesajın məzmunu isə yaxşı Aqil 40 vuracam indi, həmin şəxsə yazılmış mesajın məzunu uşaq pulsuz qalıb. Vacib olmasa deməzdim. 100 eybi yox 1-ci gün göndərərsən məzmununda olmuşdur. Həmin şəxsə yazılmış mesajdan görünür ki, Hörmətsizlik etməyək də Cavid müəllim dünən dediz çatıb vururam sən belə deyəndə mən də kiməsə ona uyğun cavab verirəm axı, 100 dediz fevralın sonu 125 də martın 10 a kimi 80 da martın sonuna kimi siz bunlara inanırsızmı. Salam Cavid fevralın sonuna göndərəcək 100 manatı vur da söz vermişəm mən də Ay Cavid ya de göndərmirəm söz verib narahat olma göndərəcəm deyib beiə olmur axı, həmin şəxsin göndərdiyi mesaj isə bax belə mesaj olmur uje. Sən nə dəmək istəyirsən Aqil? 100 manat .....ki mən səndən bu sozləri götürürəm. Alınmır ki, belə andıra qalmısam. Bir balaca səbrin olsun, qəpiyə kimi odəyəcəm kisi məzmununda olmuşdur. Şəxsə yazılan mesaj-axşamın xeyir, keçirə bilirsənmi, bir xəbər elə, şəxsin yazıdığı mesaj- Shəkide iclasdayam, Aqil, çıxım danışarıq, şəxsə yazılan mesaj yaxşı, şəxsə yazılarkan mesaj salam Cavid müəllim vaxt elə də danışaq Həmin şəxsə yazılmış digər mesajlar görünür ki, mesaj- bacım bir bankdan qəbzi atıb, şəxsin yazdığı mesaj ödəniş qəbzidir Aqil, şəxsə yazılmış mesaj-ordan görsənmir. Şəxsin yazdığı mesaj-çıxılanda belə olmur, 2 dəfə niyə özü də, şəxsə yazılan mesaj-ay qardaş kreditin dannılarına girəndə 0 durur, şəxsin yazdığı mesaj-birinci günə kimi sənə 140 manat vuracam, şəxsə yazılan mesaj-pul kartdan ödənilib. Pul kartdan ödənilib olar tutulma yox, tutmada qəbz olmur tranzaksiyada olur, şəxsin yazıdığı mesaj-bacım da girəndə bir banka bunu mənə paylaşım edib göndərib məzmunundadır. Həmin şəxsin göndərdiyi mesajdan görünür ki, mesaj-100 verecəm o heç, mən Şəkidəyəm baxım. Şəxsə yazılan mesaj-bir dənə zəngi aç, 30 saniyə vaxtını alaram, ayın sonu demişdik, olmadı. indi bu da 125 keçirim bunu nə vaxta, şəxsin yazıdığı mesaj-aça bilmirəm Aqil Şəkidəyəm, Ay sonudu Aqil narahat olma a kişi, həll edəcəm, şəxsə yazılan mesaj-saat 5-ə kimi keçirək faiz gəlməsin əlavə, şəxsin yazdığı mesaj bir balaca səbrli ol məzmunundadır. Şəxsin yazdığı mesaj Salam Aqil. Keçir deyə tapsirmisam. Bugun maraqlnamamisam. Mənə de xoş deyil Aqil kiminsə kredtinə gorə məni iki üç nəfər başqa başqa nömrədən narahat eləməsi, faiz odəmək. Mənə də xoş deyil. Kecirəcəm demişəmsə keçəcək o pul. Olmadı ki bu Bank səndən az zəng edir adama. Bilmirəm öz dərdimi çəkim, bilmirəm başqasının. Tıncıxdırma xahış edirəm səndən keçəcək pul, şəxsə yazılan mesaj salam aleykum Cavid müəllim 174 oldu məzmunundadır. Şəxsə yazılan mesaj-sən də maşallah zənglərə ayda bir dəfə cavab verirsən, şəxsin yazdığı mesaj-760 manat verməlidir. Bu günü gozlə, çatdirmaga söz verib, atmasa bu gün də bir şey fikirləşərik, şəxsə yazılan mesaj yaxşı sabah onda əlaqə saxlayarıq, zəng eləməyim, mesaj yazaram məzmunundadır, şəxsə 180 manat keçirilməsini təsdiq edən qəbz göndərilmiş və keçirdim Cavid mesajı yazılmışdır. Şəxsə yazılan mesaj-getməyə vaxt yoxdursa. Bura vursun mən keçirim krediti, zəng edə bildinizmi. Samirə, (ödəniş olunacaq kredit hesabının şəkli göndərilmiş) və aşağısından keçirmədi Cavid Qardaş məzmunundadır. Şəxsə yazılan mesajdan görünür ki, mesaj Salam Cavid demişdin ayın 7-8 i əlaqə saxla yadıma sal 240 manata borca görə, şəxsin yazdığı mesaj Salam Aqil. Bakidayam Mən.Alası pulum var ona görə gəlmişəm.11 nə soz veriblər qaytarmamişam gözləyirəm burda, şəxsə yazılan mesaj Hə yaxsı 11 ya 12 əlaqə saxlayım, şəxsin yazdığı mesaj inşallah məzmunundadır. Şəxsə yazılan mesaj Salam aleykum Cavid bu gün krediti keçirə bilirikmi, (ödəniş olunacaq kredit hesabının şəkli göndərilmiş) və 177 ə çatır uje məzmunundadır. Şəxsə yazılan digər mesajdan görünür ki, X16 danışmısanmı sənə bu aylıq kömək edə bilərmi bu ay o keçirə bilirəmi, Mən desəm deyəcək hələki Cavid keçirir. Bu gün, Salam Cavid ay sonudur maaş da vurulur xahiş edirəm bir fikir bildir, 240 da verilmədi yalançı çıxdım məndə Anar zəngi açmır. Kredit də belə bank yığır mən nə edim, Anar dostundu sən de sözünü tutar da bu aylıq sənə kömək eləsin, şəxsin yazdığı mesaj ok, şəsə yazılan mesaj -Xahiş edirəm köməkliyini elə yeznə yenə bacımı hər gün ağladır məzmunundadır. 25 mentyabr 2023-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, Cavabdeh1 hesabına 165 manat pul ödənilmişdir. 25 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, sonu 5956 rəqəmi ilə bitən kartdan 162 manat vəsait silinmişdir. 24 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, G....G......M qızının kredit ödənişinə 162 manat ödəniş olunmuşdur. 20 noyabr 2023-cü il tarilxi qəbzdən görünür ki, kredit müqaviləsi üzrə 164 manat pul ödənmişdir. 05 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki. B......G.......M..... qızının kredit ödənişinə 164 manat ödənilmişdir. 02 mart 2024-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kart hesabına 40 manat ödəniş olunmuşdur. 11 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 2.800 manat pul silinmişdir. 22 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 60 manat pul silinmişdir. 20 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 60 manat pul silinmişdir. 20 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 40 manat pul silinmişdir. 28 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 125 manat pul silinmişdir. 13 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, sonu 0417 ilə bitən kartdan 180 manat pul silinmişdir. 21 may 2024-cü il tarixli qəbzin fotoşəklindən görünür ki, müqavilə üzrə 150 manat kredit ödənişi olunmuşdur. 20 may 2024-cü il tarixli qəbzdən görünür ki, müqavilə üzrə 60 manat pul ödənilmişdir. KB-kredit bölməsində son əməliyyatlardan görünür ki, müxtəlif tarixlərdə 0417 ilə bitən kart hesabından 125 və 180 manat pul silinmiş, 07 yanvar 2024-cü il tarixli sonu 6630 nömrəli ilə bitən kartdan 8.91 manat pul silinmişdir. KB-kredit bölməsində son əməliyyatlardan görünür ki, 0417 ilə bitən kart hesabından 125 və 180 manat pul silinmiş, 22 iyul 2023-cü il tarixdə sonu 0417 olan kartdan kredit müqaviləsi üzrə 50 manat, 28 avqust 2023-cü il tarixdə 40 manat və 20 iyun 2023-cü il tarixdə 60 manat pul vəsaiti silinmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazılarından görünür ki, İddiaçı Cavabdeh1 ayın 20-si olduğunu, söz danışdıqlarını və nə üçün pulu ödəmədiyini soruşmuş, Cavabdeh1 isə Cavabdeh2lə danışdığını soruşduqda o Cavidin narazılıq etdiyini, və nə üçün tək o ödəməli olduğunu dediyin, Cavabdeh1 isə Cavidlə danışacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı işin faktiki halları, tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sübutların bir-biri ilə əlaqəli şəkildə tədqiqi nəticəsində müəyyən etdi ki, 2021-ci ilin avqust ayından tərəflərin təşəbbüsü ilə X3 aid Balakən şəhəri Rafiq Səmədov 47 ünvanda yerləşən «Kaspi» tədris mərkəzinin adının dəyişərək «X5» adı altında fəaliyyət göstərməyə başlamışlar. İddiaçı kursun maddi problemlərini həll etmək məqsədi ilə bacısının adına "xxxx" ASC-in Balakən filialından 5.500 manat kredit götürdüyünü, lakin maddi çətinliklər yarandığı üçün kursun fəaliyyətinin davam etdirə bilməməsini göstərərək Cavabdeh1 və Cavabdeh2 5.062 manat pul borcunun və dövlət rüsumunun ödənilməsinə çəkilmiş 71 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmazHəmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanma onun hesabına əldə etdikləri ilə yanaşı, həmin əldə edilənlərdən əldə olunan gəlirləri də geri qaytarmalıdır. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə çıxarıldıqda sübutların qiymətləndirilməsi hakim tərəfindən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qiymətləndirilir. Bu sübutlar işin konkret hallarını təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan yazılı və maddi sübutlardan, səs və video yazılardan, ekspert rəylərindən, şahid ifadələrindən və sairdən ibarətdir. Eyni Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı bacısı G.M.Bayramovanın adına götürülən kreditin hazırda cavabdehlərdən tələb etdiyi ziyanla bağlı hər hansı bir səbəbli əlaqəsinin olmasını, götürlən məbləğin cavabdehlərə verilməsini, həmin məbləğin hansı maddi probelmləri həll etməsi-məsələn müəllimlərin əmək haqları, icarə haqqı və kommunal xərclərə xərclənməsi barədə şahid ifadəsindən başqa hər hansı bir əsaslı və mötəbər sübut növü təqdim etməmişdir. İddia tərəfinin məhkəməyə şahid qismində təqdim etdikləri Şahid 5.500 manat pulu İddiaçı ona təqdim etdiyini göstərmiş, bununla da həmin məbləğin ona verilməsi təsdiq olunmuş, kredit məbləği ilə kursun yuxarıda qeyd olunan hansı maliyyə çətinliklərinə xərcləndiyini göstərsə də buna dair sübut təqdim etməmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında «Mart ayında İstiqlal» tədris mərkəzinin rəhbərliyi gələrək ona fəaliyyətini Qax filialında davam etdirməsini və Balakən filialına onların nəzarət edəcəyini, İddiaçı isə onların vədlərini yerinə yetirərərsə kreditin bağlanmasına köməklik göstərəcəklərini, «İstiqlal» tədris mərkəzinin rəhbərliyi aprel ayından sentyabr ayına qədər 2.000 manatı ödəmiş, həmin məbləğin onlara heç bir aidiyyəti olmadığını, sentyabr ayında İddiaçı verdiyi vədləri yerinə yetirmədiyi üçün rəhbərliyin kreditin ödənilməsindən imtina etdiyini, İddiaçı bundan sonra onlarla mübahisəsi başlamış və bundan sonra onlar Aqilə dəstək məqsədi ilə ayba ay 700 manata yaxın pul ödədiklərini, İddiaçı işin mərkəzində özünün olduğunu, işi özünün aparmadığını, bir dəfə də olsun altı aylıq olan zaman maliyyə hesabatı vermədiyini» qeyd etmişdir. iddia tərəfinin məhkəməyə sübut qismində təqdim etdiyi diskə köçürülmüş tərəflər arasında olan telefon danışıqlarını əks etdirən səs yazılarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 «Cavidin zənglərə cavab vermədiyini, krediti ödəmədiyini, yanvar ayının qaldığını, üstündən 20 gün keçdiyini, bir həftə sonra növbəti ödənişin vaxtının yetişdiyini, düzdür Anarın xahiş etsə də, Cavid də sağolsun kişilik edib pulu keçirdiyini, Cavidin ona ondan kreditmi istədiyini, borcmu istədiyini soruşduqda, özünün də Cavidə onu başa düşdüyünü, lakin Anarla dost, qardaş olduğunu, şərik olduğunu, kömək etdiyini, Cavidə sağol dediyini bildirmişdir. Həmin audio yazıdan da müəyyən olunur ki, İddiaçı özü də etiraf edir ki, Cavabdeh2 onun qarşısında götürülmüş kreditlə bağlı heç bir öhdəlik götürməmişdir, lakin buna baxmayaraq dostluq xatirinə pul ödəyir, Cavabdeh2 hətta İddiaçı bildirir ki, ondan kredit götürməsini xahiş etməmiş, borc istəməmişdir, lakin buna maddi dəstək məqsədi ilə ödəniş edir. Məhkəmə digər Cavabdeh1 qarşı tələblə bağlı iddiaçı tərəfdən təqdim olunmuş Cavabdeh1la, İddiaçı və Rəfail müəllim deyə tərəflərin müraciət etdiyi Rəfail adlı şəxs və arasında telefon danışığını əks etdirən səs yazısı ilə müəyyən olunur ki, İddiaçı Anara may, iyun, iyul, avqust aylarının ödənişlərini borc kimi keçirəcəyini, ondan sonra sentyabr ayında onun borcunu, demir ki, bir dəfəyə, iki-üç ay ərzində ödəmək şərti ilə və krediti də ödəmək şərtilə buna razılaşdığını bildirmiş, Cavabdeh1 isə əslində imkan olub bağlansa heç olmasa faizi gəlməzdi, imkan olsaydı bağlayaram, bu gün olsa aparıb bağlayaram demiş, İddiaçı təkrarən onun təklifinin may, iyun, iyul, avqust ayını borc kimi keçirəcəyini, sentyabr ayından etibarən onların ödəyəcəyini, onun da ödədiyi pulu 2-3 ay ərzində ödəməklə bu köməkliyi onlara etdiyini, razısa bu söhbətə nöqtə qoymağı təklif etmiş, Rəfai adlı şəxs isə həmin vaxtı Anara əslində alternativ bir variantda heç bir xeyri və marağı olmadan, adam yəni Aqil bu addımı atırsa, yəni bu qohumudur deyə tərəfinə danışmadığını, bu adama maaş verib-vermədiyini Cavabdeh1 soruşmuş, Anar isə yox deyə cavab vermiş, yəni adamın heç bir marağı, heç bir qazancı olmadan bunu edibsə, bu addımı atırsa, Sentyabr ayına qədər ödəyir deyirsə, onların əlində də yoxdur, bir növ kömək etdiyini və kreditə girdiyini, indi onun xəcalətini, əzabını çəkərək sentyabr ayınadək yenə də ödəyirsə fikirləşmələrini, çox gözəl addım olduğunu, özü şəxsən belə bir şey etməyəcəyini, Cavabdeh1 isə aylıq ödəməyi, ondan sonra tam kredit bağlanandan sonra Aqilin pulunu qaytara biləcəyini, tutaq ki, ola bilər sentyabr, oktyabr, noyabr aylarında bir ayda min manat, digər ayda min manat, üç ay ərzində bağlasa, ondan sonra Aqilin pulunu ödəyə biləcəyini demiş, Aqil də olsun, birə dözən min birə də dözər demiş, Cavabdeh1 krediti bir dəfəyə, üç dəfəyə bağlayır, bununla da kredit söhbəti bitir elə deyilmi soruşulduqda o bəli cavabı vermişdir. Həmin səs yazıdan müəyyən olunur ki, danışıq iddia tələbində iddiaçının bacısının adına götürdüyünü iddia etdiyi kredit məbləğini götürməzdən əvvəlki vaxta deyil, məbləği götürüldükdən sonrakı vaxta təsadüf edir və sadəcə kreditin ödənilməsi ilə bağlı çətinliklər yarandığı üçün iddiaçı bir-neçə ay kredit ödənişi edəcəyini və sonra isə onun ödədikləri məbləği də Cavabdeh1 ona qaytaracağını bildrərək qalan krediti tam bağlamasını onun üzərinə öhdəlik kimi qoyur. Cavabdeh1 da razılaşır və qalan kredit məbləğini 3-4 aya tam bağlaya bilrsə, İddiaçı ödədikləri bir-neçə ayın kredit məbləğini də ona qaytaracağını bildirir. Bu isə cavabdeh iddiaçı ərizəsində qeyd etdiyi kimi Cavabdeh1 və digər şəxslərin təşəbbüsü ilə kredit götürməsini təsdiq etmir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinə əlavə edilmiş bank sənədləri ilə iddiasının Günel Bayramova adlı şəxsin adına kredit götürülməsi təsdiq olunsa da, həmin kredit məbləğinin kursun maliyyə çətinlikləri ilə bağlı xərclərə sərf olunmasına görə götürülməsi, yəni həmin məbləğ kredit götürən tərəfindən başqa şəxsi ehtiyacları üçün də götürülə bilərdi, tərəflərin izahatlarında həmin kreditdən bəhs edilsə də kredit götürülən zaman cavabdehlər iştirak etməmiş, həmin məbləğin cavabdehlərə verilməsi, kursun hansı maliyyə xərclərinə ödənilməsi, həmin məbləği götürülməsi ilə bağlı barədə cavabdehlərin təşəbbüsü, kredit götürülməzdən əvvəl ziyana düşərlərsə zərəri ödəmək barədə öhdəlik götürmələri, eyni zamanda kreditin ödənişində hansısa bir problem yaranarsa ödəyəcəkləri barədə öhdəlik götürmələri barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim olunmamışdır. Eyni zamanda işin faktiki halları, tərəflərin izahatları və işdə olan sübutlarla «İstiqlal» tədris mərkəzinin rəhbərliyi tərəfindən 2.000 manat, cavabdeh tərəfindən 700 manat pulun ödənilməsi müəyyən edilsə də, həmin məbləğ iddiaçı qarşısında öhdəlik götürüldüyündən deyil, maddi dəstək məqsədi ilə edilmişdir. Cavabdehlərin maddi dəstək niyyəti ilə tərəfindən həmin məbləği ödəmələri onların 5.500 manatın ödənilməsi ilə və yaxud iddiaçının çəkdiyi zərərlə bağlı iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməsini sübut etmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı iddianın predmeti olan mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə iddiaçı götürülən 5.500 manat məbləğində krediti cavabdehlərin təşəbbüsü ilə, eyni zamanda kursun maddi problemlərini həll etmək üçün götürülməsi, cavabdehlərə verilməsi, kredit məbləğinin hansı xərclərə ödənilməsi, cavabdehlərin hər hansı bir hərəkətləri nəticəsində zərər çəkməsi, dəymiş zərərlə cavabdehlər arasında səbəbli əlaqənin olub-olmaması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Əksinə Şahid ifadəsi ilə də müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən 5.500 manat pul məbləği ona verilmiş, Aqil kursa gəlib onun qohumu kimi işə nəzarət etmiş, kursda daimi olmamış, ona əmək haqlarını yığması, uşaqların ad soyadlarını dəftərə qeyd etməsi, kim nə qədər pul verib onları qeyd etməsi, hansı sinifdə neçə uşaq var, hər müəllim neçə saat dərs deyir, yazılması barədə göstəriş verilməsi, maaş hesablandıqdan sonra özü verməsi, cavabdehlərlə məsləhət etməsi, uşaqlar pul ödədikdən sonra ay sonunda 1.000 manat icarə haqqı idisə 500 manat icarə haqqına, 500 manat isə müəllimlərin əmək haqlarına verilməsi, beləcə borclar yığılması, kursların kəsirləri ilə bağlı müəllimlərin ondan maaş tələb etmələri, çünki onun idarəçi olduğunu bildirmişdir. Eyni zamanda da cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı «Whatsap» Messenger proqramı vasitəsi ilə göndərdiyi səs yazıları ilə də müəyyən olunmuşdur ki. İddiaçı o əks etdirdiyi səs yazılarından görünür ki, keçən il o qədər pul qoyub başına çıxıb qoymadığını, bu dəqiqə də onun dərdində olduğunu, uşaq sayını mütləq şəkildə artırmalı olduğunu, iş yoldaşından xahiş etdiyini, bir yerdə məktəblərlə danışdıqlarını, məktəblərin açılmağını gözlədiyini, açıldıqdan sonra iclaslar edib uşaqları yığacağını, qohumunun MMC-in olduğünü, orada təcrübəli işçilərin olduğunu və evlərə zəng edərək uşaqların dəvəti ilə məşğul olacaqlarını, heç olmasa sentyabr ayının sonuna qədər heç olmasa 30, 40, 50 uşaqa gətirməli olduğunu, o pulu cibindən qoyası olduğunu və o riskin altına girdiyini, digər səs yazıda avqust ayında xərci borcunu ödədiyini, problem olmadığını, hazırda sentyabr ayına keçdiyinə görə aşağı siniflərdən müəyyən qədər uşaqların çıxdığını, hal-hazırda onların geri gətirilməsi ilə məşğul olduqlarını, çıxdığına görə məlum məsələdir ki, mənfiyə getməli olduqlarını, ay sonuna qədər yox 10 gün ərzində onları geri gətirəcəklərini və həmçinin yeni uşaqları da dəvət etməyə iş üzərində işləyəcəklərini, ki, nəinki xərci borcunu ödəsin, həmçinin müsbətə çıxsın, yəni hazırda bunun üçün çalışdıqlarını, şəhər və şəhər ətrafı məktəblərlə danışdıqlarını, sentyabr ayının 15 olan kimi məktəblələrlə danışacaqlarını, valideyinlərlə danışıb əllərində müqavilə ilə uşaqları gətirməli olduğunu, müəyyən qədər yazıdırdıqlarını, gedib qiymətləri dəqiqləşdirib, onları cədvələ köçürüb göndərəcəyini, ev tapşırıqlarını kursda həll olunması layihəsinin olduğunu, birinci və beşinci sinif şagirlədirinin 5 gün kursa dəvət edərək ev tapşırıqlarının kursda həll olunmasını bildirmişdir. Mülki Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iiddia tam olaraq sübuta yetirilməmişdir. İddiaçı tərəfindən kifayət qədər məhkəməyə sübut təqdim olunmamışdır. Təqdim olunmuş sübutlar isə işə baxıb iddianı təmin etmək üçün kifayət etmir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Sözü gedən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddələsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.062 (beş min altmış iki) manat pul borcunun və 71 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.062 (beş min altmış iki) manat pul borcunun və 71 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-165/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-165/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver