Məhkəmə qərarları › İş №e-2(024)-385/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-385/2024

21.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-385/2024 21.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, Cavabdehlər Cavabdeh4, X1, Cavabdeh5 iştirakı ilə. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 avqust 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin “Qax rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsi işə baxan məhkəməyə aid olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayon icraiyyə Komitəsinin sərəncamına əsasən Qax rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə X3na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi ayrılaraq onun müddətsiz istifadəsinə verilıb. 05 oktyabr 1959-cu il tarixində Qax Kommunal- Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X7 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilib. 20 yanvar 1974-cü il tarixində həmin sahədə inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsi verilib. X3 və anası X11 vəfat etdikdən sonra, o, 08 iyun 2020-ci il tarixində qanun üzrə vərəsə kimi atasından qalan daşınmaz əmlakı: ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsinə müraciət edib, 13 iyun 2020-ci il tarixində «Torpaq sahəsinin planı və ölçüsü» sənədini almışdır. “Torpaq sahəsinin planı və ölçüsü”nə baxılarkən məlum oldu ki, atasının mülkiyyətində olan torpaq sahəsi Qax Rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə kiçildilib- 13,75 sot sahə 5,3 sota düşüb və guya anası X5 verilib. Məhkəmənin diqqətini ona cəlb edir ki, bu “qərarı” qəbul edən Komissiya hələ Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanı ilə ləğv edilmişdi. Hüquqi baxımdan mövcud olmayan qurumun belə sənəd qəbul etməsi absurddur. Bir də onu qeyd edir ki, bu “qərar” ona, başqa ailə üzvlərinə xəbər verilmədən xəlvəti şəkildə qəbul edilib. O, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv olunmuş, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının verilməsinə səbəb olmuş əsasları müəyyən etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, ƏMDX-nın Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidmətinə, ƏMDX-nın DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmişdir. Cavab məktublarında heç bir hüquqi əsas göstərilməyib. Aqrar islahat Komissiyaları kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatlarını aparmaq məqsədilə yaradılmış bir qurum olub. “Aqrar islahatların əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən aqrar islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Həmin qanunun 12-ci maddəsinə uyğun olaraq, sovxoz və kolxozların islahatı onların kəndli /fermer/ təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur. Yəni hətta hüquqi baxımdan mövcud olsa idi belə, aqrar islahat komissiyasının atasının şəxsi (xüsusi) mülkiyyətinə 1952-ci və 1959-cu illərdə verilmiş torpaq sahələri barədə sərəncam vermək hüququ ümumiyyətlə olmayıb. Komissiya yalnız sovxoz və kolxozların islahatı ilə məşğul ola bilərdi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktlar təsdiq edilmişdir ki, bunlardan ona, ailəsinə aid olanı “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların/torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”dir. Atasının daimi istifadəsində olmuş torpaqlar kolxoz və sovxoz torpaqlarına aid olmadığından mülkiyyətdə olan torpaqdır və bu qəbildən olan torpaq sahələri üzərində hüquqların tənzimlənməsi sahəsində bu əsasnamədə nə yerli, nə də rayon aqrar islahat komissiyalarının səlahiyyəti müəyyən edilməmişdir. Ailəsinə məxsus mülkiyyət hüququnu rəsmiləşdirmək istəsə də, süni olaraq yaranmış anlaşılmazlıq nəticəsində hüquqlarını reallaşdıra bilmir. Bundan əlavə, 534 saylı fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinin birinci hissəsinə əsasən hər bir vətəndaşa/ailəyə/düşən torpaq payını dövlət yerquruluşu xidməti/Torpaq Komitəsi/hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla, rayon aqrar islahatı komissiyası təsdiq etməli idi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 760 nömrəli fərmanı ilə bu əsanamənin 6-cı bəndinin birinci hissəsində “rayon aqrar islahatı komissiyası”sözləri “yerli icra hakimiyyəti orqanı”sözləri ilə əvəz edilib. Başqa sözlə, 2002-ci ilin avqust ayından bu abzasda qeyd olunan sovxoz, kolxoz və s.torpaqlarına münasibətdə yerquruluşu layihələrini təsdiq etmək səlahiyyəti rayon aqrar islahat komissiyasından alınıb, yerli icra hakimiyyəti orqanına verilib. Yuxarıdakıları ümumiləşdirərək, bildirir ki, Qax rayon aqrar islahat komiissiyası 2002-ci ilin avqust ayından (30 dekabr 2007-ci il tarixi də daxil olmaqla) nə vətəndaşların qanuni istifadəsində olan, nə də kolxoz və sovxoz torpaq sahələrinin ölçüsündə heç bir dəyişiklik edə bilməzdi və belə hərəkətlər cinayət məsuliyyəti yaradır. Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsi ilə nəzərdə tutulub, əsaslar isə 139-1.1-ci maddəsi ilə müəyyən olunur. Məcəllənin 139-1.1.3, 139-1.1.5 və 139- 1.1.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və ya yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər həmin əsaslardandır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.6-cı bəndinə əsasən şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notarial qaydada təsdiq edilmiş 1948-ci ilin avqust ayının 26-dan sonra bağlanmış müqavilələr, Azərbaycan Respublikası SSRi-nin tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər Mülki Məcəllənin 139-1.1-ci maddəsində sadalanan sənədlərə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********60 saylı 22 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qonşunun faktiki istifadəsindədir. Məlum olub ki, ailəsinə məxsus torpaqlar qeyri-qanunu yollarla qonşulara - Cavabdeh4, X2, Cavabdeh5 verilib (yaxud satılıb). Azərbaycan Respublikası Mülki Məcəslləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mən atasından qalan torpaq sahəsindən onu qanunsuz olaraq almış Cavabdeh4, X4 və Cavabdeh5 geri tələb edir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş əsasnaməyə görə, torpaq islahatı aparılarkən torpaqların yerquruluşu layihələri torpaq məlumat bankı əsasında ilkin torpaq istifadəçilərindən mövcud istifadəçilərə qədər olan arxiv sənədlərinin dəqiqləşdirilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il «Torpaq islahatı haqqında» qanunun 10.2 maddəsində deyilir ki, «Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında» çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dovlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bu qanunun 10.1 maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqlənir. Bu qanunun 19-cu maddəsində deyilir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqannım və ya bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqların üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Atası - X15 Böyük Vətən Müharibəsinin İ dərəcəli iştirakçısı, SSRi-nin Səhiyyə Əlaçısı olub. Müharibə qurtardıqdan sonra 1951-ci ilə qədər sovet ordusunda xidmət edib. 1951-ci ildə Azərbaycana gəlib, doğma kəndinə - ata evinə qayıtmayıb, Qax Rayon Səhiyyə Şöbəsində - SES-da epidemioloq-etimoloq kimi fəaliyyətə başlayır. Tez bir zamanda rayonda hörmət qazanır. Qax qəsəbəsində qeydiyyata duran Şamxal Əliyevə yurd salmaq üçün o dövrün qanunlarına uyğun olaraq xx.xx.1952-ci ildə tərtib olunmuş akt ilə 25m x 20m ölçüdə - 0,05 ha torpaq sahəsi ayrılıb. Ayrılan torpaq sahəsində tikintinin aparılması Qax Rayon icraiyyə Komitəsinin sərəncamı ilə rəsmiləşdirilib. Təhkim olunma aktı ilə torpaq sahəsi naturada ölçülüb verilib /akt xx.xx.1952-ci il və arxiv arayışı əlavə olunur/. Torpaq sahəsini aldıqdan sonra atası evin inşasına başlamış, 1953-cü ildə çiy kərpicdən evi tikib qurtarmış, 1956-cı ildə ev istifadəyə hazır olmuşdur. Torpaq sahələri paylanıb qurtardıqdan sonra şəhərin baş planında dəyişiklik edildiyi üçün atasına verilən torpaq sahəsinin ətrafında boş qalan 25m x 35m ölçüsündə olan torpaq sahəsi 09 oktyabr 1959-cu il tarixli notarius tərəfindən imzalanmış torpaq müqaviləsinə əsasən əlavə olaraq ona verilib./müqavilə əlavə olunur. Atasının tikdiyi birinci ev çiy kərpiçdən olduğu üçün dövlət tərəfindən “avariynı”- təhlükəli ev sayıldığından o, dövlətdən ssuda götürərək həmin torpaq sahəsində daşdan ikinci ev tikib. 1962-ci ildə həmin evə köçür, torpaq sahəsi Dövlət qeydiyyatına alnımışdır əlavə olunur. Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsi tərəfindən mənə verilən kadastrla, Qax X24 Komissiyasının verdiyi qərarla Konstitusiyanın 13, 29, 60-cı maddələri, Torpaq islahatı haqqında qanunun 10.1, 10.2, 19-cu maddələri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X24 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, 1952-1959-cu illərdə atasına verilən torpaqları ona versinlər. Torpaq sahəsi cavabdehlərə necə verilib, hansı qaydada verilib bilmir. Onda 2 dənə SSRİ vaxtı verilən 1952 və 1959-cu ilin torpaq Aktları vardır. Tələbi ondan ibarətdir ki, cavabdehlər torpaq sahələrindən çıxsın və atasından qalan torpaq sahələri ona verilsin. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı 2019-cu ildə sərhəd barısını sökmüş və 1 metr özlərinə aid olan əraziyə keçmiş, ip çəkilmişdir. Ustadan nə etdiyini soruşduqda İddiaçı bilər deyə cavab vermişdir. O, iddiaçıdan nə etdiyini soruşduqda hamamın barısının əyri olduğunu və barını düzəltdiyini demişdir. O Şəfəqə hamamın barısıın sökərək 1 metr içəridə tikməsini demişdir. 2019-cu ildə sökülən barı hələ də tikilməmişdir. O anlamır ki, iddiaçı nə fikirdədir. Köhnə kupçada sərhəddə barı yoxdur. Sərhəd evdir. Sonradan pəncərələr görünməsin deyə barı tikilmişdir. İddiaçı barını sökməli və zəbt etdiyi torpağı geri verməlidir. Bununla bağlı məhkəmə olmuş və icra olunmamışdır. İddia tələbində göstərilənləri əsassız hesab edir. İddianı qəbul etmir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək göstərdi ki, o da iddia tələbini əsassız hesab edir. Çünki 1996-cı ildə Zaqatala rayon Məhkəməsinin və Ali Məhkəmənin qətnamələri vardır ki, iddia əsassız sayılsın. İddianı qəbul etmir, rədd edilməsini xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında izahat verərək göstərdi ki, o da iddia tələbinə etiraz edir. İddiaçı düz demir. 1957-ci ildə öz evləri tikilmiş və evə dair Çıxarışı olmasa da texniki pasportu vardır. Ev tikilən də torpaq da verilir. Uşaqlıqdan həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu görmüşdür. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 25 avqust 2020-ci il tarixli 177/1 nömrəli Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli iclas protokolundan Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, komissiyanın iclası DT və XK Qax rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli təklifinin nəzərə alınması, (X5 Qax şəhəri ərazisində 513.61 kv.m) müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərilməsiin DT və XK-dən xahiş edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Qax rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 165 nömrəli İddiaçı ünvanladığı məktubdan görünür ki, Qax şəhər XDS İcraiyyə komitəsinin 1957-1959-cu illərə aid Qaytanlanmış təsər- rüfatbaşına kitabında qeyd olunmuş Qax qəsəbə ZDS İcraiyyə komitəsinin xx.xx.1952-ci il tarixli qərarı və bu qərar əsasında verilən 07 iyun 1952-ci il tarixli təhkim aktından arxiv çıxarışının verilməsinə dair 27 iyun 2022-ci il tarixli sorğunuza Qax rayon Dövlət Arxivində baxılmışdır. Sorğu ilə əlaqədar bildirir ki, hal-hazırda Arxivdə Qax qəsəbə ZDS İcraiyyə komitəsinin 1955-1965-ci illəri əhatə edən daimi xarakterli sənədləri(o cümlədən iclas protokolları) mühafizə olunur. Sorğuda qeyd edilən Qax qəsəbə ZDS İcraiyyə komitəsinin xx.xx.1952-ci il tarixli qərarı və bu qərar əsasında verilən 07 iyun 1952ci il tarixli təhkim aktı Arxiv sənədlərində tapılmadı. Dövlət arxivlərində mühafizə olunan qaytanlanmış torpaq kitablarının elektron surətlərinin yaradılması məqsədilə Arxivdə mühafizə olunan “Qaytanlanmış torpaq kitabları” müvəqqəti olaraq X23 filalına verildiyindən iddiaçının mərhum X3nun torpaq sahəsinə dair Qaytanlanmış torpaq kitabında hər hansı məlumatın verilməsi hələlik mümkün deyil. Qax rayon Qaxmuğal kənd ZDS İcraiyyə komitəsinin 1954-1956-cı illərə aid Təsərrüfatbaşına kitabından mərhum iddiaçının X3nun təsərrüfatına dair arxiv çıxarışı iddiaçıya təqdim olunur. İşə əlavə edilmiş Qax rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 165 nömrəli İddiaçı ünvanladığı məktuba əlavə edilmiş 29 iyun 22-ci il tarixli 165/1 nömrəli Qax rayon Qax-Muğal kənd ZDS icraiyyə Komitəsinin 1954-1956-cı illərə aid “Təsərrüfat başına kitabı”ndan Arxiv çıxarışından görünür ki, Qax rayon Qaxmuğal kənd ZDS icraiyyə komitəsinin 1954-1956-cı illərə aid “Təsərrüfatbaşına kitabı”nda təsərrüfat № 209-da X7 təsərrüfatın ailə başçısı olduğu və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir. X16 a/b 1924 və təsərrüfatın şəxsi istifadəsində olan torpağın cəmi -500 kv.metr, yaşayış tikintiləri altındakı yerlər -60 kv.metr, təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan tikililər -1953-cü ildə tikilmiş yaşayış evi olması qeyd edilmişdir İşə əlavə edilmiş 05 oktyabr 1959-cu il tarixində Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqavilənin tərcüməsindən görünür ki, X7 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Qax şəhəri, 20 yanvar küçəsində 74 ünvanında yerləşən fərdi yaşayış evi X8 mülkiyyətinə verilmişdir. Həmin sənədin verilməsinə əsas Zaqatala rayon Notariat kontorasının xx.xx.1959cu il tarixli 2848 nömrəli müqaviləsi olmuşdur. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 361 nömrəli Arayışından görünür ki, X11 öldüyü xx.xx.2008-ci il tarixədək ünvan 4 ünvanında yaşamış, hal-hazırda onun İddiaçı ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 362 nömrəli Arayışından görünür ki, X16 öldüyü xx.xx.1992-ci il tarixədək ünvan 4 ünvanında yaşamış, hal-hazırda onun İddiaçı ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş AZ-İ № 273026 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3, anası isə X9r. İşə əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin təsdiq edilimş surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə Cavabdeh5 622.02 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 1957-ci ildə tikilmiş Qax şəhəri, Nizami küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi Cavabdeh5 mülkiyyətindədir İşə əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 Qax rayon Aqrar İslahat komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə 513.61 kv.m torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsindən görünür ki, X17 və qeyrilərinin X14 ünvan 5 ünvanda yerləşən evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X10 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********41-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Qax şəhəri, Heytdər Əliyev prospekti ev 72-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti X18r. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 1952- 1959-cu illərdə iddiaçının mərhum X3nun müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X12 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X6 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1952-1959-cu illərdə iddiaçının mərhum X3na verildiyini iddia edir və o mərhum valideyinin vərəsəsi olduğu üçün miras əmlakın gələcəkdə qəbulu ilə bağlı gözlənilən mülkiyyət hüququ əldə etmək ehtimalı vardır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında göstərilir ki, Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının valideyinlərinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməmişdir. Ona görə də, mübahisəli torpaq sahəsi üzərində mərhum X13 və X7 mülkiyyət hüququ olmadığı üçün iddiaçı hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsinə əsasən X17 və qeyrilərinin X14 ünvan 5 ünvanda yerləşən evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X10 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalmz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilməsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X12 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar