Məhkəmə qərarları › İş №e-2(024)-757/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-757/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-757/2024 03.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MERCEDES BENZ” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2607 (iki min altı yüz yeddi) manat pulun və 46.07 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa (forma 4) əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “MERCEDES BENZ E300” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "MERCEDES BENZ” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş 073551 saylı sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (İBS) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mercedes Benz E300” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktına əsasən yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2607 (iki min altı yüz yeddi) manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 10097 saylı ödəniş tapşırığına, əsasən 2607 (iki min altı yüz yeddi) manat siğota ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində X4 hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimaov DYPŞ tərəfindən AP ******* saylı inzibati xəta haqqında protokolundan və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirlər ki, 2607 (iki min altı yüz yeddi) manat sığorta ödənişi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehlə şifahi və yazılı (pretenziya) əlaqə yaradılsa da, heç bir ödəniş edilməmişdir. Hesab edir ki, iş materiallarında olan sənədlərlə siğorta hadisəsinin olması, vurulan zərərin X4 tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də 2607 (iki min altı yüz yeddi) manat pul X2 İddiaçı Siğorta şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 2607 manat sığorta ödənişinin, 46.07 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin çatdırılması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasına görə mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehə, yaxud onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Qax RİHB-nın Qax şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmişdır Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan avtonəqliyyat vasitəsinin 073551 nömrəli sığorta aktından görünür ki, “MERCEDES BENZ E300D” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İşdə olan inzibati xəta haqqında AP № ******* nömrəli xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsinə əsasən protokol tərtib olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat inzibati cərimə olunmuşdur. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabatından görünür ki, sığortalanmış “MERCEDES BENZ 124” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2607 (iki min altı yüz yeddi) manat zərər dəymişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sığorta ödənişi məbləği xatırladılaraq, ondan həmin məbləği ödəmək tələb olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa (forma 4) əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “MERCEDES BENZ E300D” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "MERCEDES BENZ” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş 073551 nömrəli sığorta aktının çıxarışından görünür ki, “MERCEDES BENZ E300D” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər müddətdə sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “MERCEDES BENZ 124” markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2607 manat maddi ziyan dəymişdir. Məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində “MERCEDES BENZ E300D” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 iş materiallarına əlavə edilmiş xx.xx.2029-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri könüllü sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq könüllü sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan könüllü sığorta müqaviləsinin bağlanması nəticəsində qanundan irəli gələn subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin sığorta haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, Mərkəzi Bank fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş, Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 25.1-ci maddəsinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, könüllü sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı könüllü sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə (sığortalıya) dəymiş ziyanın əvəzini ödəmiş iddiaçının (sığortaçının) ödədiyi məbləğ həddində cavabdehə (zərərvuran şəxsə) qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində “MERCEDES BENZ E300D” markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda iddiaçının zərərvuran şəxs X2 sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödədiyi məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 qaydasında 2607 (iki min altı yüz yeddi) manat pul və 46.07 (qırx altı manat yeddi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh X2 2607 (iki min altı yüz yeddi) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdeh X4 aid edilsin. Cavabdeh X2 46.07 (qırx altı manat yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar