Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-77/2025 06.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Cavabdeh katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC-i avabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X6 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8.613 manat məbləğində dəymiş zərər, ödənilmiş 106.13 manat dövlət rüsumu və 0.85 qəpik bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 28 noyabr 2023-cü il tarixdə Cavabdeh sahibliyində olan mal-qara «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə yol- nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti» ASC-i dəymiş zərəri aradan qaldıraraq «X6 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği ödənildiyindən 8.863 manat məbləğində sığorta ödənişi 1915 №li, 01 may 2024cü il tarixli ödəniş tapşırığına əsasən tam olaraq servisin hesabına ödənilmişdir. Bildirmək istəyir ki, 28 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Qax rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında qərarında Cavabdeh təqsirli bilindiyi öz əksini tapmışdır. Hesab edir ki, 8.613 manat məbləğində sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-in nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək keçiriləcək məhkəmə iclasında işlərin çox olması və məsafə uzaq olması səbəbindən iştirak edə bilməyəcəyini bildirərək mülki iş üzrə keçiriləcək məhkəmə baxış iclasınını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. Baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Barəsində tərtib olunumş inzibati tənbeh vermə barədə qərardaddan Qax Rayon Məhkəməsinə şikayət vermiş, şikayəti təmin edilərək həmin qərar ləğv edilmiş və o inzibati məsuliyyətdən azad edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindəngörünür ki, İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən «ZEYTUN PHARMA CEUTİCALS» könüllü sığorta növü üzrə «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanla bağlı 22 fevral 2024-cü il tarixli yekun aktın surətindən görünür ki, həmin avtomobilə dəymiş ziyanla bağlı təmir xərcləri 7.063.00 manat, işçilik xərci ilə 8.863.00 manat təşkil edir. 30 aprel 2024-cü il tarixli Sığorta Aktından görünür ki, avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın məbləği 8.863.00 manat təşkil edir. Ödəniş tapşırığını surətindən görünür ki, iddiaçı tərəfindən 8.863.00 manat sığorta ödənişi edilmişdir. Qax RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı X1 MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib «200» manat miqdarında inzibati cərimə olunmuşdur. Qax Rayon Məhkəməsinin 3(024)01/2025 №li, 08 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasınını İXM-in 290.1.1-ci maddəsi ilə təqsirli bilinib «200»manat miqdarında inzibati cərimə olunmasına dair Qax RPŞ-in İTBin polis sahə rəisi polis kapitanı X1 MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə qaytarılması qərar alınmışdır. Məhkəmə sorğusu əsasında Qax RPŞ-nin məhkəməyə verdiyi cavab məktubundan görünür ki, Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı Qax Rayon Məhkəməsinin 3(024)01/2025№li, 08 yanvar 2025-ci il tarixli qərarına əsasən ləğv olunduğundan Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, 28 noyabr 2023-cü il tarixdə sahibsiz buraxılan mal-qara «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində Qax RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı X3 tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə 200 manat miqdarında inzibati cərimə olunması barədə MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Cavabdeh həmin qərardan Qax Rayon Məhkəməsinə şikayət vermiş, onun şikayəti təmin edilərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə qaytarılması qərara alınmışdır. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 3(024)01/2025 №li, 08 yanvar 2025-ci il tarixli qərarının 3 vərəqinin 2-ci abzasında göstərilmişdir ki, Ş.İ.X4 Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilməmişdir. Cavabdeh təqsirli olmasına dair şübhələr sübut hesab edilə bilməz və o təqsirsizdir. Göründyü kimi Cavabdeh əməlinə qiymət verilmiş və onun təqsirli olmasına dair heç bir qərar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə-iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: İddiaçı hazırda Cavabdeh «X6 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8.613 manat məbləğində dəymiş zərər, ödənilmiş 106.13 manat dövlət rüsumu və 0.85 qəpik bank xidmət haqqıını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı sığorta şirkəti «X7 XL» markalı, «az ** JM ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının yeganə sübut kimi istinad etdiyi Ş.İ.X2 Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında inzibati cərimə olunmasına dair Qax RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı X1 MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı məhkəmə tərəfindən ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qax RPŞ-nə qaytarılmış və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. Çünki MN ******* №li, 28 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı edilərkən Cavabdeh İXM-in 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun təsərrüfatında iribuynuzlu heyvanların olub-olmaması, əgər olmuşdursa yol-nəqliyyat hadisəsi baş verən günü avtomobil tərəfindən vurulan bir baş iribuynuzlu heyvanın Cavabdeh məxsus olması və həmin heyvanın onun tərəfindən özbaşına çölə buraxılması halları ətraflı araşdırılmamışdır. Qeyd olunan qərar ləğv olunduğu üçün sübut kimi heç bir hüquqi qüvvəsi yoxdur və Ş,İ.Lebeyev tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı iddianın predmeti olan mübahisə üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Beləliklə iddiaçı məhkəməyə yuxarıda adı qeyd olunan avtomobilə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Məhz buna görə də Konstitusiyanın 68-ci maddəsində əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında zərərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Mülki qanunvericilikdə bu konstitusiya hüququnun həyata keçirilməsinin hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ ilə yanaşı, zərərin hüquqi anlayışı da verilmişdir. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi, qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu, o deməkdir ki, hüququ pozulmuş şəxs imkanı olduqda müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin əvəzini hüququ pozan şəxsdən ala bilər. Buna görə də mülki qanunvericilikdə öhdəliyin borclunun hesabına icra edilməsi imkanı nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Porsessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Həmin Məcəllənin 216.3-cü maddəsinə əsasən qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanunilyi və əsaslığı onların qarşılıqlı olmasını və sıx əlaqədə olmasını ehtiva edir. Qətnamənin qanuniliyi dedtikdə, onun mübahisəli hüquq münasibətinin yaratdığı zaman qüvvədə olan prosessual hüquq normarlarının tələblərinə əməl edilməklə çıxarılması başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 106 manat 98 qəpik dövlət rüsumu və 0.85 qəpik xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASCyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə» dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 106 manat 98 qəpik dövlət rüsumu və 0.85 qəpik xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-77/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-77/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver