Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1003/2025 25.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 28 aprel 1958-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş X2 17 dekabr 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, X3 ilə evlənmiş və Qəbələ şəhəri, İ.B.Qurqaşınlı, ev 31, mən.24-də onunla birlikdə yaşamışdır. X3 17 dekabr 2024-cü il tarixində ürəktutmadan Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etmişdir. X2 ölüm akt qeydi icra olunmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, 28 aprel 1958-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş X2 17 dekabr 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AZE 09213593 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş X1 şəhəri, İ.B.Qurqaşınlı, ev 31, mən.24-də yaşamışdır. İşdə olan AR TTYM PHŞ Qəbələ TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən xx.xx.2024-cü il tarixdə, saat 12-40-da Qəbələ şəhəri, İ.B.Qurqaşınlı, ev 31, mən.24-də yaşayan r 1957-ci il təvəllüdlü X3 tərəfindən 6626 nömrəli çağırış edilmişdir. Xəstə döş qəfəsindəki ağrılardan şikayət etmiş, lakin Qəbələ MRX-yə təxliyyədən imtina etmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-39-12/2-10-3/2025 nömrəli “arayış”ın surətinə əsasən, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə Qəbələ şəhərində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Mışlıqovaq kəndində dəfn olunmuşdur. İşdə olan AR ƏN Qəbələ regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1958-ci il təvəllüdlü X2 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 17 dekabr 2024-cü il; öldüyü yer: Qəbələ rayonu, Mıxlıqovaq kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1003/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1003/2025
25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver