Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1015/2024 29.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 15 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, X8 19 avqust 1990-cı ildə Qəbələ rayonu Zarağan kəndində anadan olmuş və 15 sentyabr 1995-ci il tarixində Qəbələ rayonu, Zarağan kəndində ümumi xəstəlikdən vəfat etmişdir. X3 ölüm akt qeydi aparılmadığından atası X2 qalmış mirasın qəbul edilməsi məsələdə problem yaranmışdır. Ona görə də, X3 15 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan XV-ЖГ 395580 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X2 törəmiş xx.xx.1990-cı il təvəllüdlü X8 Ərizəçi doğulmuşdur. İşdə olan Qəbələ rayon İH-nin başçısının Zarağan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59-23/2-773-2024 saylı arayışda göstərilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X8 xx.xx.1995-ci ildə Zarağan kəndində vəfat etmiş və Qəbələ rayon Zarağan kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan Qəbələ RİHB-nin Zarağan kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktda (Ərizəçi, X4, X7, X9 və X5 iştirakı ilə tərtib edilmişdir) göstərilmişdir ki, X10 15 sentyabr 1995-ci ildə Zarağan kəndində vəfat etmiş, dəfn mərasimini xx.xx.1995-ci il tarixdə Qəblə rayon Zarağan kəndində yerləşən qəbirstanlıqda təşkil edilmişdir. İşdə olan AR ƏN Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/715-S-609/24 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi və X2 törəmiş xx.xx.1990-cı il təvəllüdlü X3 15 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun Ərizəçi və X2 törəmiş xx.xx.1990-cı il təvəllüdlü X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 15 sentyabr 1995-cı il; öldüyü yer: Qəbələ rayonu, Zarağan kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1015/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1015/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver