Məhkəmə qərarları › İş №e-2(025)-1038/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1038/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1038/2024 04.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 11 dekabr 2023-cü il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, anası X4 1941-ci ildə Qəbələ rayonunda anadan olmuş və 11 dekabr 2023-cü il tarixində Qəbələ rayonu, Bum qəsəbəsində ürək dayanmasından vəfat etmişdir. X3 ölüm akt qeydi aparılmadığından dəfn pulunu indiyədək ala bilməmişdir. Ona görə də, X3 11 dekabr 2023-cü il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan АЗ 442324 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X1 törəmiş xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi X2 törəmişdir. İşdə olan Qəbələ rayon İH-nin Bum qəsəbə İƏN-yi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59-13/2-133/2024 saylı arayışda göstərilmişdir ki, X4 həqiqətən xx.xx.2023-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bum qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Qəbələ rayon X5 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aryışda göstərilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 01:35-də ev şəritində vəfat etmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-106/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, XX.XX1941-ci il təvəllüdlü X3 11 dekabr 2023-cü il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun XX.XX.1941-ci il təvəllüdlü X3 ölümünün qeyd olunması faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 11 dekabr 2023-cü il; öldüyü yer: Qəbələ rayonu, Bum qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar