Məhkəmə qərarları › İş №e-2(025)-1039/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1039/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1039/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 31 dekabr 1989-cu ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş mərhum X4nın 1991-ci il sentyabr ayının 17-də Qəbələ rayonu Mıxlıqovaq (Kötüklü) kəndində ev şəraitində “ürək çatmamazlığı” xəstəliyindən ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1968-ci ildə Qəbələ rayonu Ziring kəndində anadan olmuşdur. Hal-hazırda Qəbələ rayonu Kötüklü kəndində yaşayır. xx.xx.1984cü il tarixdə X10 ilə nikaha daxil olmuşdur. X10 ilə birgə nikahlarından 4 övladları doğulmuşdur. X2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Lakin qızları X8 doğumundan 1 il 9 ay sonra, yəni xx.xx.1991-ci ildə xəstəlikdən vəfat etmişdir. Onun xəstəliyi isə ürək çatmamazlığı olmuşdur. O, Qəbələ rayonu, Mıxlıqovaq (Kötüklü) kənd qəbirstanlığında dəfn edilmişdir. X4 1 il 9 aylıq olarkən vəfat etdiyindən ona balaca qəbir daşı qoyulsa da, qəbir daşında ölüm tarixi qeyd edilməmişdir. Həyat yoldaşı X10 isə xx.xx.2024-cü il tarixdə ölmüşdür. Həyat yoldaşı Əflatun Əhmədovun ölümünə görə vərəsəliklə bağlı notariat orqanına müraciət edərkən, X4nın ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum X4na ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X5 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. X15 isə onun qardaşı uşağı olmuşdur. Hüsniyə doğulandan bir az sonra xəstələnmiş və ürək qüsurundan vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, X15 onun qardaşı qızı olmuşdur. Qardaşı qızı olan Hüsniyə Əhmədova 1991-ci ildə rəhmətə getmişdir. Uşaqda anadangəlmə ürək qüsuru olmuşdur. O, Mıxlıqovaq kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli, 3-16- 5/8-103/2025 nömrəli “Doğum haqqında” arayışın surətindən görünür ki, X8 31 dekabr 1989cu ildə doğulmuş, bu barədə 1990-cı ilin yanvar ayının 16-da 04 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixdə verdiyi AZ-İİ seriyalı, 451185 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X10 10 noyabr 2024-cü il tarixdə «miokardın öv divarının kəskin infarktı» xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 3-16- 5/8-11-1364 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X8”nın ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, İV-ЖГ seriyalı, 476792 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X1 04 fevral 1989-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 1991-ci il sentyabr ayının 17-də Qəbələ rayonu Mıxlıqovaq (Kötüklü) kəndində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X8 1991-ci il sentyabr ayının 17-də Qəbələ rayonu Mıxlıqovaq (Kötüklü) kəndində vəfat etmiş və Qəbələ rayonu Mıxlıqovaq (Kötüklü) yerləşən qəbirsanlığda dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 31 dekabr 1989-cu ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş X5 1991-ci il sentyabr ayının 17-də Qəbələ rayonu Mıxlıqovaq (Kötüklü) kəndində ev şəraitində “ürək çatmamazlığı” xəstəliyindən ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar