Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1052/2024 30.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Qəribova (Rəsulova) İnci Tural qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 180,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış 28 iyun 2024-cü il tarixli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə bildirmişdir ki, aliment tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə aralarında qeyri-rəsmi evlilikdən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Qəribova (Rəsulova) İnci Tural qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, xx.xx.2020-ci il təvəllüdlü Qəribova (Rəsulova) İnci Tural qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. İşdə olan AZ-İV 602718 nömrəli «doğum haqqında» şəhadatnamənin surətinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 Tural Əlisurət oğlundan və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində aralarında birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. İşdə olan AZ-İ 396886 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadatnamənin surətinə əsasən 26 oktyabr 2020-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası Maraqlı şəxs hesab edilmişdir. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Qəribova (Rəsulova) İnci Tural qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 180 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 28 iyun 2024-cü il tarixli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1052/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1052/2024
30.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver