Məhkəmə qərarları › İş №e-2(025)-1124/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1124/2025

03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1124/2025 03.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 30 iyul 1978-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş X8 28 oktyabr 1978-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, onunla X3 birgə nikahından 30 iyul 1978-ci il tarixdə doğulmuş X12 ümumi xəstəlik səbəbindən 28 oktyabr 1978-ci il tarixində Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etmişdir. X8 ölüm akt qeydi icra olunmadığından X2 qalmş mirasa dair vərəsəlik məsələsini həll etmək mümkün olmamışdır. Ona görə də, 30 iyul 1978-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş X8 28 oktyabr 1978-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X14 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Nohurqışlaq kəndində, Ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçi və X3 30 iyul 1978-ci il tarixdə X12 adında uşaqları olmuş, uşaq ümumi xəstəlik səbəbindən 28 oktyabr 1978-ci il tarixində Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etmişdir və kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/811-1131 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-40/2-277-2025 nömrəli arayışa əsasən Ərizəçi Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşdə olan İ-ЖГ 355204 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən Ərizəçi ilə X4 nikahı xx.xx.1976-cı il tarixdə 13 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məsimova soyadı verilmişdir. İşdə olan V-ЖГ 452164 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən Ərizəçi törəmiş xx.xx.1978-ci il təvəllüdlü X1 Validə Səfəralı qızından doğulmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi və X2 törəmiş xx.xx.1978-ci il təvəllüdlü X8 xx.xx.1978-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi və X2 törəmiş xx.xx.1978-ci il təvəllüdlü X8 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 28 oktyabr 1978-ci il; öldüyü yer: Qəbələ rayonu, Nohurqışlaq kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar