Məhkəmə qərarları › İş №e-2(025)-1125/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1125/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1125/2024 15.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1995-ci il dekabrın 14-də Qəbələ rayonu Vəndam kəndində doğulmuş mərhum qızı X9 1996-ci il may ayının 01-də Qəbələ rayonu Vəndam kəndində ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1969-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşdur. Hal-hazırda da Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. xx.xx.1994-cü il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Yeganə Məsimova ilə birgə nikahlarından xx.xx.1995-ci il tarixdə X16 adlı uşaqları anadan olmuşdur. (doğum haqqında arayış iddia ərizəsinə əlavə edilir). Lakin qızı X4 doğumundan 6 ay sonra, xx.xx.1996-ci ildə xəstəlikdən vəfat etmişdir. O, Qəbələ rayonu, Vəndam kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. X26 6 aylıq olarkən vəfat etdiyindən ona qəbir daşı qoyulsa da, qəbir daşında ölüm tarixi qeyd edilməmişdir. (qəbr daşlarının şəkilləri iddia ərizəsinə əlavə edilir). Bu yaxınlarda ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə (JN-496A, KOD 40600048 nömrəli və JN-496B, KOD 40600048 nömrəli şəhadətnamələr) çıxarış almaq üçün müvafiq orqana müraciət edərkən, qızı X9 ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum qızı X11 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X9 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmə müraciət etmək hüququm izah olunmuşdur. Ona görə də mən məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X9 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, ərizəçi onun qaynıdır. Bacısı uşağı Könül sudurqadan 01 may 1996-ci il tarixdə vəfat etmiş və Vəndam kənd qəbristanlığında dəfn edilmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. X2 “sudurqa” xəstəliklə əlaqədar vəfat etmiş və Vəndam kənd qəbirstanlığında dəfn edilmişdir. Uşaq balaca olduğundan qəbir daşı qoyulmamış, balaca daş qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 3-16- 5/8-215/2024 nömrəli “Doğum haqqında” arayışın surətindən görünür ki, X16 14 dekabr 1995ci ildə doğulmuş, bu barədə 1996-ci ilin dekabr ayının 14-də 32 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 3- 165/8-13-160/2024 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X16”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan JN – 496A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X12, X8, X10, X3 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə X25 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X7, oğlanları X19 və X13 ibarətdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X22 1996-ci il may ayının 01-də Qəbələ rayonu Vəndam kəndində "sudurqa" xəstəliyindən vəfat etmiş və Vəndam kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi qızı, xx.xx.1995-ci il təvəllüdlü X9 1996-ci il may ayının 01-də Qəbələ rayonu Vəndam kəndində "sudurqa" xəstəliyindən ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar