Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1128/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs X5 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər biri üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış 13 iyun 2025-ci il tarixli MŞQ/MT035-2025-326 nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, nikahın pozulması, uşaq və aliment tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018ci il təvəllüdlü X8 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 250,0 manat olmaqla, cəmi 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 250,0 manat olmaqla, cəmi 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. Maraqlı şəxs bildirmişdir ki, nikahın pozulması, uşaq və aliment tələbi üzrə başlanmış mediasiya prosesində Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 Ərizəçi yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü onun xx.xx.2025-ci il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsinə etiraz etmir. İşdə olan AZ-İİ № 161213 “nikah haqqında şəhadətnamə”yə əsasən Maraqlı şəxs ilə X2 nikahı xx.xx.2016-cı il tarixdə 07 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Səmidzadə soyadı verilmişdir. İşdə olan AZ-İV 132626 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X12 Maraqlı şəxs və Ərizəçi törəmişdir. İşdə olan AZ-İİİ 975532 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X13 Maraqlı şəxs və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞQ/MT035- 2025-326 nömrəli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 250,0 manat olmaqla, cəmi 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma AR Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 Ərizəçi himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 250,0 manat olmaqla, cəmi 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 13 iyun 2025-ci il tarixli MŞQ/MT035- 2025-326 nömrəli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1128/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1128/2025
17.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver