Məhkəmə qərarları › İş №e-2(025)-1180/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1180/2025

14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1180/2025 14.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 02 iyul 1999-cu ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X10 01 may 2000-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, X15 02 iyul 1999-cu ildə Qəbələ rayonu Hacallı kəndində anadan olmuş və 01 yanvar 2000-ci il tarixində Qəbələ rayonu, Hacallı kəndində vəfat etmişdir. X10 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X10 01 yanvar 2000-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X11 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Hacallı kəndində yaşayır və 02 iyul 1999-cu ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X10 anasıdır. X15 qan xəstəliyi səbəbindən xx.xx.2000-ci il tarixdə ölmüş və Hacallı kənd qəbirstanlıqda dəfn edilmişdir. İş üzrə şahid X8 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Hacallı kəndində yaşayır və Ərizəçi qohumudur. Ərizəçi ilə X6 xx.xx.1999-cu il tarixdə X15 adında uşaqları olmuş və 01 yanvar 2000-ci il tarixində Qəbələ rayonu, Hacallı kəndində vəfat etmişdir. X1 qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan Vİİ-ЖГ 310928 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətinə əsasən Ərizəçi ilə X4 nikahı xx.xx.1996-cı il tarixdə 22 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əbülqasımova soyadı verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 3/16-5/7-11-111/2025 nömrəli arayışın surətinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X2 Mahir Muxtər oğlu və X5 törəmişdir. İşdə olan JN 055 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Çarxana kəndi ərizəsində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi X14, X12, X24 və X13 ümumi mülkiyyətindədir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/2-11-1398 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X10 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Hacallı kənd sakinləri, X16, X25, X26, X8 və X11 tərəfindən öz imzaları ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, X17 xx.xx.1999-cu ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, həmin kənddə yaşamış və xx.xx.2000-ci ildə vəfat etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1999-cu il təvəllüdlü X10 xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 02 iyul 1999-cu il təvəllüdlü X10 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 01 yanvar 2000-ci il; öldüyü yer: Qəbələ rayonu, Hacallı kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar