Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1288/2025 09.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 01 yanvar 1960-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş X1 04 iyun 2025-ci il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, anası X4 01 yanvar 1960-cı ildə Qəbələ rayonunda anadan olmuş və 04 iyun 2025-ci il tarixində Qəbələ rayonu, Aydınqışlaq kəndində vəfat etmişdir. X1 ölüm akt qeydi aparılmadığından dəfn pulunu indiyədək ala bilməmişdir. Ona görə də, X1 04 iyun 2025ci il tarixdə Qəbələ rayonunun Aydınqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayır və mərhum X1 doğma qardaşıdır.X4 xərçəng xəstəliyi səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Aydınqışlaq kənd qəbirstanlıqda dəfn edilmişdir. İş üzrə şahid X6 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayır və mərhum X1 doğma qardaşıdır.X4 xərçəng xəstəliyi səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Aydınqışlaq kənd qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan XİV-ЖГ nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən .05.1989-cu il təvəllüdlü Ərizəçi X10 və X2 törəmişdir. İşdə olan JN 344 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.64 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi X4, X11, X7 və Ərizəçi ümumi mülkiyyətindədir. İşdə olan EMİS-nin məlumatına əsasən X4 xx.xx.1960-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-11-1704 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon Zarağan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 36 nömrəli arayışda göstərilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndinin şimal ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1960-cı il təvəllüdlü X1 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 04 iyun 2025-ci il; öldüyü yer: Qəbələ rayonu, Aydınqışlaq kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1288/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1288/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver