Məhkəmə qərarları › İş №e-2(025)-1334/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1334/2025

21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1334/2025 21.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 1941-ci ildə Qəbələ şəhərində anadan olmuş X2 04 iyun 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, həyat yoldaşı X4 1941-ci ildə Qəbələ şəhərində anadan olmuş və 04 iyun 2025-ci il tarixində Qəbələ şəhərində ürək tutmasından vəfat etmişdir. X2 ölüm akt qeydi aparılmadığından indiyədək dəfn pulunu ala bilməmişdir. Ona görə də, X2 04 iyun 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X3 ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhərində yaşayır və Ərizəçi ilə qonşudur. Ərizəçi əri X4 xəstəlik səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Qəbələ şəhər qəbirstanlıqda dəfn edilmişdir. İş üzrə şahid X9 ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri C.Yusibov küçəsi ev 22-də yaşayır və Ərizəçi ilə qonşudur. Ərizəçi əri X4 xəstəlik səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Qəbələ şəhər qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan AZE 03639570 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 XX.XX.1941-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. İşdə olan AZ-İİ 375990 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1941-ci il tarixdə anadan olmuş X4 ilə xx.xx.1957-ci ildə anadan olmuş X5 nikahı xx.xx.1975ci il tarixdə 46 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zülfüqarova soyadı verilmişdir. İşdə olan AR ƏN Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-430/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 112 nömrəli arayışın surətinə əsasən 04 iyun 2025-ci il tarixdə vəfat edən X1 şəhər qəbirstanlığında dəfn olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, XX.XX.1941-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. XX.XX.1941-ci il təvəllüdlü X2 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 04 iyun 2025-ci il; öldüyü yer: Qəbələ şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar