Məhkəmə qərarları › İş №e-2(025)-1450/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1450/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1450/2025 15.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 22 iyul 1951-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuş X5 01 aprel 1988-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı X10 22 iyul 1951-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş və 01 aprel 1988-ci il tarixində Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etmişdir. X5 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X5 01 aprel 1988-ci il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan АZ ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi X11 və X3 törəmişdir. İşdə olan xx.xx.1951-ci il tarixli 53 nömrəli Doğum akt qeydinə əsasən xx.xx.1951-ci ildə anadan olmuş X1 Yusif Kərim oğlu və X3 törəmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-11-2031 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİH Bum qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5- 59-13/3-647/2025 nömrəli arayışın surətinə əsasən Ərizəçi qardaşı X4 qəsəbəsində yaşamış, 01 aprel 1988-ci ildə vəfat etmiş və Bum qəsəbə qəbirstanlığında dəfn olunmuşduur. İşdə olan Qəbələ rayonu Bum qəsəbə sakinləri, X7, X6 və X8 tərəfindən imzalanaraq Qəbələ RİH Bum qəsəbə İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, Akta əsasən X2 rayon Bum qəsəbəsində yaşamış, 01 aprel 1988-ci ildə vəfat etmiş və Qəbələ rayon Bum qəsəbə qəbirstnlığında dəfn olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X11 və X3 törəmiş xx.xx.1951-ci il təvəllüdlü X5 xx.xx.1988-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X11 və X3 törəmiş xx.xx.1951-ci il təvəllüdlü X5 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 01 aprel 1988-ci il; öldüyü yer: Qəbələ rayonu, Bum qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar