Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1470/2024 26.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 20 iyun 1976-cı ildə Qəbələ şəhərində anadan olmuş X3 28 iyul 1976-cı il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı X11 20 iyun 1976-cı ildə Qəbələ şəhərində anadan olmuş və 28 iyul 1976-cı il tarixində Qəbələ şəhərində “sudurqa” xəstəliyindən vəfat etmişdir. X3 ölüm akt qeydi aparılmadığından valideynlərindən miras qalmış əmlakla bağlı məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X3 28 iyul 1976-cı il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X21 ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, İ.Mahmudov küçəsi, ev 14də yaşayır. Ərizəçi, o cümlədən onun valideynləri, X16 və X4 ilə qonşudur. Həmidovlar ailəsində həqiqətən 1976-cı ilin iyun ayında bir nəfər oğlan uşağı dünyaya gəlmiş və doğulandan 1 ay sonra vəfat etdiyi üçün Qəbələ şəhər qəbirstanlığında dəfn edilmişdir. İşdə olan İİİ-ЖГ 428851 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X1 törəmiş xx.xx.1975-ci il təvəllüdlü Həmidov Ərizəçi Cəlalət Feyzi qızından doğulmuşdur. İşdə olan 25 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-276/2024 nömrəli arayışın surətinə əsasən X11 20 iyun 1976-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. X8, atası X2r. İşdə olan AZ-İİ 091908 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X4 19 dekabr 2020-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ 448809 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X17 08 sentyabr 2010-cu ildə ölmüşdür. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13- 240/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan JN-813F saylı «Torpağın mlkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində yerləşən planda sərhədləri göstərilmiş 0,08 ha həyətyanı torpaq sahəsi, X4, X18, X5, Ərizəçi, X6, X7, X19 və X9 ümumi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X16 və X1 törəmiş xx.xx.1976-cı il təvəllüdlü X3 28 iyul 1976-cı il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun X16 və X1 törəmiş xx.xx.1976-cı il təvəllüdlü X3 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 28 iyul 1976-cı il; öldüyü yer: Qəbələ şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1470/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1470/2024
26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver