Məhkəmə qərarları › İş №e-2(025)-1476/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1476/2025

01.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1476/2025 01.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: Mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2025-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizədə qeyd edilmişdir ki, “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 37№-li qeydinə əsasən Maraqlı şəxs 27 iyul 2024-cü il təvəllüdlü X3 atası hesab edilmiş və bu barədə ona Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə verilmişdir. O, cavabdeh ilə birlikdə yaşamasına baxmayaraq o birgə nikamlarından olan uşaqlarının maddi təminatı ilə maraqlanmır, cavabdeh fərdi işlərdə işləsə də ailənin dolanışığına kifayət edəcək qədər pul qazanır, lakin həmin qazancını ailənin saxlanılması üçün sərf etmir. Uşağın saxlanılması üçün isə yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onu böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, o, heç yerdə işləmir, azyaşlı uşağına baxır və uşağın təminatına yaxın qohumları köməklik edirlər. Hesab edir ki, cavabdehin uşağın saxlanması üçün hər ay 280 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Ona görə də aliment tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Qəbələ 1 saylı Mediasiya Təşkilatında 14 avqust 2025-ci il tarixində Maraqlı şəxs aralarında razılaşma əldə olunmuşdur. Razılaşmaya əsasən ata Maraqlı şəxs 27 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2025-ci il tarixindən etibarən hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.7% misli həcmində sabit pul məbləğində aliment ödəməyi öhdəsinə almış və 14 avqust 2025-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişi mediator X1 tərəfindən 14 avqust 2025-ci il tarixində MŞQ/MT035-2025-556 nömrə ilə qeydiyyata alınmışdır. Hal-hazırda alimentin ödənilməsi öhdəliyi barədə Barışıq Sazişinin imzalanmasına baxmayaraq qarşı tərəfdən icra olunmamış və sazişdə alimentin könüllü icra edilməsi razılaşması qeyd olunduğuna görə, barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Həmçinin bildirdi ki, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdədir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etdi və öz izahatında bildirdi ki, o, "xxxx" MMC-də işə düzəlmiş və 370 manat əmək haqqı almışdır. Onun birinci nikahdan olan həyat yoldaşı ilə alimentlə bağlı razılıq əldə etsə də, sonradan yenidən alimentin tutulmasını tələb etmişdir. Belə olub əmək haqqından tutulma olmuşdur. Səhhətində olan problemlərə görə ağır işdə işləyə bilmir. Arada taksi kimi işləyir və oradan çətinliklə dolanır. Bu səbəbdən alimenti vaxtında ödəyə bilməmişdir. Ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş X2 bağlanmış MŞQ/MT035-2025-556 nömrəli, xx.xx.2025ci il tarixli Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: “Tərəflər, Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı 27 iyul 2024cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,7 misli məbləğində aliment ödəməyi öhdəsinə götürür. Alimentin ödənilməsinə 14 avqust 2025-ci il tarixdən başlanılır”. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin iş materialları ilə barışıq sazişinin təsdiq olunması xahiş edilmiş bəndinin könüllü qaydada tam icra edildiyi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış MŞQ/MT035-2025-556 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında X2 bağlanmış MŞQ/MT035-2025-556 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında X2 bağlanmış MŞQ/MT035-2025-556 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq sazişinin:

1. “Tərəflər, Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı 27 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,7 misli məbləğində aliment ödəməyi öhdəsinə götürür. Alimentin ödənilməsinə 14 avqust 2025-ci il tarixdən başlanılır” şərtləri təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar