Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1600/2025 16.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 22 avqust 1968-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş X2 21 mart 1991-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, qardaşı X4 22 avqust 1968-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş və ehtiyatsızlıqdan əlində silah açılması səbəbindən 21 mart 1991-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində vəfat etmişdir. X2 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X2 21 mart 1991-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X3 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Qəmərvan kəndində yaşayır və mərhum X2 doğma əmisi oğludur. X4 ehtiyatsızlıqdan əlində silah açılması səbəbindən xx.xx.1991-ci il tarixdə ölmüş və Qəmərvan kənd qəbirstanlığında dəfn edilmişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Qəmərvan kəndində yaşayır və mərhum X2 doğma əmisi oğludur. X4 ehtiyatsızlıqdan əlində silah açılması səbəbindən xx.xx.1991-ci il tarixdə ölmüş və Qəmərvan kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-145/2025 nömrəli arayışa əsasən, X6 və X1 törəmiş X4 xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş və bu barədə xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kənd icra nümayəndəliyi tərəfindən 54 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-11-3183 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1968-ci il təvəllüdlü X2 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 21 mart 1991-ci il; öldüyü yer: Qəbələ rayonu, Qəmərvan kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1600/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1600/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver