Məhkəmə qərarları › İş №e-2(025)-1733/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1733/2025

25.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1733/2025 25.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Maraqlı şəxs hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, nikahın pozulması, uşaq və aliment tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə birgə nikahdan oğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Maraqlı şəxs hər ay hər bir uşaq üçün 235,0 manat olmaqla, cəmi 470,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Maraqlı şəxs hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. İşdə olan AZ-İ 077408 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən Maraqlı şəxs ilə X1 nikahı xx.xx.2012-ci il tarixdə 04 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Sadıqova soyadı verilmişdir. İşdə olan AZ-İİİ 456008 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X11 Maraqlı şəxs və Ərizəçi törəmişdir. İşdə olan AZ-İİİ 155011 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 Elçin Məhyəddin oğlundan və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/-00667 nömrəli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X6 vasitəsilə həyata keçirilən mediasiya prosesində aralarında birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Maraqlı şəxs hər uşaq üçünhər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X6 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs hər bir uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediator X6 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 27 iyun 2024-cü il tarixli MŞB/-00667 nömrəli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar