Məhkəmə qərarları › İş №e-2(025)-1763/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1763/2025

03.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1763/2025 03.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Ərizəçi qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi qaydada icra olunması üçün təsdiq edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək X6 ilə uşaqla ünsiyyət hüququnun tanınması haqqında mediasiya prosesində bağlanmış 28 iyun 2025-ci il tarixli MŞQ/MT035-2024-350 nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. İşdə olan AZ-İİ 456880 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən X7 ilə Ərizəçi nikahı xx.xx.2021-ci il tarixdə 437 saylı akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Nəsirli soyadı verilmişdir. İşdə olan AZ-İV 734673 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 Nigar Nail qızı və Ərizəçi törəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2024-350 saylı Barışıq sazişinin surətinə əsasən Ərizəçi ilə Maraqlı şəxs mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 Maraqlı şəxs himayəsində qalması, Ərizəçi uşağın təhsilinə, sağlamlığına, mədəni inkişafına ziyan vurmamaqla hər həftənin şənbə və ya bazar günləri, o cümlədən bayram və tətil günlərində saat 10:00-dan 18:00-dək övladı ilə görüşərək ünsiyyat saxlaması barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış bağlanmış xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2024-350 saylı Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 ilə onun təhsilinə, sağlamlığına və mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və ya bazar günü, o cümlədən bayram və tətil günlərində saat 10:00-dan 18-00-dək görüşərək ünsiyyət saxlaması barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 28 iyun 2025-ci il tarixli MŞQ/MT035-2024-350 nömrəli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. İcranın təmin edilməsi üçün xx.xx.2022-ci il təvəllüdlü X6 yaşayış yeri üzrə Qəbələ şəhərində hər həftənin şənbə və ya bazar günləri, o cümlədən bayram və tətil günlərində saat 10:00-da Maraqlı şəxs tərəfindən Ərizəçi, həmin gün saat 18:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Maraqlı şəxs təhvil verilsin. Maraqlı şəxs 100,0 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Ərizəçi verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar