Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1778/2025 04.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi qaydada icra olunması üçün təsdiq edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək aralarında mediasiya prosesində bağlanmış 25 yanvar 2024-cü il tarixli MŞQ/MT035-2023-450 nömrəli Barışıq sazişinin "xxxx" ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığının Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixədək ödənilməsi barədə 5-ci bəndinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə birlikdə nikahın pozulması, uşaq, aliment, əmlak tələbi və kredit borcunun ödənilməsinin təmin edilməsi tələbi üzrə keçirilmiş mediasiya prosesində Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü ayda 120,0 manat məbləğində aliment ödəməsi və birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığını xx.xx.2024cü il tarixədək ödənilməsi barədə Barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs "xxxx" ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığından indiyədək heç bir ödəniş etməyərək Barışıq sazişini üzrə öhdəliyini icra etməmişdir. Ona görə də, 25 yanvar 2024-cü il tarixli MŞQ/MT035-2023-450 nömrəli Barışıq sazişinin "xxxx" ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığının Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixədək ödənilməsi barədə 5-ci bəndinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. Ərizəçi nümayəndəsi Vəkil təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan AZ-İ 523855 nömrəli “nikahın pozulması haqqında” şəhadatnamənin surətinə əsasən Maraqlı şəxs ilə X1 nikahları Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsinin nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MŞQ/MT035-2023-450 saylı Barışıq sazişinin surətinə əsasən X2 ilə Maraqlı şəxs mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığının Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixədək ödənilməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 33.1.5-ci maddəsinə əsasən mediasiya prosesində bağlanmış barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qüvvədə olan qanunvericiliyə..... zidd olmamalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. AR Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 6.39-cu bəndində izah edilir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. AR Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə olunan mövqeynə əsaslanaraq məhkəmə hesab edir ki, Ərizəçi birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə kreditor Bank qarşısında icra edilməmiş öhdəliyin Maraqlı şəxs üzərinə qoyulması haqqında tələbinin qanuni əsası yoxdur. Ona görə də, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 25 yanvar 2024-cü il tarixli MŞQ/MT035-2023-450 nömrəli Barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 25 yanvar 2024-cü il tarixli MŞQ/MT035-2023-450 nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsindən imtina edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1778/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1778/2025
04.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver