Məhkəmə qərarları › İş №e-2(025)-1808/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1808/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1808/2025 28.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 30 mart 1978-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş X5 03 avqust 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı X7 30 mart 1978-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, ümumi xəstəlik səbəbindən 03 avqust 2025-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu, Bum qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. X5 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X5 03 avqust 2025-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X9 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır və Ərizəçi ilə qonşudur. Ərizəçi qardaşı X7 xəstəlik səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Qəbələ rayonu, Bum qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. İş üzrə şahid X10 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır və Ərizəçi ilə qonşudur. Ərizəçi qardaşı X7 xəstəlik səbəbindən xx.xx.2025-ci il tarixdə ölmüş və Qəbələ rayonu, Bum qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-412/2025 nömrəli məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İV 089418 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1978-ci il təvəllüdlü X1 Narınc Bahadur qızından və X2 törəmişdir. İşdə olan AZE 17717687 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 xx.xx.1978-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur. İşdə olan Qəbələ rayon Bum Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 09 nömrəli arayışın surətinə əsasən X7 03 avqust 2025-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu, Bum qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X5 03 avqust 2025-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1978-ci il təvəllüdlü X5 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 03 avqust 2025-ci il; öldüyü yer: Qəbələ rayonu, Bum qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar