Məhkəmə qərarları › İş №e-2(025)-1917/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1917/2025

30.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1917/2025 30.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: Mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi ilə Maraqlı şəxs arasında Qəbələ 1 X2 “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən bağlanmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-2025-663 nömrəli Barışıq Sazişinin “2. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixdən başlanılır və hər ayın son gününüdək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” hissəsində məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi və həmçinin 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi oğlu məhkəməyə dəqiqləşdirilmə barədə ərizə ilə müraciət edərək, 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq onun xeyrinə tutulması hissədə tələbini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: Ərizədə qeyd edilmişdir ki, cavabdeh Maraqlı şəxs ilə nikahları 01 sentyabr 2018-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 367 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlə olan münasibətləri artıq pozulmuşdur. Nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda iş məhkəmənin icraatındadır. Biz Maraqlı şəxs ilə yola getməməkləri səbəbindən Qəbələ 1 X3 müraciət etmişdirlər. Maraqlı şəxs ilə onun arasında Qəbələ 1 X2 “Mediasiya haqqında” AR Qanununun 32-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-2025-663 nömrəli Barışıq Sazişi imlazanmışdır. X8 2-ci bəndində göstərilmişdir: “3. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixdən başlanılır və hər ayın son gününüdək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” Göründüyü kimi Maraqlı şəxs birgə nikahlarından doğulmuş 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 üçün hər birinə ayrılıqda 220 manat aliment ödəmiyi öhdəsinə götürsə də, halhazırda öhdəliyindən yayınmaqdadır. Bununla bağlı məhkəmədən kənar danışsa da, alimenti ödəməyəcəyini bildirməkdədir. Hal-hazırda isə heç bir ödəniş etmir və nəticədə Barışıq Sazişinin şərtlərini pozur. Mən də bu səbəbdən məcbur olaraq Barışıq Sazişinin təsdiqi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizədə qeyd hallardan göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən barışıq sazişinin təsdiqi barədə qətnamə çıxarılmasını tələb etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Barışıq Sazişinin təsdiq olunmasından imtina olunması üçün əsaslar yoxdur. Belə ki, Sözügedən barışıq sazişi qanuna zidd olmayan, tərəflərin iradəsinə əsaslanan və məhkəmə qərarı formasında rəsmiləşdirilməsi mümkün olan sənəddir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sözügedən maddənin tələbinə əsasən ərizə yaşadığı yer üzrə Qəbələ Rayon Məhkəməsinə verilməkdədir Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi və dəqiqləşdirmə barədə ərizəsi nəzərə alınmaqla ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdədir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, bildirdi ki, Barışıq Sazişinin 2, 3, 4 və 6-cı bəndlərinin də təsdiq edilməsini xahiş edir. Cehiz əşyalarının götürülməsinə dair 5-ci bənd artıq icra olunmuşdur, ona görə də həmin hissədə Barışıq Sazişinin təsdiq olunması zərurəti aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etdi və öz izahatında bildirdi ki, o, hal hazırda işləyir, aylıq əmək haqqı 600 manat təşkil edir. Hər ay alimentini ödəyəcəkdir. Ərizənin təmin olunmasına etiraz etmir. X5 uşaqlarla ünsiyyət məsələsi də qeyd olunub, həmin qaydada uşaqları ilə görüşmək istəyir, ona görə də Barışıq Sazişinin həmin hissədə də təsdiq olunmasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli, MŞŞ/MT035-2024-663 nömrəli Barışıq Sazişindən görünür ki, 1. Tərəflər, Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış 01 sentyabr 2018-ci il tarixli, 367 №li nikahın davam etdirilə bilməsi barədə ümumi razılığa gələ bilmədilər. 2. 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 faktiki olaraq ana Ərizəçi himayəsindədir. 3. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixindən başlanılır və hər ayın son günündək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir. 4. Uşaqlarla görüş uşaqların sağlamlığına, təhsilinə, mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin bayram və digər istirahət günləri daxil olmaqla saat 10:00-dan 19:00dək öncədən ana ilə razılaşdırmaqla etməklə həyata keçiriləcəkdir. 5. Tərəflər razılığa gəlirlər ki, Ərizəçi özünə məxsus cehiz və şəxsi əşyaları 01 dekabr 2025-ci il tarixindən etibarən 30 gün müddətinə, İkinci Tərəflə öncədən razılaşmaqla ər evindən götürə bilər. 6. Tərəflər razılığa gəlirlər ki, xanıma məxsus qızıl-zinyət əşyalarının geri qaytarılması tələbi əvəzinə həmin əşyalar faktiki evdə olmadığı üçün İkinci Tərəf öhdəsinə alır ki, Birinci Tərəfə 2027-ci il sonunadək 2500 (iki min beş yüz) manat məbləğində nağd pul ödəyəcəkdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin iş materialları ilə barışıq sazişinin təsdiq olunması xahiş edilmiş bəndinin könüllü qaydada tam icra edildiyi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış MŞŞ/MT035-2024-663 nömrəli, 04 noyabr 2025-ci il tarixli barışıq sazişi “2. 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 faktiki olaraq ana Ərizəçi himayəsindədir. 3. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixindən başlanılır və hər ayın son günündək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir. 4. Uşaqlarla görüş uşaqların sağlamlığına, təhsilinə, mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin bayram və digər istirahət günləri daxil olmaqla saat 10:00-dan 19:00-dək öncədən ana ilə razılaşdırmaqla həyata keçiriləcəkdir. 6. Tərəflər razılığa gəlirlər ki, xanıma məxsus qızıl-zinyət əşyalarının geri qaytarılması tələbi əvəzinə həmin əşyalar faktiki evdə olmadığı üçün İkinci Tərəf öhdəsinə alır ki, Birinci Tərəfə 2027-ci il sonunadək 2500 (iki min beş yüz) manat məbləğində nağd pul ödəyəcəkdir.” hissələrində təsdiq olunmalıdır. “5. Tərəflər razılığa gəlirlər ki, Ərizəçi özünə məxsus cehiz və şəxsi əşyaları 01 dekabr 2025-ci il tarixindən etibarən 30 gün müddətinə, İkinci Tərəflə öncədən razılaşmaqla ər evindən götürə bilər.” hissəsində Barışıq Sazişi artıq icra olunduğuna və tərəflər həmin hissədə Sazişin təsdiq olunmasını tələb etmədiklərinə görə həmin hissədə Barışıq Sazişinin təmin olunması zərurəti aradan qalxmışdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, tərəflər Barışıq Sazişində alimentin ödənilməsinə 01 noyabr 2025ci il tarixindən başlanılması ilə bağlı öz aralarında razılıq əldə etdiklərinə görə alimentin tutulması xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır, eyni zamanda qətnamə qəbul edilən tarixdədək aparılan ödəmələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında X1 bağlanmış MŞŞ/MT035-2024-663 nömrəli, 04 noyabr 2025-ci il tarixli Barışıq sazişinin: “2. 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 faktiki olaraq ana Ərizəçi himayəsindədir. 3. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixindən başlanılır və hər ayın son günündək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir. 4. Uşaqlarla görüş uşaqların sağlamlığına, təhsilinə, mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin bayram və digər istirahət günləri daxil olmaqla saat 10:00-dan 19:00dək öncədən ana ilə razılaşdırmaqla həyata keçiriləcəkdir. 6. Tərəflər razılığa gəlirlər ki, xanıma məxsus qızıl-zinyət əşyalarının geri qaytarılması tələbi əvəzinə həmin əşyalar faktiki evdə olmadığı üçün İkinci Tərəf öhdəsinə alır ki, Birinci Tərəfə 2027-ci il sonunadək 2500 (iki min beş yüz) manat məbləğində nağd pul ödəyəcəkdir.” hissələrində təsdiq olunmalıdır. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır. Qətnamə qəbul edilən tarixdədək aliment üzrə aparılan ödəmələr nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında X1 bağlanmış MŞŞ/MT035-2024-663 nömrəli, 04 noyabr 2025-ci il tarixli Barışıq sazişinin: “2. 01 iyun 2019-cu il təvəllüdlü X9 və 18 may 2022-ci il təvəllüdlü X10 faktiki olaraq ana Ərizəçi himayəsindədir.

3. Ata Maraqlı şəxs 01 iyun 2019-cu il təvəllüdlü X6 və 18 may 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə 01 noyabr 2025-ci il tarixindən başlanılır və hər ayın son günündək Birinci Tərəfin kart hesabına ödənilməklə həyata keçirilir.

4. Uşaqlarla görüş uşaqların sağlamlığına, təhsilinə, mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin bayram və digər istirahət günləri daxil olmaqla saat 10:00-dan 19:00-dək öncədən ana ilə razılaşdırmaqla həyata keçiriləcəkdir.

6. Tərəflər razılığa gəlirlər ki, xanıma məxsus qızıl-zinyət əşyalarının geri qaytarılması tələbi əvəzinə həmin əşyalar faktiki evdə olmadığı üçün İkinci Tərəf öhdəsinə alır ki, Birinci Tərəfə 2027-ci il sonunadək 2500 (iki min beş yüz) manat məbləğində nağd pul ödəyəcəkdir.” şərtləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamə qəbul edilən tarixdədək aliment üzrə aparılan ödəmələr nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar