Məhkəmə qərarları › İş №e-2(025)-1920/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1920/2025

26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1920/2025 26.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ Regional “ASAN xidmət” X8 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 27 may 1936-cı ildə Qəbələ şəhərində anadan olmuş X2 09 noyabr 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, anası X5 27 may 1936-cı ildə Qəbələ şəhərində anadan olmuş və 09 noyabr 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. X2 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X2 09 noyabr 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AZ T 257744 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1936-cı il təvəllüdlü X1 İbrahim Dadaş oğlu və X3 törəmişdir. İşdə olan İ-ИE 250711 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən 1936-cı il tarixdə anadan olmuş X15 ilə 1936-cı ildə anadan olmuş X4 nikahı xx.xx.1960-cı il tarixdə 83 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. İşdə olan İ-ЖГ 493324 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi X6 və X7 törəmişdir. İşdə olan AR ƏN Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1008/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 157 nömrəli arayışda göstərilmişdir ki, X5 09 noyabr 2025-ci il tarixdə Qəbələ şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan AR “TƏBİB” PHŞ “Respublika Təcili və X11 Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-88/2İ-820-31-475/2025 saylı məlumata əsasən xx.xx.2025-ci il tarixdə saat 10:10-da AR “TƏBİB” PHŞ-nin ünvan 1 ünvanından vətəndaş Gülsarə İbrahimova adına çağırış daxil olmuşdur. Müayinə zamanı xəstəyə “Aqonial vəziyyət” diaqnozu qoyulmuş və ilkin tibbi yardım göstərilmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, 27 may 1936-cı il təvəllüdlü X2 09 noyabr 2025-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1936-cı il təvəllüdlü X2 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 09 noyabr 2025-ci il; öldüyü yer: Qəbələ şəhəri qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar