Məhkəmə qərarları › İş №e-2(025)-1929/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1929/2025

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1929/2025 05.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, 10 oktyabr 1924-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş X4 25 dekabr 1991-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, anası X9 10 oktyabr 1924-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş və 25 dekabr 1991-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. X4 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X4 25 dekabr 1991-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X16 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və Ərizəçi ilə qonşudur. Ərizəçi anası X9 xəstəlik səbəbindən 25 dekabr 1991-ci il tarixdə tarixdə ölmüş və Vəndam qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və mərhum X4 əri X7 bacısı oğludur. X9 xəstəlik səbəbindən 25 dekabr 1991-ci il tarixdə ölmüş və Qəbələ rayonu, Vəndam qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İşdə olan A3 ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi X11 və X2 törəmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-1467/2025 saylı qətnaməsinin surətinə əsasən X4 xx.xx.1924-cü il Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində (qəsəbəsində) doğulması, atasının Göyərçin, anasının Çimnaz olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-16-5/8-13-985/2025 saylı məlumata əsasən X4 doğumu haqqında xx.xx.2025-ci il tarixdə 15 nömrəli bərpa akt qeydi tərtib edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 9160 1 0015 10122025 nömrəli “doğum haqqında akt qeydi”nin surətinə əsasən X9 xx.xx.1924-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. Atasının adı Göyərçin, anasının adı Çimnaz olmuşdur. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-16-5/8-15-271/2026 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB Vəndam kənd İƏD üzrə İƏN və Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2026-cı il tarixli Aktda (X8, X19, X15, X3, Ərizəçi tərəfindən imzalanmışdır) göstərilmişdir ki, Qəbələ rayon, Vəndam qəsəbə sakini 1924-cü il təvəllüdlü mərhum X1 rayon Vəndam qəsəbəsində Hacı adlanan qəbirstanlıqda foto şəkildə göstərilmiş X6 qəbrinin sol tərəfində dəfn olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 10 oktyabr 1924-cü il təvəllüdlü X4 25 dekabr 1991-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1924-cü il təvəllüdlü X4 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 25 dekabr 1991-ci il; öldüyü yer: Qəbələ rayonu, Vəndam qəsəbəsi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar