Məhkəmə qərarları › İş №e-2(025)-1936/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1936/2025

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1936/2025 05.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ Regional “Asan xidmət” məkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1967-ci ildə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində anadan olmuş X1 29 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, həyat yoldaşı X3 xx.xx.1967-ci ildə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində anadan olmuş və 29 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində ürək tutmasından vəfat etmişdir. X1 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X1 29 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AZE 16739910 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 xx.xx.1967-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. İşdə olan AZ-İ 040344 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1967-ci il tarixdə anadan olmuş X3 ilə xx.xx.1984-cü ildə anadan olmuş X2 nikahı xx.xx.2001ci il tarixdə 611 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Dəmirova soyadı verilmişdir. İşdə olan AR ƏN Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1064/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X1 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB Mıxlıqovaq kənd İƏD üzrə İƏN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-32/2-399/2025 nömrəli arayışın surətinə əsasən xx.xx.1967-ci il təvəllüdlü X3 29 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində vəfat etmiş və Qəbələ rayonu, Mıxlıoqvaq kəndində qəbirstanlığında dəfn olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü X1 29 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Mıxlıoqvaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1967-ci il təvəllüdlü X1 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 29 yanvar 2024-cü il; öldüyü yer: Qəbələ rayonu, Mıxlıqovaq kəndi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. Иш № 2(036)162/2019 05 fevral 2019-cu il X4 X5 İmişli rayonu, Məzrəli kəndi. Surəti: İmişli rayon Qeydiyyat şöbəsinə İmişli şəhəri, S.Qazıyeva küçəsi İmişli rayon Məhkəməsinin 21 yanvar 2019-ci il tarixli 2(036)162/2019 saylı qətnaməsinin surəti sizə göndərilir. Qoşma: 01 vərəqdə İmişli Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar