Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-40/2023 18.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, girov müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Balalıyeva Sevı̇ nc Alcan qızına və Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğluna qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyət cavabdehlər Balalıyeva Sevı̇ nc Alcan qızına və Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğluna qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər (borclu) Balalıyeva Sevı̇ nc Alcan qızından və (zamin) Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğlundan müştərək qaydada 1846 manat 55 qəpik əsas borcun, 31 manat 86 qəpik faiz borcu və 83 qəpik cərimə borcu olmaqla, cəmi 1879 manat 24 qəpik kredit borcu, 38 manat 80 qəpik dövlət rüsumunun və 40 qəpik həcmində bank xərcinin iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Balalıyeva Sevı̇ nc Alcan qızına məxsus, girov predmeti olan - 8.0 qram çəkidə 583 əyarlı “Boyunbağı venesiya”, 9.3 qram çəkidə 583 əyarlı “Kalso qaşlı”, 2.6 qram çəkidə 583 əyarlı “Üzük, qaşlı əzik” və 3.5 qram çəkidə 583 əyarlı “Qadın üzüyü qaşlı” adlı qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olnmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borcunun borclulardan ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə borclu X4 arasında, Azarbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanınıın icrasının təmin edilməsi məqsədi ilə baglanmış xx.xx.2019-cu il tarixli 16675/2 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay muddətinə illik 1 % ödəmək şərti ilə 2112,57 manat məbləğində kedit verilmişdir. Tərəflər arasında balanmış xx.xx.2019-cu il tafixli 16675/2 saylt kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə "Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2112.57 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2112.57 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmis ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür". Eyni zamanda xx.xx.2019-cu il tarixli 16675/2 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn ohdəliyin icrasının təmini üsulu olaraq X1 ilə baglanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 16675/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu X2 ilə baglanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən ona məxsus olan 8.0 qram çəkidə 583 əyarlı "Boyunbagı venesiya", 9.3 qram çəkidə 583 əyarlı "Kalso qaşlı", 2.6 qram çəkidə 583 əyarlı "Uzük qaşlı əzik" və 3.5 qram çəkidə 583 əayarlı "Qadın uzüyü qaşlı" adlı qızıl-zinət əşyaları BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrina girov qoymuşdur. Borcverən yuxarıda qeyd olunan məbləgdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmus müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmagı öhdəsinə götürüb. Lakin Borcalan milqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 1846.55 manat əsas və 31.86 manat faiz borcu va 0.83 manat cərimə olmaqla cəmi 1879.24 manat borcu yaranmısdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmıs, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı “iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator- Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X5 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Balalıyeva Sevı̇ nc Alcan qızına və Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Bu Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli 516675/2 saylı əsas kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən borcluya 60 ay muddətinə illik 1 % ödəmək şərti ilə 2112,57 manat məbləğində kedit verilmişdir. Tərəflər arasında balanmış xx.xx.2019-cu il tafixli 16675/2 saylt kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə "Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2112.57 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2112.57 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmis ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 16675/2 saylı zaminlik müqavilsəidən görünür ki, kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn ohdəliyin icrasının təmini üsulu olaraq X1 ilə baglanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 16675/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 16675/2 saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu X2 ilə baglanmış xx.xx.2019cu il tarixli girov müqaviləsinə əsasən ona məxsus olan 8.0 qram çəkidə 583 əyarlı "Boyunbagı venesiya", 9.3 qram çəkidə 583 əyarlı "Kalso qaşlı", 2.6 qram çəkidə 583 əyarlı "Uzük qaşlı əzik" və 3.5 qram çəkidə 583 əayarlı "Qadın uzüyü qaşlı" adlı qızıl-zinət əşyaları BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrina girov qoymuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 1846.55 manat əsas borc, 31.86 manat faiz, 0.83 manat cərimə olmaqla, cəmi 1879.24 manat borcunun olması göstərilmişdir. Bildiriş məktublarından görünür ki, “BOKT "xxxx" Azərbaycan MMC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 1846.55 manat əsas borc, 31.86 manat faiz, 0.83 manat cərimə olmaqla, cəmi 1879.24 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehlər (borclu) Balalıyeva Sevı̇ nc Alcan qızından və (zamin) Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğlundan müştərək qaydada 1846 manat 55 qəpik əsas borc, 31 manat 86 qəpik faiz borcu və 83 qəpik cərimə borcu olmaqla, cəmi 1879 manat 24 qəpik kredit borcu, 38 manat 80 qəpik dövlət rüsumu və 40 qəpik həcmində bank xərci iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulmasını əsaslı hesab edir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 38 manat 80 qəpik məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Balalıyeva Sevı̇ nc Alcan qızından və (zamin) Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğlundan müştərək qaydada 1846 manat 55 qəpik əsas borc, 31 manat 86 qəpik faiz borcu və 83 qəpik cərimə borcu olmaqla, cəmi 1879 manat 24 qəpik kredit borcu, 38 manat 80 qəpik dövlət rüsumu və 40 qəpik həcmində bank xərci iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator-Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Balalıyeva Sevı̇ nc Alcan qızına məxsus, girov predmeti olan - 8.0 qram çəkidə 583 əyarlı “Boyunbağı venesiya”, 9.3 qram çəkidə 583 əyarlı “Kalso qaşlı”, 2.6 qram çəkidə 583 əyarlı “Üzük, qaşlı əzik” və 3.5 qram çəkidə 583 əyarlı “Qadın üzüyü qaşlı” adlı qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılmalı və əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. Cavabdehlər (borclu) Balalıyeva Sevı̇ nc Alcan qızından və (zamin) Mahmudov Əlı̇ mı̇ rzə Aslan oğlundan müştərək qaydada 1846 manat 55 qəpik əsas borc, 31 manat 86 qəpik faiz borcu və 83 qəpik cərimə borcu olmaqla, cəmi 1879 manat 24 qəpik kredit borcu, 38 manat 80 qəpik dövlət rüsumu və 40 qəpik həcmində bank xərci iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "Viator- Mı̇ krokredı̇ t Azərbaycan" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Balalıyeva Sevı̇ nc Alcan qızına məxsus, girov predmeti olan - 8.0 qram çəkidə 583 əyarlı “Boyunbağı venesiya”, 9.3 qram çəkidə 583 əyarlı “Kalso qaşlı”, 2.6 qram çəkidə 583 əyarlı “Üzük, qaşlı əzik” və 3.5 qram çəkidə 583 əyarlı “Qadın üzüyü qaşlı” adlı qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılsın. Əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-40/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-40/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver