Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-404/2024 23.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X2 xx.xx.1960-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum bacısı X4 11 fevral 1960-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuşdur. Bu barədə 06 mart 1960-cı il tarixində Qəbələ rayon Vəndam icra nümayəndəliyində 31 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Mərhum bacısı 1960-cı ildə 6 aylıq olarkən Qəbələ rayonunun Vəndam qəsəbəsində vəfat etmişdir. Və onu Vəndam qəsəbə qəbirstanlığında dəfn etmişlər. Lakin, müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda vərəsəlik işi üzrə notariata müraciət etmişlər. Lakin, ölüm haqqında şəhadətnamə olmadığına görə, vərəsəlik işində bacısının vərəsə kimi tanınmasına nail ola bilmir. Məhz buna görə də, vəfat faktının müəyyən olunması zərurəti yaranmışdır. Mərhum bacısına ölüm şəhadətnaməsinin alınması məqsədi ilə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin xx.xx.2024-cü ildə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, imtina məktubunda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə, ərizənin təmin edilməsi imkan xaricindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin mərhum bacısının 11 avqust 1960-cı il tarixdə vəfat etməsini, lakin bunu təsdiq edən sübutlarının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, mərhum X4 onun bacısı olmuş və 1960-ci il tarixdə vəfat etmiş, Vəsilə vəfat edən vaxt onun 3-4 yaşı olmuşdur. Vəsilədən başqa digər iki bacısıda 1 yaşına çatmamış vəfat etmişdir. Mərhumu Qəbələ rayon Vəndam qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidi dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2024-cü tarixli 05-Q/1xx-xx/2024 saylı Arayışın surətindən görünür ki, X4 xx.xx.1960-cı il tarixdə Qəbələ rayonu Vəndam kəndində anadan olmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, X3 etibarnamə üzrə nümayəndəsi X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ********** saylı Qəbzin surətindən görünür ki, Ərizəçi xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi bacısı – X4 1960-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmiş və Vəndam qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı, xx.xx.1960-ci il təvəllüdlü X2 1960-ci il avqustun 11-də Qəbələ rayonu Vəndam qəsəbəsində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-404/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-404/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver