Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-410/2024 21.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X1 xx.xx.1977-ci ildə Rusiya Federasiyasının Çita şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qardaşı X5 17 mart 1958-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuşdur. Bu barədə 15 aprel 1958-ci il tarixində Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyində 33 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Mərhum qardaşı xx.xx.1977-ci ildə Rusiya Federasiyasının Çita şəhərində vəfat etmişdir. Və onu Vəndam qəsəbə qəbirstanlığında dəfn etmişlər. Lakin, müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda mərhum qardaşının adına vərəsəlik işinin açılması üçün notariata müraciət etmişlər. Lakin, ölüm haqqında şəhadətnamə olmadığına görə, vərəsəlik işinin açılmasına nail ola bilmir. Məhz buna görə də, vəfat faktının müəyyən olunması zərurəti yaranmışdır. Mərhum qardaşına ölüm şəhadətnaməsinin alınması məqsədi ilə Qəbələ regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin xx.xx.2023-cü ildə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi məlumatlarında X1 ölüm haqqında akt qeydi olmadığından Maraqlı şəxsnə sorğu edilmiş 3-16-5/8-11-1927/2023 saylı məktubla 1974-1980-ci illərə dair arxiv məlumatları yoxlanılmış və akt qeydi aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə ölüm haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin mərhum bacısının xx.xx.1977-ci il tarixdə vəfat etməsini, lakin bunu təsdiq edən sübutlarının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, mərhum X5 onun bacısı olmuş və X5 vəfat etmiş, qardaşı öləndə 22 yaşı olmuşdur. Mərhumu Qəbələ rayon Vəndam qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, mərhum X1 ölümü onun yadındadır və onun dəfnində iştirak etməmişdir. Onun ölümü təxminən may ayında olmuşdur və X10 qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, mərhum X5 vəfat edərkən onun 22 yaşı olmuş və onun dəfni yadındadır. Mərhum Rusiya Federasiyasının Çita şəhərində vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü tarixli 3-16-5/7-K-10xx-xx/2023 saylı Arayışın surətindən görünür ki, X6 17 mart 1958-ci ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşdur. Bu barədə 15 aprel 1958-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyində 33 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X5”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-36/2-662/2024 nömrəli məktubdan göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində saxlanılan arxiv sənədlərinə (əsas 1958-ci il təvəllüdlülərin əlifba-qeydiyyat kitabında səh. 103, sıra 40) əsasən X1 xx.xx.1977-ci il tarixində müddətli həqiqi hərbi xidmətə göndərildiyi və xx.xx.1978-ci il 197 nömrəli məhvetmə aktında X4 aid NZ ******* nömrəli hərbi biletin vəfat etməsinə görə (əsas səh 2, sıra 31) məhv olunduğu qeyd olunmuşdur. İş materiallarında olan X4 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X5 xx.xx.1958-ci il tarixdə doğulmuş və xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qardaşı – xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.1977-ci ildə Rusiya Federasiyasının Çita şəhərində vəfat etmiş və Vəndam qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qardaşı, xx.xx.1958-ci il təvəllüdlü X1 1977-ci il mayın 17-də Rusiya Federasiyasının Çita şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-410/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-410/2024
21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver