Məhkəmə qərarları › İş №e-2(025)-420/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-420/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-420/2025 16.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 10 fevral 1981-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində anadan olmuş X4 09 iyul 1981-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, mərhum qardaşı X9 10 fevral 1981-ci ildə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olmuş və 09 iyul 1981-ci il tarixində Qəbələ rayonu, Böyük Pirəlli kəndində vəfat etmişdir. X4 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X4 09 iyul 1981-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X6 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Böyük Pirəlli kəndində yaşayır. X8 ilə onun birgə nikahından 10 fevral 1981-ci ildə X9 adında uşaqları dünyaya gəlmiş və doğulandan 3 ay sonra ümumi xəstəlikdən vəfat etdiyi üçün Qəbələ rayonu, Böyük Pirəlli kəndində dəfn edilmişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Böyük Pirəlli kəndində yaşayır və mərhum X4 doğma dayısıdır. X9 10 fevral 1981-ci ildə dünyaya gəlmiş və doğulandan 3 ay sonra vəfat etdiyi üçün Qəbələ rayonu, Böyük Pirəlli kəndində dəfn edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-16-5/8-134/2024 nömrəli arayışa əsasən X3 törəmiş xx.xx.1981ci il təvəllüdlü X1 Ulduzə Əzim qızından doğulmuşdur. İşdə olan Qəbələ RİHB-nın Böyük Pirəli kənd İƏD üzrə İN-i tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli 5-59-17/2-92-2025 saylı Arayışda göstərilmişdir ki, Ərizəçi doğma qardaşı X9 10 fevral 1981-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və 09 iyul 1981-ci il tarixdə vəfat etmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-xxxx/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X6 və X3 törəmiş xx.xx.1981-ci il təvəllüdlü X4 09 iyul 1981-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X6 və X3 törəmiş xx.xx.1981-ci il təvəllüdlü X4 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 09 iyul 1981-ci il; öldüyü yer: Qəbələ rayonu, Böyük Pirəlli kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar