Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-449/2025 12.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq Cavabdeh tərəfindən idarə edilən «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 20-00 radələrində Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində törədilən yol nəqliyyat hadisəsi nəticəsində X1 yüngül dərəcəli bədən xəsarətləri yetirdiyini və onun müalicəsindən ötrü 3000,0 manat xərcləndiyini göstərərək həmin vəsaitin əvəzinin və 3000,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 80,0 manat məbləğində dövlət rüsumu tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20-00 radələrində Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində Cavabdeh idarə etdiyi «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə həmin yerdə yolun ehtiyat hissəsi ilə piyada hərəkətdə olan xx.xx.2007-ci il təvəllüdlü X4 vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 yüngül dərəcəli bədən xəsarətləri yetirilmiş və o, Ağdaş MRX-da 25 gün müddətində stasionar şəraitdə müalicə olunmuşdur. X3 müalicəsindən ötrü cəmi 3000,0 manat xərclənmiş və "xxxx" sığorta şirkəti tərəfindən cəmi 742,0 manat ödənilmişdir. Ona görə də, Cavabdeh 2258,0 manat məbləğində sağlamlığa dəymiş zərərin əvəzi və 3000,0 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20- 00 radələrində o, özünə məxsus olan «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşını Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində qaz pedalı nasaz olduğu halda hərəkətə gətirmiş və sürətin anidən artması səbəbindən idarəetməni itirərdiyi üçün yolun sol ehtiyat hissəsinə çıxmışdır. Həmin vaxt dərhal əyləci sıxmasına baxmayaraq avtobobilin ön hissəsi ilə yolun sol ehtiyat hissəsi ilə hərəkətdə olan piyada X4 vurarmuşdur. X2 ayağı əzildiyi üçün maşına qoyub Qəbələ MRX-ə aparmış, müayinə zamanı onun sağ ayağının topuq hissəsində yüngül əzilmə müəyyən edilmiş və zəruri tibbi yardım göstərilmişdir. X5 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına dəymiş zərərə görə "xxxx" sığorta şirkətindən sığorta ödənişi almışdır. Ona görə də, iddia tələbi əsasız hesab edilməlidir. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(025)28/2025 saylı qərarının surətinə əsasən Cavabdeh idarə etdiyi «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Kötüklü- Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində yolun ehtiyat hissəsi ilə piyada hərəkətdə olan xx.xx.2007-ci il təvəllüdlü X4 vuraraq sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20-00 radələrində Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində Cavabdeh idarə etdiyi «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə həmin yerdə yolun ehtiyat hissəsi ilə piyada hərəkətdə olan xx.xx.2007-ci il təvəllüdlü X3 vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh YNH törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində X1 yüngül dərəcəli bədən xəsarətləri yetirilmiş və sağlamlığa dəymiş zərərə görə ona "xxxx" ASC tərəfindən 742,0 manat sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində Cavabdeh idarə etdiyi «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə həmin yerdə yolun ehtiyat hissəsi ilə piyada hərəkətdə olan xx.xx.2007-ci il təvəllüdlü X3 vurulması nəticəsində sağlamlığına dəymiş maddi zərər 5000,0 manatdan artıq olmamış və cəmi 742,0 manat məbləğində müəyyən edilərək "xxxx" ASC tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” AR Qanunun 56.1.1-ci maddəsinə əsasən 5000,0 manat həddində sağlamlığa dəymiş zərərin əvəzi sığortaçı tərəfindən ödənilməli olduğundan İddiaçı həmin məbləğ həddində sığortalı Cavabdeh tələb hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-449/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-449/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver