Məhkəmə qərarları › İş №e-2(025)-509/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-509/2025

26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-509/2025 26.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 17 may 1937-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş X2 11 dekabr 2024-cü il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, atası X3 17 may 1937-ci ildə Qəbələ rayonu Laza kəndində anadan olmuş və 11 dekabr 2024-cü il tarixində Qəbələ şəhərində vəfat etmişdir. X2 ölüm akt qeydi icra olunmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, 17 may 1937-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş X2 11 dekabr 2024-cü il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AR X1 surətinə əsasən X3 xx.xx.1937-ci il tarixdə Qəbələ rayonu Laza kəndində anadan olmuşdur. İşdə olan Qəbələ RİHB-nın Qəbələ şəhər İ.Ə.D üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli 5-xx-xx/22279/2024 saylı Arayışda göstərilmişdir ki, Ərizəçi atası xx.xx.1937ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində Qəbələ şəhərində vəfat etmiş və xx.xx.2024-cü il tarixində Qəbələ şəhərində dəfn olunmuşdur. İşdə olan Qəbələ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 51 nömrəli Arayışda göstərilmişdir ki, X3 11 dekabr 2024-cü il tarixdə vəfat etmiş və Laza kənd sakinləri X4, X5, X8, X6 və başqalarının iştirakı ilə Qəbələ şəhər qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 105/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X2 11 dekabr 2024-cü il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1937-ci il təvəllüdlü X2 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 11 dekabr 2024-cü il; öldüyü yer: Qəbələ şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar