Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-657/2025 13.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 05 mart 1995-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X3 10 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X9 05 mart 1995-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş və 10 sentyabr 1995-ci il tarixində Qəbələ rayonu, Hacallı kəndində vəfat etmişdir. X3 ölüm akt qeydi icra olunmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, 05 mart 1995-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X3 10 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Hacallı kəndində yaşayır. X9 onun qaynının qızıdır. Günel Bayramlı xx.xx.1995-ci il tarixdə anadan olmuş və mikrobla doğulduğuna görə xx.xx.1995-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfində verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X9 xx.xx.1995-ci il tarixdə anadan olmuş və bu barədə 17041995 nömrəli kitabın 33-cu səhifəsində qeydiyyat aparılaraq atası: X1; anası: X8 qeyd edilmişdir. İşdə olan AZ-İİ 227265 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən Ərizəçi ilə X4 nikahı xx.xx.1992-ci il tarixdə 27 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-576 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Qəbələ rayon Hacallı kənd İƏN tərəfindən xx.xx.1995-ci il tarixli 33 nömrəli doğum akt qeydi tərtib edilmiş X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon Hacallı kənd İƏN tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli Akta əsasən X1 və X2 törəmiş 05 mart 1995-ci il təvəllüdlü X3 10 sentyabr 1995-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etməsi kənd sakinləri, X12, X6, X10, X11 və X5 tərəfindən təsdiq olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X1 və X2 törəmiş xx.xx.1995-ci il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 və X2 törəmiş xx.xx.1995-ci il təvəllüdlü X3 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 10 sentyabr 1995-ci il; öldüyü yer: Qəbələ rayonu, Hacallı kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-657/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-657/2025
13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver