Məhkəmə qərarları › İş №e-2(025)-776/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-776/2024

01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-776/2024 01.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1979-cu il oktyabrın 15-də Qəbələ rayonunda doğulmuş mərhum oğlu X3 1980-ci il iyul ayının 10-da Qəbələ rayonu Bunud kəndində ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1954-cü ildə Qəbələ rayonu Bunud kəndində anadan olmuşdur. Hal-hazırda da Qəbələ rayonu Bunud kəndində yaşayır. xx.xx.1977-ci il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Məhaba Həşimova ilə birgə nikahlarından 4 övladları doğulmuşdur. X1 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. (doğum şəhadətnaməsinin təsdiqlənmiş surəti iddia ərizəsinə əlavə edilir). Lakin oğlu X7 doğumundan 9 ay sonra, xx.xx.1980-ci ildə xəstəlikdən vəfat etmişdir. O, Qəbələ rayonu, Həzrə kənd qəbirstanlığında dəfn edilmişdir. X14 9 aylıq olarkən vəfat etdiyindən ona qəbir daşı qoyulsa da, qəbir daşında ölüm tarixi qeyd edilməmişdir. (qəbr daşlarının şəkilləri iddia ərizəsinə əlavə edilir). Bu yaxınlarda vərəsəliklə bağlı notariat orqanına müraciət edərkən, oğlu X3 ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum oğlu X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X8 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı uşağı Abdula adlı uşağı sudurqadan 10 iyul 1980-ci il tarixdə vəfat etmiş və Həzrə kənd qəbristanlığında dəfn edilmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin uşağı Abdulla “sudurqa” xəstəliklə əlaqədar vəfat etmiş və Həzrə kənd qəbirstanlığında dəfn edilmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, Vİ-ЖГ seriyalı, 293023 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 15 oktyabr 1979-cu ildə doğulmuş, bu barədə 1979-cu ilin noyabr ayının 14-də 172 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 3- 165/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X7”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi oğlu - X7 1980-ci il iyul ayının 10-da Qəbələ rayonu, Bunud kəndində vəfat etmiş və Həzrə kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu, xx.xx.1979-cu il təvəllüdlü X3 1980-ci il iyul ayının 10-da Qəbələ rayonu Bunud kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar