Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-802/2025 24.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuş X3 xx.xx.1980-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə Bum qəsəbə sakini X9 ilə rəsni nikah qeydiyyatdan keçərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1979-cu il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Uşaq 9 ay yaşamış, ümumi xəstəlikdən xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Mərhumun cənazəsi Qəbələ rayonu Zərgərli kənd qəbirstanlığında dəfn edilmişdir. X1 doğumu qeydə alınsa da, ölümü qeydə alınmamışdır. Ölüm qeydə alınmadığından ölüm haqqında şəhadətnamə tərtib olunmamışdır. Hazırda ailə üzvülərinin təsərrüfatından ölümə görə çıxarılmamış və bu səbəbdən miras əmlak bölgüsündə rəsmiləşdirilmə aparılması mümkün olmamışdır. Olüm şəhadətnaməsi almaq üçün xx.xx.2024cü il tarixdə Maraqlı şəxsnə müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8-216/2024 saylı cavab məktubunda göstərilmişdir ki, araşdırma zamanı "Vətəndaşlıq vəziyyəti aktları" nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında "X6"nun adına ölüm haqqında akt qeydi açkar edilməmişdir. Həmin cavab məktubunda məhkəməyə müraciət etməyitövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. X11 isə onun qardaşı uşağı olmuşdur. Tərlan doğulandan bir az sonra xəstələnmiş və daha sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçi onun qardaşının yoldaşıdır. Qardaşı oğlu Tərlan Mərdanovun ölümü yadındadır. Uşaq xəstələnmiş və həkimə aparmışlar, lakin nəticəsi olmamışdır. Tərlanı Zərgərli qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. X11 ölən zaman balaca olsa da, onun ölümü yadındadır. Uşaq xəstə olmuş, onlar təsərrüfatla məşğul olmuşlar və ərazidən qayıdanda uşağın ölməsini bilmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 3- 16-5/8-259/2024 nömrəli “Doğum haqqında” arayışın surətindən görünür ki, X6 21 iyun 1979cu ildə doğulmuş, bu barədə 1979-cu ilin avqust ayının 08-də 67 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Qəbələ rayon Bum qəsəbə İƏN-yi tərəfindən verilmiş 02 avqust 2013-cü il tarixdə verdiyi AZ-İ seriyalı, 619868 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X9 31 iyul 2013-cü il tarixdə «apoploktik-koma» xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 3- 16-5/8-216/2024 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X6”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla Qəbələ rayonu Bum qəsəbəsində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 1980-ci il mart ayının 07-də Qəbələ rayonu Zərgərli kəndində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi oğlu - X6 1980-ci il mart ayının 07-də Qəbələ rayonu Zərgərli kəndində vəfat etmiş və Qəbələ rayonu Zərgərli kəndində yerləşən qəbirsanlığda dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X3 1980-ci il mart ayının 07-də Qəbələ rayonu Zərgərli kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-802/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-802/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver