Məhkəmə qərarları › İş №e-2(025)-888/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-888/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-888/2024 15.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X2 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, onun ,bacısı X5 xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş və 14 noyabr 2004-cü il tarixində Gəncə şəhərində vəfat etmişdir. X2 ölüm akt qeydi aparılmadığından ondan miras qalmış torpaq sahəsi ilə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X2 14 noyabr 2004-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan 15 may 2024-cü il tarixli 3-16-5/8-135/2024 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 Əlifşah Şiralı oğlundan törəmiş, X7 doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-136/2024 nömrəli arayışa əsasən X8 və X3 nikahı 03 oktyabr 1996-cı il tarixdə 30 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 5-59-23/2-412-2024 saylı arayışda göstərilmişdir ki, X5 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində vəfat etmiş və xx.xx.2004-cü ildə Qəbələ rayonu, Zarağan kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-102/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 14 noyabr 2004-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun 18 fevral 1971-ci il təvəllüdlü X2 ölümünün qeyd olunması faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 14 noyabr 2004-cü il; öldüyü yer: Gəncə şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar