Məhkəmə qərarları › İş №e-2(025)-890/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-890/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-890/2024 17.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-nin nümayəndəsi X3 və Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-nin cavabdehlər, Cavabdeh2 MMC-yə, Cavabdeh3nə və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC cavabdehlər, Cavabdeh2 MMC-yə, Cavabdeh3nə və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikilməsi məqsədilə Cavabdeh2MMC-yə 21,83 ha torpaq sahəsi satılması haqqında Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı və eyni ölçüdə torpaq sahəsinin satılması haqqında Cavabdeh3 ilə Cavabdeh2MMC arasında bağlanmış xx.xx.2006-cı alqı-satqı müqaviləsinin İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə məxsus olan 7,0 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh2 MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilərək ərazinin qanunsuz sahiblikdən azad edilib İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-nin nümayəndəsi X3 göstərmişdir ki, Cavabdeh3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil olan kənd təsərrüfatına yararsız 0,07 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixli alqı-satqı aktı ilə İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə 540.000,0 manata satılmış və cəmiyyətin həmin torpaq sahəsi üzərində hüquqları JN 4325 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə qeyd olunan plan və koordinatlar üzrə Dövlət qeydiyyatına alınmışdır. JN 4325 nömrəli planda yeri və ölçüləri göstərilən “Durça” yaşayış massivində yerləşən İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə məxsus olan həmin 7,0 ha torpaq sahəsi Cavabdeh3 xx.xx.2006cı il tarixli 07 saylı qərarı ilə Cavabdeh2MMC-yə satılmaqdan ötrü ayrılan 21,83 ha torpaq sahəsinin ərazi hüdudlarına daxil edilmiş və xx.xx.2006-cı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2MMC-yə satılmışdır. Ona görə də, Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikilməsi məqsədilə Cavabdeh2MMC-yə 21,83 ha torpaq sahəsi satılması haqqında Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı və eyni ölçüdə torpaq sahəsinin satılması haqqında Cavabdeh3 ilə Cavabdeh2MMC arasında bağlanmış xx.xx.2006-cı alqı-satqı müqaviləsinin İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə məxsus olan 7,0 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh2 MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilərək ərazinin qanunsuz sahiblikdən azad edilib İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-yə qaytarılması haqqında iddia qaldırılmışdır. Cavabdeh3 nümayəndəsi X2 göstərmişdir ki, Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikilməsi məqsədilə Cavabdeh2MMCyə 21,83 ha torpaq sahəsi satılmış və cəmiyyətlə xx.xx.2006-cı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC Cavabdeh2 MMC-yə və Cavabdeh3nə qarşı həmin ərazidə yerləşən 7,0 ha torpaq sahəsi ilə bağlı iddiası əsassızdır. İşdə olan JN 4325 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri və koordinatları göstərilən 3,93 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi Cavabdeh3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə 50 il müddətinə “Arzu” firmasının müvəqqəti istifadəsinə verilmişdir. İşdə olan Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil olan 21,83 ha torpaq sahəsinin istirahət zonası tikilməkdən ötrü Cavabdeh2MMC-yə satılması qərara alınmışdır. İşdə olan xx.xx.2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın surətinə əsasən Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı Soltannuxa bələdiyyəsi ərazisində yerləşən 21,83 ha torpaq sahəsi 67.657,73 manata Cavabdeh2 MMC-nin mülkiyyətinə satılmışdır. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 23-cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC cavabdehlər, Cavabdeh2 MMC-yə və Cavabdeh3nə qarşı torpaq sahəsi ilə bağlı tələbləri tərəflərin (İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC, Cavabdeh2 MMC və Cavabdeh3) hər birinin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır və mübahisə predmeti əşya-hüquq münasibətlərdən irəli gələn məsələlərə aid olduğundan mahiyyət etibarı ilə iqtizadi məzmunludur. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə edilir. Məhkəmə hesab edir ki, İddiaçıtikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-nin cavabdehlər, Cavabdeh2 MMC-yə, Cavabdeh3nə və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddiasına dair iş ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264,266,267və268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti MMC-nin cavabdehlər, Cavabdeh2 MMC-yə, Cavabdeh3nə və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddiasına dair iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kasasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar