Məhkəmə qərarları › İş №e-2(025)-965/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-965/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-965/2024 04.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib qardaşı X3 xx.xx.2002-ci il tarixdə Rusiya Federativ Respublikasının İrkutsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, onun qardaşı X7 15 sentyabr 1974-cü ildə Qutqaşen rayonu, Nohurqışlaq kəndində anadan olmuş və 05 may 2002-ci il tarixində Rusiya Federativ Respublikasının İrkutsk şəhərində vəfat etmişdir. X3 ölüm akt qeydi aparılmadığından miras qalmış torpaq sahəsi ilə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X3 05 may 2002-ci il tarixdə Rusiya Federativ Respublikasının İrkutsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Н-ЖГ 481405 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X4 törəmiş xx.xx.1974-cü il təvəllüdlü X1 Humay Qiyas qızından törəmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Nohurqışlaq kənd İƏN-yi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-59-40/2-647-2023 saylı arayışda göstərilmişdir ki, 15 sentyabr 1974-cü il təvəllüdlü X2 Federasiyasında vəfat etmiş və 08 may 2002-ci il tarixində Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilmişdir. İşdə olan AZ-İİ 391371 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X10 xx.xx.1996-cı ildə ölmüşdür. İşdə olan AZ-İ 833175 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X11 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15/M-248/2023 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 15 sentyabr 1974-cü il təvəllüdlü X3 05 may 2002-ci il tarixdə Rusiya Federativ Respublikasının İrkutsk şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun 15 sentyabr 1974-cü il təvəllüdlü X3 ölümünün qeyd olunması faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 05 may 2002-ci il; öldüyü yer: Rusiya Federativ Respublikasının İrkutsk şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar