Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-989/2025 21.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(040)-490/2021 nömrəli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında bağlanmış 09 mart 2020-ci il tarixli nikah qeydi ləğv edilmiş, birgə nikahdan olan uşaqları 29 oktyabr 2020-ci il təvəllüdlü X5 onun yanında saxlanılmış və cavabdeh Maraqlı şəxs X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pulməbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. O, Ərizəçi nikahları pozulduqdan sonra Maraqlı şəxs ilə barışmış və yenidən birlikdə yaşamışlar. Qeyri-rəsmi evlilikdən 2-ci övladları 23 fevral 2024-cü il təvəllüdlü X8olmuş və uşaq onun himayəsindədir. Həmçinin, 11 mart 2024-cü il tarixli Qəbələ regional“ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 12№-li qeydinə əsasən Maraqlı şəxs 23 fevral 2024-cü il təvəllüdlü X4 atası hesab edilmiş və bu barədə Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə verilmişdir. Hal-hazırda o, cavabdeh şəxsdən ayrıuşaqları ilə birlikdə yaşayır. Uşaqların saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı vardır. Onun təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, o, heç bir yerdə işləmir, azyaşlı uşaqlarına baxır. Maraqlı şəxs isə rəsmi olaraq işləməsədə, fərdi işlərlə məşğul olaraq kifayət qədər qazanc əldə edir, lakin 2-ci uşağın saxlanılmasına köməklik göstərmir. Ona görə də aliment tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Qəbələ 1 saylı Mediasiya Təşkilatında 28 iyun 2024-cü il tarixində Maraqlı şəxs ilə aralarında razılaşma əldə olunmuşdur. Razılaşmaya əsasən Maraqlı şəxs 23 fevral 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 may 2025-ci il tarixindən etibarən hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.30%(120 manat) misli həcmində sabit pul məbləğində aliment ödəməyi öhdəsinə almış və xx.xx.2025-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişi mediator X1 tərəfindən xx.xx.2025-ci il tarixində MŞQ/MT035-2025-232 nömrə ilə qeydiyyata alınmışdır. Hal-hazırda alimentin ödənilməsi öhdəliyi barədə Barışıq Sazişinin imzalanmasına baxmayaraq qarşı tərəfdən icra olunmamış və sazişdə alimentin könüllü icra edilməsi razılaşması qeyd olunduğuna görə, barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçiərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəçi ilə nikahları pozulandan sonra böyüklərinin razılığı yenidən birgə yaşasalar da, nikaha daxil olmamışlar. Onların qeyri-rəsmi nikahlarından 23 fevral 2024-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuş və uşağa atalıq vermişdir. Uşağa aliment verilməsi ilə bağlı barışıq sazişi bağlamışlar. Lakin rəsmi iş yeri olmadığından alimenti ödəməkdə çətinlik çəkmiş və bu səbəbdən alimenti ödəməmişdir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İV seriyalı, 943882 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8xx.xx.2024-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 180 № ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli, AZ-İ seriyalı, 448936 №-li “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 23 fevral 2024-cü ildə Ərizəçi doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2024-cü ilin mart ayının 11-də 12 № ilə qeyd edilmişdir. İş materiallarında olan 01aprel 2022-ci il tarixli, AZ-İ seriyalı, 408450 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikahın pozulması 01aprel 2022-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 23 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Xanlarova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 22aprel2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar:
1. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs 23 fevral 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 may 2025-ci il tarixdən etibarən 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,30 (120 manat) misli həcmində sabit pul məbləğində aliment ödəməyi öhdəsinə alır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında “aliment tələbi” barədə barışıq sazişi imzalanmışdır. Saziş əsasında tərəflər qeyri-rəsmi nikahlarından doğulmuş 23 fevral 2024-cü il təvəllüdlü X6 alimentin verilməsi barədə razılığa gəlmişlər. Lakin barışıq sazişi imzalandığı andan 10 gün ərzində saziş müəyyən səbəblərdən icra edilmədiyindən Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilmsə də, məhkəməyə zamanı barışıq sazişinin təsdiqi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Onun təsdiq olunmasından imtina olunması üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 22aprel 2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Odur ki, Ərizəçi Maraqlı şəxscəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. Maraqlı şəxs 23 fevral 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 may 2025-ci il tarixdən etibarən 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,30 (120 manat) misli həcmində sabit pul məbləğində aliment ödəməyi öhdəsinə alır. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Abbas Əliyev