Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-384/2023 09.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, X48, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X40, Qobustan rayonu, Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 iştirakı ilə iddiaçılar İddiaçı1, X48 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh4,Cavabdeh3 ASC-yə və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X48 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh3 ASC-yə və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, X48, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək əlavə cavabdehlərin cəlb edilməsinə dair vəsatətdən imtina etdiklərini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən X10 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsinin, JİN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsinin, JV192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 183514.62 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 ASC-və satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, ls-924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2007ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli çıxarışlar ləğv edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh X6 əsl cavabdeh Qobustan rayon notariat ofisi ilə əvəz edilməsini xahiş etmiş, T.S. Seyidov məhkəmənin qərarı ilə cavabdeh qismindən çıxarılaraq Qobustan rayon notariat ofisi cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X48 və X5 nümayəndəsi və vəkili Vəkil izahat verərək 1996-cı ildə respublikada keçirilən aqrar istlahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107.44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 214103.58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X28 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514.62 kvadrat metr torpaq sahələri verilmişdir. İddiaçılar həmin torpaq sahələrindən 2006-cı ilə qədər istifadə etmiş, orada əkin işləri aparmışlar. 2007-ci ilin sentyabr ayında Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 onlarla danışaraq, həmin torpaq sahələrini 10 illik müqavilə əsasında icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçılar Cavabdeh4 əvvəlcədən tanıyıb etibar etdikləri üçün onunla razılaşmış və torpaq sahələri ilə bağlı dövlət aktlarını icarə müqaviləsi bağlanması üçün ona vermişlər. Razılaşmalarına əsasən torpaq sahələrinin icarəsinə görə Cavabdeh4 İddiaçı1 1500 manat, İddiaçı2 6200 manat, İddiaçı3 isə 5400 manat məbləğində pul ödəməli idi. Cavabdeh4 həmin pulları İddiaçı2 götürmüşdür. Həmin vaxtdan sonra iddiaçılar öz torpaq sahələri ilə maraqlanmamışlar. Çünki torpaq sahələrinin icarə müqaviləsi əsasında Cavabdeh4 istifadəsində olduğunu zənn etmişlər. 2017-ci ilin sentyabr ayında 10 illik icarə müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh4 müraciət edərək, artıq torpaq sahələrindən özləri istifadə etmək istədiklərini bildirmişlər. Lakin Cavabdeh4 onlara tələsməmələrini və müqavilənin müddətinin uzadılması ehtimalı olduğunu bildirmişdir. İddiaçılar Bakı şəhərində yaşadıqları üçün torpaq sahələri ilə maraqlana bilməmişlər. 2021-ci ilin təxminən oktyabr ayında iddiaçılara məxsus torpaq sahələrinin guya İddiaçı2 Cavabdeh4 verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ASC-yə satıldığını öyrənmişlər. Halbuki iddiaçılar heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi kimi X41 iştirak etmişdir. Bu məsələ ilə əlaqədar Cavabdeh4 müraciət etdikdə o, torpaq sahələrinin İddiaçı2 ona verdiyi etibarnamə əsasında satıldığını bildirmişdir. Lakin iddiaçılarla Cavabdeh4 arasında icarə və sair müqavilələr bağlanmamışdır. Cavabdeh4 iddiaçıları aldadaraq torpaq sahələrini saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satmışdır. 2021-ci ilin oktyabr ayında iddiaçılar özlərinə məxsus olan torpaq sahələrinin özləri tərəfindən imzalanmamış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satıldığını bildikdən sonra ərizə ilə Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər. İddiaçıların ərizəsi əsasında Qobustan Rayon Prokurorluğunda araşdırma aparılmış və 11 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Qobustan rayon prokuroru tərəfindən nəzarət qaydasında 07 fevral 2023-cü il tarixdə ləğv edilmişdir. Əlavə araşdırma aparıldıqdan sonra Qobustan rayon prokurorluğu tərəfindən 17 fevral 2023-cü il tarixdə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edlmişdir. Həmin qərara əsasən əlavə araşdırma aparılması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh5 sabiq notariusu X29 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqı-satqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Cavabdeh5 etibarnaməsinə əsasən İddiaçı1, İddiaçı2 və X19 adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Cavabdeh5 rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndiərazisində yerləşən İddiaçı1 məxsus 61107.44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsi 32100 manata, X28 məxsus 183514.62 metr torpaq sahəsi 28500 manata Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X2. Qərara əsasən göstərilən hərəkətləri törətdiyinə görə Cavabdeh5 sabiq notariusu X6 əməlində Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün T.S.Seyidovun ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və X49 tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin alqısatqısına dair Cavabdeh2 sədri Cavabdeh4 heç bir etibarnamə verilmədiyi, mövcud olmayan etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı1 məxsus 61107.44 kvadrat metr torpaq sahəsinin 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsinin 32100 manata, X28 məxsus 183514.62 metr torpaq sahəsinin 28500 manata Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X3 və nəticədə İddiaçı1, İddiaçı2 və X19 qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu müəyyən edilir. Başqa sözlə 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini doğuran şərtlərin mövcudluğu bu günkü gündə qanuni qüvvəsini almış qərarla müəyyən edilmişdir. Qeyd edilən əqdin etibarsızlığı şərtləri isə Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından sonra iddiaçılara məlum olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən X30, İddiaçı2 və X19 cavabdehlər "Biaqro” ASC və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş vardır. Əlavə cavabdehlərin cəlb edilməsinə dair vəsatətdən imtina etdiklərini və Dövlət Torpaq və Xəritəçəknə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən X10 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsinin, JİN:191 saylı dövlət kiməsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsinin, JV192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 183514.62 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 ASC-və satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, 924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli,seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli çıxarışların ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahatına oxşar izahat verərək göstərdi ki, qardaşları X48 və X7 və onların ailə üzvlərinə respublikada keçirilən aqrar istlahat nəticəsndə 1996-cı ildə Aqrar İslahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 193 saylı dövlət aktına əsasən ona və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107.44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 214103.58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X28 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514.62 kvadrat metr torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrini 2006-cı ilə qədər istifadə etmiş, orada əkin işləri aparmışlar. 2007-ci ilin sentyabr ayında Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 onlarla danışaraq, həmin torpaq sahələrini 10 illik müqavilə əsasında icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçılar Cavabdeh4 əvvəlcədən tanıyıb etibar etdikləri üçün onunla razılaşmış və torpaq sahələri ilə bağlı dövlət aktlarını icarə müqaviləsi bağlanması üçün ona vermişlər. Razılaşmalarına əsasən torpaq sahələrinin icarəsinə görə Cavabdeh4 ona 1500 manat, İddiaçı2 6200 manat, İddiaçı3 isə 5400 manat məbləğində pul ödəməli idi. Həmin vaxtdan sonra torpaq sahəsinin icarə müqaviləsi əsasında Cavabdeh4 istifadəsində olduğuna görə öz torpaq sahələri ilə maraqlanmamışlar. 2017-ci ilin sentyabr ayında 10 illik icarə müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh4 müraciət edərək, artıq torpaq sahələrindən özləri istifadə etmək istədiklərini bildirmişlər. Lakin Cavabdeh4 onlara tələsməmələrini və müqavilənin müddətinin uzadılması ehtimalı olduğunu bildirmişdir. Bakı şəhərində yaşadıqları üçün torpaq sahələri ilə rahat maraqlana bilməmişlər. 2021-ci ilin təxminən oktyabr ayında torpaq sahələrinin guya İddiaçı2 Cavabdeh4 verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqımüqaviləsi ilə Cavabdeh3 ASC-yə satıldığını öyrənmişlər. Halbuki, iddiaçılar heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər. Bu məsələ ilə əlaqədar Cavabdeh4 müraciət etdikdə o, torpaq sahələrinin İddiaçı2 ona verdiyi etibarnamə əsasında satıldığını bildirmişdir. Lakin Cavabdeh4lə aralarında icarə və sair müqavilələr bağlanmamışdır. Cavabdeh4 onları aldadaraq torpaq sahələrini saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satmışdır. Bu barədə Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər. Qobustan Rayon Prokurorluğunda araşdırma aparılmış və 11 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Qobustan rayon prokuroru tərəfindən nəzarət qaydasında 07 fevral 2023-cü il tarixdə ləğv edilmişdir. Əlavə araşdırma aparıldıqdan sonra Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuledlmişdir. Həmin qərara əsasən əlavə araşdırma aparılması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh5 sabiq notariusu X29 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqı-satqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli, 924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Cavabdeh5 etibarnaməsinə əsasən onların adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Cavabdeh5 rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli, 924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndiərazisində yerləşən ona məxsus 61107.44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsi 32100 manata, X28 məxsus 183514.62 metr torpaq sahəsi 28500 manata Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X4 və nəticədə onların qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən ona və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsinin, JN-191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsinin, JN:192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 183514.62 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 ASC-yə satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, 924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlar ləğv edilməsi və həmin çıxarışlar əsasında bağlanmış, sözügedən torpaq sahələrinə hüquqları təsbit edən digər müqavilələrin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsi, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsi və JN:192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşənn sahəsi 183514.62 kvadrat metr torpaq olan torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X48 və X11 İddiaçı1 izahatına oxşar izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Qobustan rayon Xilmilli bələdiyyəsinin sədri Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1, X48, X21 mülkiyyətlərində olan pay torpaq sahələrini satmaq istədikləri üçün ona verdikləri etibarnamə əsasən 1996-cı ildə Aqrar İslahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107.44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 214103.58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514.62 kvadrat metr torpaq sahələrini 07 oktyabr 2007-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ASC-yə satmışdır. Torpaqların satılmasından əldə olunmuş vəsait iddiaçıların özlərinə verilmişdir. Torpaq alqı-satqısı aparıldığı vaxt Xilmilli kəndində əkin torpaqlarının bir hektarı 300-400 manata satılırdı. Hazırda isə Xilmilli kəndində yerindən asılı olaraq bir hektar əkinə yararlı torpaq 3000 manata və daha baha qiymətə satılır. Bu səbəbdən də iddiaçılar torpağı satmalarını inkar edir, alqı-satqıdan guya xəbərsiz olduqları, alqı-satqı edildiyindən rayon prokurorluğunda aparılan araşdırmadan sonra məlumatları olmasını, əkin sahələrini guya ona on il müddətinə icarəyə verdikləri barədə həqiqətə əsla uyğun olmayan izahat verirlər. İddiaçıların torpaqlarının alqı-satqısı zamanı eyni müqavilə ilə 10-dan yuxarı kənd sakinlərinin də pay torpaqları alınıb-satılmışdır. Lakin digər şəxslərin torpaqlarının satılması ilə əlaqədar heç bir irad və etirazlar olmayıb və yoxdur. Əgər onunla Rəsulovlar arasında icarə müqaviləsi var idisə, icarə müqaviləsini torpağın mülkiyyətə verilməsinə dair Dövlt aktının əslini təqdim etsinlər. Dövlət aktlarının əsli alqı-satqı zamanı notariat kontoruna təhvil verilir. İcarə zamanı isə mülkiyyətçidə qalır. Aralarında heç bir icarə müqaviləsi olmayıb. O, qardaşlardan onlara məxsus 46-47 ha torpağı on il müddətinə icarəyə götürmüş olsaydı, dövlət tərəfindən verilən yanacaq, gübrə və sair üçün verilən təxminən 9000-9500 manat subsidiyaları ala bilmək üçün notariusda təsdiq olunmuş icarə müqaviləsi bağlayıb, reyestr xidmətində qeydə aldırardı. Torpaqları ilə əlaqədar icarə deyil, alqı-satqı əməliyyatı keçirildiyindən torpağa dair onlara verilmiş Dövlət Aktları da onlarda yoxdur və ola da bilməz. Çünki alqı-satqı zamanı alıcıya Dövlət aktları verilmişdir. Onların torpaqlarının alqı-satqısı ilə əlaqədar tərtib olunan müqavilələrin düzgün tərtib olunubolunmamasının ona aidiyyatı yoxdur, bu məsələ sırf notariusa aid olan məsələdir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümyəndəsi X76 izahatında dövlət reyestr xidmtində hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışların qanunla müəyyən olunmuş əsaslar olduğu halda verildiyini, alqı-satqı zamanı isə notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi və digər zəruri sənədlər əsasında əsasında mülkiyyətə dair çıxarış verildiyini, iddiaçılar İddiaçı1, X48 və İddiaçı2 onlara və ailə üzvlərinə verilmiş Qobustan rayonu Xilmilli kəndi ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh3 ASC-yə satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, 1s- 924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi və həmin çıxarışlar əsasında bağlanmış, sözügedən torpaq sahələrinə hüquqları təsbit edən digər müqavilələrin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsi, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsi və JN:192 saylı dövlət aktına əsasən X28 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşənn sahəsi 183514.62 kvadrat metr torpaq olan torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılmasını tələb etdikləri torpaq sahəsinin Cavabdeh3 ASC tərəfindən başqa şəxsə satıldığını göstərərək müqavilə ləğv edildiyini halda həmin şəxsin hüquqularının pozulmasına səbəb olacağını göstərdi. Qobustan rayon notariat ofisinin notariusu X42 məhkəmə iclasında göstərmişdir ki, iddiaçıların torpaqlarının alınmasına dair Cavabdeh3 ASC ilə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işləri Qobustan rayon notariat bürosunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat idarəsində tapılmamışdır. Alqı-satqı müqavilısinin düzgün tərtib edilib-edilməməsindən məlumatlı deyildir. Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə notariat ofisinin və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və onların nümayəndələrinin, cavabdehlər Qobustan rayon Xilmilli bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümyəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi idarəsinin İddiaçı3 19 yanvar 2022-ci il tarixdə ünvanladığı **********59 saylı məktubda JN- 192 nömrəli dövlət aktına dublikat sənədinin işlənməsinə köməklik göstərilməsi barədə ərazi idarəsinə daxil olmuş ərizəsinə cavab olaraq göstərilir ki, JN-192 nömrəli dövlət aktına əsasən ailəsinin ümumbirgə mülkiyyətində olmuş 183514,62 kv.metr torpaq sahələri Cavabdeh5 07 oktyabr 2007-ci il tarixdə bağlanmış 1s-924 saylı alqı-satqı müqaviləsinə əsasən başqa şəxsə özgəninkiləşdirilmişdir. Torpaq sahələri mübahisəli olduğu üçün mülkiyyət sənədinin dublikatının işlənməsi mümkün olmamışdır. Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon notariat kontorunda 02 noyabr 2007-ci il tarixli 1ş-924 reyestr nömrə ilə qeydiyyata alınmış 07 oktyabr 2007-ci il tarixli Torpağın alqı-satqı müqaviləsindən görünür ki, Qobustan rayon, Xilmilli kəndində yaşayan Mırzəyev Namİq Bəybala oğlu Qobustan rayon, DNK-nun etibarnaməsinə əsasən X77, X43, X44, X45, X50, X31, X32, İddiaçı1 Mirəsul oğlu, X22, İddiaçı3 Mirəsul oğlu, X67 adından səlahiyyətli şəxs kimi və Bakı şəhəri, S.Məmmədov küçəsi,ev 6, mənzil 42-də-"yaşayan X41, Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təmsilçisi, ikinci alıcı Şamaxı şəhəri, Əlizadə küçəsi,ev 72 Ada yaşayan X33 və X77 DTXK-nin JN:310-dövlət aktına əsasən Qobustan rayon, Xilmilli kəndində yerləşən 148563.54 kv.m. torpaq sahəsini 22500 manata Cavabdeh3 ASC-yə, X43, DTXK-nun JN:194-sayl» Dövlət aktına əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 198085,92 kv.m. torpaq sahəsini 30000 manata Cavabdeh3 ASC-yə, X34 DTXKnm JN; 605-saylı dövlət aktına əsasən Qobusıan rayon Xilmilli kəndində yerləş 63363.11 kv.m. torpaq sahəsini 9500 manataCavabdeh3 ASC-yə, X45, DTXK-nin JN:374-saytı Dövlət aktına əsasən Qobustan rayon, Xilmilli kəndində yerləşən 99040.38 kv.m. torpaq sahəsini 15000 manata Cavabdeh3 ASC-yə, X51, X23, X68, X69, X78, X70, X79, DƏDRX-nin seriya MH ******* saylı çıxarışa əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 12 ha torpaq sahəsini 18000 manata Cavabdeh3 ASC-yə, X35, DTXK-nin JN;158-saylı Dovlət aktına əsasən Qobusıan rayonu, Xilmilli kəndində yerləşən 49521,34 kv.m.torpaq sahəsini 7500 manata Cavabdeh3 ASC-yə, 17468,45 kv.m, rorpaq sahəsin isə 1500 manata X12, X36, X37, X13, X52, X14, X53, X15, X16, X24, X54, X25 DƏDRXnın seriya AH №-004730-saylı çıxarışa əsasən Qobustan rayon Xümilli kəndində yerləşən 15750458 ha torpaq - sahəsini 23625 manata Cavabdeh3 ASC-yə, .X32, X37, X26, X55, X17, X53, X38, X18, X24, X56, X25 DƏDRX-nin seriya MH №-004725-saylı çıxarışa əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 74470591 ha torpaq sahəsini 11250 manata Cavabdeh3 ASC-yə, İddiaçı1 Mirəsul oğlu DTXK-nin JN:193-saylı Dövlət aktına əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 61107,44 kv.m. torpaq sahəsini 9180 manata Cavabdeh3 ASC-yə, RəsulovMirastun Mirəsul oğlu DTXK-nin JN:191-saylı Dövlət aktına əsasən Qobusran rayon, Xilmilli kəndində yeriəşən 214103.58 kv.m torpaq sahəsini 32100 manata Cavabdeh3 ASC-yə, X47 DTXK-nin JN;258-saylı Dövlət aktına əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 6 ha torpaq sahəsini 9000 manata Cavabdeh3 ASC-yə, X57 DTXK-nin JN:192-saylı Dövlət aktina əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 183514.62 kv.m.torpaq sahəsini 28500 manata Cavabdeh3 ASC-yə, X96 DTXK-nin JN:413 saylı qövlət aktına əsasən Qobustan rayon Xilmilli kəndində yerləşən 123804.23 kv.m, torpaq sahəsini 18500 manata Cavabdeh3 ASC-yə, 25931.81 kv.m. torpaq sahəsini isə 1000 manata X1. Satılan torpaq girov qoyulmamış həbs altında deyil. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi X41 və ikinci alıcı X33 tərəfindən ödənilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reuestrindən 05 dekabr 2007-ci il tarixli ********* qeydiyyat, seriya MH 0007086, xx.xx.2007-ci il tarixli 290704456, MH ******* saylı çıxarışlara əsasən Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən 3.795278 ha və 7.862148 ha torpaq sahələri Cavabdeh3 ASC-yə satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı çıxarışların surətlərindən görünür ki, 7.862148 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 91 nömrəli vərəqəsində, 0.876344 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 90 nömrəli vərəqəsində, 6.367138 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 108 nömrəli vərəqəsində Cavabdeh3 ASC-in hüquqi sahibliyinə qeydiyyata alınmışdır. Azərbaycan Respublikadı Ədliyyə Nazirliyi Dövlət notariat arxivinin İddiaçı3 müraciətinə verdiyi 16 may 2022-ci il tarixli 05/01-12-28/13 saylı cavabda göstərilir ki, Qobustan rayon dövlət notatiat ofisindən arxivə təhvil verilmiş 2007-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 07 oktyabr 2007-ci il tarixdə adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Qobustan rayonunun Xilmilli kəndində yaşayan Cavabdeh4 tərəfindən X77, X43, X46, X45, X50, X31, X32, X96 o cümlədən İddiaçı1, X48, İddiaçı2 müvafiq olaraq JN-193, JN-191 və JN-192 saylı torpağın mülkiyyətlərinə verilməsinə dair Dövlət aktlarına əsasən onların mülkiyyətinə verilmiş 61107.44 m2, 214103.58 m2 və 183514.62 m2 torpaq sahələrini etibarnamə əsasında Qobustan rayon notariat kontoru tərəfindən 02 noyabr 2007-ci il tarixdə 1-s-924 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş 07 oktyabr 2007-ci il tarixli torpağın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X4, torpaqların dəyəri kimi İddiaçı1 1500 manat, X39 5400 manat, İddiaçı2 6200 manat pul ödənilmişdir. Cavabdeh3 ASC göstərilən alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahələrinin öz mülkiyyətinə keçirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən 15 fevral 2008-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əməlakın dövlət reyestrindən MH seriyalı 0007267, 0007260, ******* saylı çıxarışlar alınmışdır. Cavabdeh3 ASC-nin təsisçisi X41 ilə X27 arasında Qobustan rayon notariat kontorunda 06 sentyabr 2012-ci il tarixli 4-Ə-47 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş eyni tarixli torpağın alqı-satqı müqaviləsinə əsasən 76682816 mv.m torpaq sahəsi B. Ə. Qasımova, Cavabdeh3 ASC-in təsisçisi X41 ilə X58 arasında Qobustan rayon notariat kontorunda 25 aprel 2014-cü il tarixli 4-Ə-4 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən 11667426 kv.m torpaq sahəsi N.Ə. Tağıyevə satılmışdır. X27 ilə X59 arasında Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən 4Ə-188 nömrə ilə və 4Ə-1884 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın AN-İ ******* və AN-İ ******* alqı-satqı müqaviləsi ilə müvafiq olaraq 180878 ha və 6.3671 ha torpaq sahələri T. E. Həsənzadəyə satılmışdır. Lakin Cavabdeh3 ASC ilə B.Ə.O. Qasımov, eləcə də M.Ə. Tağıyev arasında, habelə B.Ə.O. Qasımovla T.E. Həsənzadə arasında torpaqların alqı-satqısına dair müqavilələr və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədlər iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Həmçinin müəyyən olundu ki, iddiaçılar İddiaçı1, X48, Rəsulov X8 Namiq Bəybala oğluna özləri və ailə üzvlərinin mülkiyyətində olmuş torpaq sahələrini icarəyə verməmişlər, onlara məxsus torpaq sahələrini məhz satmağı Cavabdeh4 xahiş etmişlər. Məhkəmə iddiaçıların onların və ailə üzvlərinin mükiyyətində olan torpaq sahələrinin N.B. Mirzəyevə 10 illik müddətə icarəyə vermələri barədə iddia ərizəsində və məhkəmə iclasında izahatlarını inandırıcı hesab etməmək qərarına gəlir. Ona görə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən mülkiyyət növündən asılı olmayaraq torpaq icarəyə verilərkən icarəyə verən və icarəçi arasında icarə müqaviləsi bağlanmalıdır. İcarə müqaviləsinin bağlanmasında iddiaçılar maraqlı olmasaydılar belə, icarəçi dövlət tərəfindən yanacaq, gübrə üçün verilən subsidiyaları ala bilmək üçün notariat ofisində təsdiq olunmuş icarə müqaviləsi bağlayaraq dövlət reyestr xidmətində qeydiyyatdan keçirərdi. Torpağın mülkiyyətə verilməsinə dair onlara verilmiş Dövlət Aktlarının əsillərinin, eləcə də icarə müqaviləsinin iddiaçılar tərəfindən məhkəməyə təqdim oluna bilinməməsi onlara N.B. Mirzəyev arasında torpaq icarə münasibətləri olmadığına və torpaqlarının satılmasından 2021-ci ildə xəbər tutmaları barədə göstərdiklərinin həqiqətə uyğun olmadığını təsdiq edir. Eləcə də müəyyən olundu ki, iddiaçıların və torpağın alqı-satqısına dair müqavilədə qeyd olunan 10 nəfər digər şəxsin mülkiyyətində olan torpaqların alqı-satqısına dair 07 oktyabr 2007-ci il tarixli müqavilənin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın tələbinin həmin vaxt Qobustan rayon notariat kontorunun notariusu işləmiş X29 tərəfindən kobud şəkildə pozulması ilə əlaqədar onun əməli Qobustan rayon prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərarı ilə qiymət verilmişdir. Qobustan rayon notariat kontorunun notariusu tərəfindən alqı-satqı ilə bağlı notarius işləri açılmadığından iddiaçıların Cavabdeh4 etibarnamə verib-verməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 2007-ci ilin oktyabr ayında Cavabdeh4 tərəfindən onların xəbəri olmadan, özbaşına satılması inandırıcı deyildir. Torpaqların satılmasından 2021-ci ildə xəbərdar olmaları barədə göstərdikləri isə iddia müddətinin keçməsinə görə iddia müddətinin mümkün tətbiqinin qabaqlamaq məqsədi daşıyır. İddiaçılar torpaqlarının satılmasından 2021-ci ildə xəbər tutmaları barədə məhkəməyə heç bir əsaslı mötəbər sübut təqdim edə bilmədilər. İşin araşdırılmış hallarından görünür ki, onların mülkiyyətində olan torpaqlar onların xahişi və verilmiş etibarnamə əsasında satıldığı üçün həmin vaxtdan, yəni 2007-ci ilin oktyabr ayından torpaqlarını satdıqlarını bilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən aşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Şərh olunanlara və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X48 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2 sədri Cavabdeh4,Cavabdeh3 ASC-yə və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, onların sahibliyi və istifadəsinə qaytarılması tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, X48 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2 sədri Cavabdeh4,Cavabdeh3 ASC-yə və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin onların sahibliyi və istifadəsinə qaytarılması tələbi əsassız olduğu üçün təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-384/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-384/2023
09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver