Məhkəmə qərarları › İş №e-2(026)-421/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-421/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-421/2025 17.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “A-X1 Təşkilatı” MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 65,17 manat məbləğində əsas overdraft borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini əsaslandırarkən Cavabdeh 13 iyun 2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 04 aprel 2023-cü il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzaladığını, müqavilə əsasında cavabdehin virtual kart əldə etdiyini, kartın istifadəsi zamanı 25 iyun 2023-cü il tarixdə 75 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balansın artdığını, sonra yenidən silinməsi ilə cavabdehin artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olduğunu qeyd etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin həqiqətən də "xxxx" MMC ilə müqavilə münasibətlərinə daxil olması, əməliyyat icra edərkən overdraft halının yaranması halları da daxil olmaqla, tələbi təsdiq edən sənədlər təqdim olunmamışdır. MPM-in 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. MPM-in 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə MPM-in 284-4.3-cü maddəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İşdəki ********** nömrəli, 04 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı “A-X1 Təşkilatı” MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149-152, 263, 264 və 284-4-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qəbul olunmasından imtina edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı “A-X1 Təşkilatı” MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar